“Atəşgah ” sığorta şirkətindən ŞİKAYƏT

loading...
Instagram 344 nəfər oxudu
PAYLAŞ HAMI BİLSİN

İstehlakçı hüquqlarının müdafiəsilə məşğul olan Eyyub Hüseynov sosial şəbəkədə ona ünvanlanmış şikayəti ictimailəşdirib.  Hüquq müdafiəçisinin qeydlərini olduğu kimi dərc edirik:

“”Atəşgah ” sığortadan bir şikayəti nəzərinizə çatdırıram.Çalışdım istehlakçının hüququnu danışıqlar yolu ilə həll edim,lakin bu mümkün olmadı.Məcbur olub bu ərizəni və digər sənədləri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar siyasəti istehlakçıların hüquqlarının müdafiəsi rəisi Zahid İsayevə, DİN-ə, Maliyyə bazarlarına nəzarət palatasının rəisi Rüfət Aslanlıya, VN-ə göndərdim,haqq-ədaləti bərpa etsinlər. Gözləyirik. Ərizənin məzmunu Sizə çatdırıram.
“Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB)
sədri cənab Eyyub Hüseynova
Bakı ş., Nizami ray., Q.Qarayev pr. ev 117
Ünvanda yaşayan
İsgəndərova N.A.tərəfindən

