Özcan Denizdən azərbaycanlılara: “Mənim ölkəmdə çox erməni var, sizin kimi düşünmürəm”

loading...
Instagram 4,951 nəfər oxudu
PAYLAŞ HAMI BİLSİN

O, qalmaqallı paylaşımına aydınlıq gətirib

“Mən musiqiçiyəm. Heç bir millətin musiqisinə düşmən olmaram. Radioda rastıma çıxdı, bütün komanda heyəti hansı dilə aid olduğunu düşünmədən əyləndik. O anımızı isə sizlərlə paylaşdıq”.

İstiPress xəbər verir ki, bunu Türkiyənin məşhur müğənnisi Özcan Deniz “Instaqram”da yazıb. İfaçı sosial şəbəkədə erməni mahnısını oxuyaraq paylaşmasına münasibət bildirib.

Paylaşımı daha sonra silən Özcan siyasətçi olmadığını, millətlər arasında fərq qoymadığını söyləyib:

“Mesajlardan sonra erməni mahnısı olduğunu bildim. Sizin həssaslığınızı başa düşərək lövhəmdən sildim. Biz yunanların da mahnısını paylaşırıq. Bizim mədəniyyətimizdə mahnılara düşmən olunmaz. Mənim ölkəmdə bir çox erməni var, sizin kimi düşünmürəm, düşünə də bilmirəm. Hamımız bu ölkədə Türkiyə vətəndaşı olaraq yaşayırıq. Sənətə, mədəniyyətə, musiqiyə düşmən olunmaz. Siyasətə düşmən olunar.

Mən siyasətçi və siyasətlə məşğul olan sənətçi deyiləm. Azərbaycanlı qardaşlarımızın hirslərini anlayıram və həssaslıq göstərirəm. Mən Azərbaycana sizdən pul qazanmaq üçün konsert və film təqdim etmirəm. Oradakı dostlarımla bərabət türk kinosu ilə sizi yaxınlaşdırmaq istəyirəm. Sosial həyatınızı canlandırmağa çalışıram. Bu dünyaya türk, kürd, erməni, ərəb, yunan olduğu üçün baxmıram. Əgər baxsam, sənətçi olmaram. Onlar insan olduğu üçün baxıram. Sizi sevirəm, acılarınızı sonuna qədər paylaşıram. Sizdən bir mənfəət güdmürəm”.


Ozcan Deniz ermeni mahnisi oxudu by yenilikaztv


PAYLAŞ HAMI BİLSİN

Maraqlı foto və videoları, şikayət və təkliflərinizi bizə göndərin. Saytla əlaqə: +994 50 295 94 79, yenilikaz@gmail.com

loading...
Loading...
Загрузка...
FİKRİNİ BİLDİR