Təcavüzdə ittiham edilən kişi qadın çıxdı – DƏHŞƏTLİ FAKTLAR – FOTOLAR

loading...
Instagram 547 nəfər oxudu
PAYLAŞ HAMI BİLSİN

Afrikanın ən yüksək dağlarından olan Kilimanjaronun ətəklərində yerləşən mədəndə maraqlı hadisə baş verib.

Publika.az xəbər verir ki, böyük bir ailədə doğulan Pili Hussein adlı qadın iş axtarmaq üçün kişi qılığına girib. 6 həyat yoldaşı, 38 uşağı olan ferma sahibinin qızı özünə ailəsindən kənarda həyat qurmaq üçün bu addımı atıb.

Cəsur qadın bir dəfə ailə həyatı qursa da, 31 yaşında həyat yoldaşını tərk edib və özünü tamamilə işinə həsr edib.

Təhsil almadığı üçün iş tapmaqda çətinlik çəkən qadın deyir ki, mədəndə işləmək yeganə şansım idi: “Qadın olduğumu bilməsinlər deyə, kişi qılığına girdim. Böyük ölçülü kişi geyimlər alırdım. Davranışlarıma diqqət etməyə başladım. Daim kişiləri müşahidə edir onlar kimi davranır, danışır hətta onlar kimi zarafat edirdim”.

Bu mədən dünyada mavi rəngli tanzanit daşı emal edən yeganə yerdir. Hər gün 10-12 saatlıq ağır iş rejimində işləyirdik. Hər gün təxminən yüz metr dərinliyə enərək qayaların içərisindən mavi daşları çıxardırdıq.

Bir gün mədənin yerləşdiyi ərazidə yaşayan qadınlardan biri təcavüzə uğrayır. Qadın polisə ifadəsində ona təcavüz edənin mədən işçisi olduğunu deyir. Təsadüfən Pilini ittiham edən qadın özü də bilmədən yalanının qurbanı olur. Təcavüzlə ittiham edilən Pili çarəsiz qaldığı üçün qadın olduğunu açıqlamaq məcburiyyətində qalır.

Bunu öyrənən mədən işçiləri öz təəccüblərini gizlədə bilmirlər. Polis Pilinin həqiqətən qadın olduğunu öyrəndikdən sonra onun haqqında irəli sürülən təcavüz iddiasını ləğv edir.

10 il çalışdığı mədəndə heç kim onun qadın olduğunu başa düşməmişdi. Uğurlu karyerası nəticəsində Pili bu gün 70 nəfərin çalışdığı mədənin sahibidir. Pilinin sözlərinə görə o, özünün çəkdiyi çətinliyi nəzərə alaraq işə ehtiyacı olan qadınlara kömək edir: “Bu gün mədəndə məndən başqa 3 qadın daha çalışır. Lakin məndən fərqli olaraq, onlar mətbəx işlərinə baxır”.

Pili uğurlu kariyerası sayəsində qızının bütün ehtiyaclarını qarşılamağa çalışır:”Mən təhsil ala bilmədiyim üçün həyatda çox şey uduzmuşam. Lakin qızımın təhsil almasını və çox daha yaxşı işlərdə çalışmasını istəyirəm”.


PAYLAŞ HAMI BİLSİN

Maraqlı foto və videoları, şikayət və təkliflərinizi bizə göndərin. Saytla əlaqə: +994 50 295 94 79, yenilikaz@gmail.com

loading...
Loading...
Загрузка...
FİKRİNİ BİLDİR