Ə R İ Z Ə
Hörmətli Eyyub müəllim!
Mən sizi mətbuatdan və televiziyadan tanımaqla haqqın ədalətin qoruyucusu imkansız arxasız adamlara dayaq göstərən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ölkədə dövlət idarəçəliyində ictimayyətin rolunun artırılması çağırışına səs verən, dayaq olan, kömək gösdərən bir şəxs bilərək müraciət edirəm.Siz insanlara təmannasız xidmət gösdərməklə Allah Peyğəmbər buyruqların icrasıçı kimi bir işlə məşğul olursunuz.Ona görə sizə əvvəlcədən öz minnətdarlığımı bildirirək sizə müraciət edirəm.
Mən, 21.04.2017 tarixində Xətai rayon ərazisində yerləşən Megafun əyləncə mərkəzinin Nobel Prospekti 15 ünvanında gecə 23:15 radələrində90 NU 202 dövlət qedydiyyat nişanlı Hundai ix35 markalı avtomobillə yol qəza hadisəsi törətdim. Yanımda iş yoldaşım Vəlizadə Fuad var idi.Hadisə yerinə Dövlət yol polis əməkdaşları gəldi və müvafiq qeydlər götürməklə avtomobilin sənədlərini və mənim sənədlərimi götürdülər.Mənə bildirdilərki 22.04.2017 il tarixində 10:00 da BDYP –ə gəlməlisiniz.DYP-nin əməkdaşı hadisənin digər iştirakçı VOLVO markalı 42 BU 505 dövlət nömrə nişanlı avtomobilin sürücüsü ilə görüşdü,mənə məlum oldu ki,onun icbarı siğortası yoxdur.Mən bu hadisə barədə İcbari sığorta(AXA MBASK) və Kasko sığorta(ATƏŞGAH) əlaqə saxladım və hadisə yerinə hər iki sığorta nümayəndələri gəldilər. Onlar da öz növbəsində səlahiyyətləri daxilində qəza ilə bağlı müvafiq qeydlər götrüb şəkillər çəkdilər.Hər iki təşkilat gəldi və Atəşgah sığortanın nümayəndəsi bizə biganə münasibət bəsləyərək sanki bu təşkilatın bizə heç bir kömək etməyəcəyi fikrini formalaşdırdı.Biz artıq onun daxilən hansı fikirdə olduğunu qiymətləndirdik və o bizimlə razılaşandan sonra,özü öz vəsaitləri hesabına mənim avtomobilimi atəşgah sığortanın öz qarajına apardılar.Atəşgah sığortasının nümayəndəsi Anar daha sonra BDYP -in hadisə əməkdaşı ilə əlaqə saxladı.Anar polis əməkdaşı ilə əlaqə saxladıqdan sonra bizə edəcəyi köməkliyə görə 400 manat dəyərində əvəzini istədi.Biz ona bildirik ki üzərimizdə həmin vəsait yoxdur və 22.04.2017 tarixində 10:00 da BDYP – də görüşən zaman həmin vəsaitin ona verilməsinə söz verdik.Belə də oldu biz səhər 10:00 da 22.04.2017 tarixində BDYP –də görüşdük 100 manat Atəşgahın nümayəndəsi Anara, 300 manat isə polis əməkdaşı Vüqara verdik.Mənə heç bir maliyyə sənədi verilmədi.Həmin dəqiqə protokollaşma aparıldı və bizə verildi.Protokolda 40 manat dəyərində cərimə tətbiq olundu və bizə arayış verildiki Atəşgah sığorta avtomobilə dəymiş ziyanı ödəsin.Mən daha sonra sığorta haqqını almaq üçün Atəşgah sığortaya arayışı təqdim etmək üçün yollandım.Polisin bizə verdiyi arayışı sığortaya verəndən sonra, müvafiq sənədləşmə əmliyyatı aparıldı və bizə bildirildi ki, avtomobilə dəymiş ziyan qiymətləndirəcək.Mənə bildirdilər ki nəticə barədə mənə məlumat veriləcək. Bundan sonra Anar mənə zəng vurub bildirdi ki,narahat olmayan sizin franşıta çıxılmayacaq və ümumilikdə sizə 2100 manat civarında vəsait ödəniləcəkdir. XATIRLADIRAM Kİ, SIĞORTA TƏŞKİLATI MƏNİMLƏ MÜQAVİLƏNİ ABŞ DOLLARI İLƏ BAĞLAMIŞ VƏ ÖDƏMƏNİ ABŞ DOLLARI İLƏ 2043 ABŞ DOLLARI ÖDƏMİŞƏM.ƏRİZƏYƏ MÜQAVİLƏ ƏLAVƏ OLUNUR.Qeyd edirəm ki,elektron sığorta sənədinin sonunda yazılan bəndi mənə aid deyil və məni aldatmışlar. Növbəti gün mən sığorta təşkilatına dəvət olundum və mənə bildirdilər ki, sizin avtomobilin ümimilikdə 900 manat vəsait ödəniləcəkdir.Mən bununla razılaşmadım.Bu halda Anar mənə bildirdiki öz ustanızı dəvət edin və yaxud avtomobili öz ustanıza aparın orada qiymətləndirilmə aparılsın. Mən maşını onun nəzarəti altında avtomobili qarajdan çıxardıb öz ustamın yanına apardım.Bu zaman Anar dedi ki, öz ustanızın yanında qiymətlənmə bitərkən sığorta şirkətinə yaxınlaşın.Maşını idarə edən zaman surət qutusunda problem olduğunu hiss etdim.Bu nasazlıq qiymətləndirilməmişdir Mənim ustam avtomobilə baxış keçirdib, 950 manat məbləğində avtomobilin dəmirçi və rəngsaz işlərinə, 260 manat sol güzgü qiyməti, 240 manat ayaq altının qiyməti, 600 manat isə qapı və sağ sol kırlaya,450 manat isə balans və tiaqanın təmirinə isdənildi. Ümumilikdə 2500 manat müəyyən edildi.Bununla yanaşı mənim aşkar etdiyim surət qutusunun nasazlığının təmiri isə 1000 AZN təşkil edir.Mən ustamın fikrini sığorta təşkilatına gəlib Anara bildirdim.Anar isə bu məbləğlə razılaşmadı və sifəti döndü.Təkidlə bildirdiki, özümün şəxsi ustam baxacaq.Bununla mən razılaşmadım.Son olaraq Anar bildirdiki 2 saatdan sonra dəqiq qiymətləndirməni sizə bildirəcəyik. Həmən günün sonuna telefonla Anar zəng edib bildirdiki avtomobilə 900 manat vəsait ayrılıb.Mən bununla razılaşmayıb növbəti gün yenidən sığortaya gəldim artıq Anarla yox şirkətin rəhbərliyi ilə görüşüməyi vacib bildim və görüşdüm.Qeyd edirəm ki, mənim iş rejmimi pozulur, get gələ salmaqla mənə mənəvi əziyyət verirdilər.Rəşad (Tel: 050 291 33 14) və Elvin adlı rəhbər heyyəti ilə görüşərək baş vermis hadisəni olduğu kimi onlara məlumat verdimvə əlavə olaraq onlara bildirdim ki, mənim məsələmə ciddi baxılmasa Sığorta assosasiyasına şikayət edəcəyimi bildirəndən sonra onlar necə deyərlər canlarına isti keçdi və hüquqşünaslarının vasitəsilə ərizə yazdırtdılar.