Sumqayıtda 3 yaşlı uşağın ölümünə səbəb olan həkim məhkəmə qarşısında

loading...
Instagram 2,338 nəfər oxudu
PAYLAŞ HAMI BİLSİN

Əməliyyatdan sonra dünyasını dəyişən 3 yaşlı Qurbanlı Arzu Sənan qızının ölümü ilə bağlı cinayət işi məhkəməyə verilib.
femida.az xəbər verir ki, proses Sumqayıt Şəhər Məhkəməsində, hakim Əsgərova Ruhiyyə Orucəli qızının sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, Sumqayıt şəhərində fəaliyyət göstərən “Real Sağlamlıq Klinikası”nda 3 yaşlı Qurbanlı Arzu Sənan qızı keçən il iyunun 30-da burun-boğaz əməliyyatı sonrası dünyasını dəyişib. Onu əməliyyat edən həkim Qənbərov İsmayıldır. Ölüm faktına görə, Cinayət Məcəlləsinin 124.1 ( Ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi açılıb.
Qeyd edək ki, ailə üzvləri uşağın ölümündə həkimləri günahkar olduğunu iddia edir. Onun əməliyyat zamanı “Kolipsol” dərman preparatını normadan artıq verildiyi üçün dünyasını dəyişdiyini iddia edirlər.


PAYLAŞ HAMI BİLSİN

Maraqlı foto və videoları, şikayət və təkliflərinizi bizə göndərin. Saytla əlaqə: +994 50 295 94 79, yenilikaz@gmail.com

loading...
Loading...
Загрузка...
FİKRİNİ BİLDİR