Səlim Müslümovdan pensiyaçılara yeni xəbər

loading...
Instagram 2,198 nəfər oxudu
PAYLAŞ HAMI BİLSİN

“Bu ilin iyununda əmək pensiyası ilə bağlı qüvvəyə minəcək dəyişikliklər indiyədək pensiyaya çıxmış şəxslərə şamil olunmayacaq”.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.
 Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev  “Əmək pensiyaları haqqında qanuna dəyişikliklər edilməsi barədə” qanunun iyunun 1-dən qüvvəyə minməsi barədə müvafiq sərəncam imzalayıb.
“Həmin sənədlə bir sıra qaydaların iki ay müddətində hazırlanaraq qüvvəyə minməlidir. Hazırda bunların üzərində nazirlikdə iş gedir. Bu dəyişikliklər indiyədək pensiyaya çıxmış şəxslərə şamil olunmayacaq. Yeni dəyişikliklər iyulun 1-dən sonra pensiyaya çıxacaq şəxslərə aid olacaq”.

///modern.az


PAYLAŞ HAMI BİLSİN

Maraqlı foto və videoları, şikayət və təkliflərinizi bizə göndərin. Saytla əlaqə: +994 50 295 94 79, yenilikaz@gmail.com

loading...
Loading...
Загрузка...
FİKRİNİ BİLDİR