Ərizəni yazdım. Rəhbərlik məndən işçi heyyətinin etdiklərinə görə üzr isdədilər və Hundai servisə aparmağı məsləhət bildilər. Mənə bildirdilər ki, Avtomobili Hundai servisə aparıb qoyun və heç kimə heç nə deməyin onlar özləri qiymətləndirmə barəsində günün sonunda məlumat verəcəklər.Belə də oldu 27.04.2017 tarixində Hundai servisə apardım.Həmən günün axşamı 18:00 radələrində Atəşgah sığorta mənimlə əlaqə saxlayıb bildirdilər ki, sizə avtomobilə təmiri ilə ayrılan məbləğ 1823 manat təşkil edir.Həmən puldan 500 manatını franşıtaya çıxılır qalan 1323 manatı isə sizin maşının təmiri üçün ayrılmışdır.Mən təkrarən Rəşad bəyə telefon açıb bildirdim ki, təmiri üçün vəsait azdır ancaq get gəldən cana doyduğum üçün 1323 manatın mənə ödənilməsifaktı ilə razılaşdım. Onların mənə ödəyəcəyi 1323 manat vəsaitlə razılaşaraq onlara bildirdim ki bu halda Hundai servisdən götürürəm onlar isə bu təklifimlə razılaşdılar və bildirdilərki, qarşıdakı ən gec 3 gün ərzində kartınıza 1323 manat oturalacaq. 29 aprel 2017 – ci ildə mən avtomobili Hundai servisdən çıxartdım. May ayının 3 – də mən Bank of Baku bankomatına yaxınlaşıb mənə ödənilməli olan vəsaiti qəbul etmək isdədim lakin orda balans 0 manat gösdərirdi.Elə bu an şirkətin rəhbəri Rəşad bəyə zəng vurdum.Mənə bildirdiki sizinlə əlaqə saxlanılacaq.Və bir necə dəqiqədən sonra xanım mənimlə əlaqə saxlayaraq bildirdi ki, 971 manat pul köçürülüb.Əslində köçürülməmişdir və mən məcbur olub yenə sığorta şirkətinə getdim.Mən səhəri günü şirkətə gedərkən şirkətin idarə heyətinin üzvlərindən biri olan Elvin bəylə görüşdüm və mən 1323 manat ödənilməli halda əməliyyatçı qızın 971 manat ödəyəcəyini bildirmələrini Elvin bəyə məlumat verdim. Elvin bəydə öz növbəsində izah etməyə çalışdı ki, biz 500 manat yox 500 abş dolları franşıtaya çıxmışıq.Ona görədə vəsait 970 manata düşmüşdür. Bu halda biz buna etiraz etdik və bildirdik ki dövlət hakimiyyət orqanlarına və hüquq mühafizə orqanlarına müraciət edəcəyik.Elvin bəy isə arxayın – arxayın bizə qapını göstərərək, hara şikayət edirsiniz edin ,bizim öz qanunlarımız var,heç kimdən çəkinmirik.
Qeyd edirəm ki, sığorta şirkəti mənə verdiyi karta pulun köçürülməməsi səbəbini araşdırmaq üçün 10.05.2017 tarixində Bank of Baku – un Azərbaycan pr 3 ünvanında yerləşən flialına yaxınlaşdım və Şirin xanımın bazaya baxıb söylədi ki, Atəşgahın sizə verdiyi karta pul köçürülməyib və sübut olara heab fakturanı çıxartdı. Şirin xanım sığorta şirkətinə zəng edib vəziyyəti öyrəndi və bildirdi ki, ola bilsin ki hesabdan bank pulu çıxıb.11.05.2017 tarixində vəziyyəti daha dəqiqləşdirmək üçün Bank of Baku – un Atatürk pr yerləşən baş ofisinə getdim və məlum oldu ki, 570.81 ABŞ dolları bankdakı şəxsi hesabıma otuzdurulub (hesab faktura çıxarıldı). Mən sığorta şirkətinə öz bank hesabımı verməmişəm və bu transfer barədə mənə bank nədə sığorta şirkəti mənə məlumat verməyib.Bor sözlə , mənim razılığım olmadan pul köçürülüb və həmin hesabdan bank vasitəsilə mənim hazırda məhkəmə baxışında olan “borcumu” ödəməsinə sərf olunub. Hesab edirəm ki, bankla sığorta şirkəti arasında müxtəlif yolla soyulması anlaşması vardır.
Hörmətli Eyyub müəllim! Müqaviləni Abş dolları ilə bağlamışlar.Bu necə məntiqdir ki, bizdən vəsaiti alanda ABŞ dolları ilə alırlar, qaytaranda isə AZN ilə qaytarırlar,franşita məbləğini dollarla çıxırlar.Hesab edirəm ki, bu ciddi qanun pozuntusudur .Bu hərəkətlərin ümumi yekunu müvafiq sığorta təşkilatı tərəfindən dövlətin maliyyə sığorta siyasətinə xələl gətirən hərəkətdir.Vətəndaşı dövlətdən narazı salan gedişlərdir.Ona görə də, mənim məsələmin hüquq mühafizə orqanları, dövlət hakimiyyət orqanları və KİV – də işiqlandırılmasını mənə dəyən mənəvi və izafi zərəri – 500 AZN , o, cümlədən avtomobilin təmiri üçün mənə çatacaq 3500 AZN vəsaitin tam ödənilməsini , sığorta təşkilatının işcisi Anarın aldığı 100 manatı və polis əməkdaşının aldığı 300 manatı geri qaytarılması ilə bağlı müvafiq hüquqi hərəkət etməklə köməklik göstərməyinizi Sizdən xahiş edirəm.
Çox böyük hörmətlə :
İmza: İsgəndərova N.A
Tarix: 11.05.2017″

Şikayətdə adı hallanan şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 


PAYLAŞ HAMI BİLSİN

Maraqlı foto və videoları, şikayət və təkliflərinizi bizə göndərin. Saytla əlaqə: +994 50 295 94 79, yenilikaz@gmail.com

loading...
Loading...
Загрузка...
FİKRİNİ BİLDİR