Azərbaycanda diplomu tanınan universitetlərin adları açıqlandı – SİYAHI

loading...
Instagram 171 nəfər oxudu
PAYLAŞ HAMI BİLSİN

Təhsil Nazirliyinin Nostrifikasiya (Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi) İdarəsi diplomları Azərbaycanda tanınan universitetlərin siyahısını açıqlayıb.

Yenilik.Az idarəyə istinadən xəbər verir ki, siyahıda 34 ölkənin 600 universitetinin adı yer alıb.

Siyahıya Almaniya universitetləri liderlik edir. Bu ölkənin 115 ali məktəbinin diplomu Azərbaycanda tanınacaq. Sayına görə ikinci yerdə ABŞ universitetləridir -71. İlk üçlüyü Rusiya ali məktəbləri tamamlayır. Bu ölkənin 58 universitetinin diplomunu Təhsil Nazirliyi tanıyacaq.

Azərbaycanlıların ən çox axın etdiyi Türkiyənin isə cəmi 13 universitetinin diplomu ölkədə tanınır. Diplomu tanınacaq Kanada universitetlərinin sayı isə 18-dir. Siyahıda Macarıstanın isə cəmi 1 universitetinin adı var.

Diplomları Azərbaycanda tanınan universitetlərin tam siyahısı ilə bu linkdən tanış ola bilərsiz.


PAYLAŞ HAMI BİLSİN

Maraqlı foto və videoları, şikayət və təkliflərinizi bizə göndərin. Saytla əlaqə: +994 50 295 94 79, yenilikaz@gmail.com

loading...
Loading...
Загрузка...
FİKRİNİ BİLDİR