Hər iki qızı boşanan Almaz Ələsgərli qız uşağının tərbiyəsindən danışdı

loading...
Instagram 5,817 nəfər oxudu
PAYLAŞ HAMI BİLSİN

Hər iki qızımı uşaqlıqda döymüşəm

Əməkdar artist Almaz Ələsgərli “Hər şey daxil” verilişinin qonağı olub. Ailə dəyərlərindən və övlad tərbiyəsindən danışan müğənni qız uşaqlarına verilən tərbiyədən söhbət açıb.

İstiPress xəbər verir ki, qızlarına düzgün tərbiyə vermək üçün uşaqlıqda onları oxlov ilə döydüyünü bildirib:

“Uşağın geni də yaxşı olmalıdır. Bir də görürsən ki, uşağı yaxşı tərbiyə ilə böyüdürlər, amma tamam başqa cür olur. Mən öz qızlarımı döymüşəm. Özü də oxlovla. Mən uşaq olanda anam da məni döyüb. O, düşbərə bişirəndə xəmiri, əti götürüb, kənarda bükürdüm. Bu hərəkətim onu hirsləndirirdi, oxlovla mənə vururdu ki, imkan ver, işimi görüm. Belə bir məsəl var ki, uşağa bələkdə olan vaxtından tərbiyə vermək lazımdır. Uşaq böyüyənə qədər bir sözü 100 dəfə deməlisən ki, nəyin necə olduğunu bilsin”.

Qeyd edək ki, sənətçinin Əminə və Mədinə adlı 2 qız övladı var. Hər ikisi ailəli olub və boşanıb.


PAYLAŞ HAMI BİLSİN

Maraqlı foto və videoları, şikayət və təkliflərinizi bizə göndərin. Saytla əlaqə: +994 50 295 94 79, yenilikaz@gmail.com

loading...
Loading...
Загрузка...
FİKRİNİ BİLDİR