Qubada tapılan ayı balası müxbirə hücum etdi – FOTO, VİDEO YENİLƏNİB

loading...
Instagram 299 nəfər oxudu
PAYLAŞ HAMI BİLSİN

Aytəkin Alxaslı tapılan ayı balasının yanında çəkiliş edərkən heyvan ona hücüm edib

Qubada polislər tərəfindən tapılan ayı balası təxminən 3 aylıqdır və erkəkdir. Bu barədə ayı balasının yerləşdirildiyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Altıağac Milli Parkının Vəhşi təbiətin bətpası və realibitasiyası klinikasının rəhbəri Göycə Musayev İstiPressin şimal müxbirinə  məlumat verib. Onun sözlərinə görə, indi mərkəzdə 2 dişi, 2 erkək ayı və 2 ayı balası var. Bu ayı balası da mərkəzdə baytar tərəfindən müayinə olunub. Müəyyən reabilitasiya kursu keçdikdən sonra bu ayı balası da vəhşi təbiətə buraxılacaq.

14:42

Quba polis şöbəsinin əməkdaşları rayonun dağlıq Qrız Dəhnə kəndi ərazisində yenidən ayı balası tapıblar.

İstiPress-in şimal bürosunun məlumatına görə, bundan əvvəl də mayın 3-də Qrız Dəhnə kəndinin ərazisində Quba-Xınalıq yolunun kənarında meşə massivində də ayı balası tapmışdılar.

Tapılan ayı balası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xızıdakı Altıağac milli parkının Vəhşi Təbiətin Bərpası və realibitasiyası klinikasına göndərilib.

İstiPress-in müxbiri Aytəkin Alxaslı tapılan ayı balasının yanında çəkiliş edərkən heyvan ona hücüm edib.


PAYLAŞ HAMI BİLSİN

Maraqlı foto və videoları, şikayət və təkliflərinizi bizə göndərin. Saytla əlaqə: +994 50 295 94 79, yenilikaz@gmail.com

loading...
Loading...
Загрузка...
FİKRİNİ BİLDİR