Mikayıl Cabbarov kurrikulumu ləğv edir

loading...
Instagram 5,905 nəfər oxudu
PAYLAŞ HAMI BİLSİN

Azərbaycan təhsilində kurrikulum sisteminin ləğvi gündəmə gəlib. Belə ki, 2018-ci ilə qədər şagirdlərin kurrikulumla təhsil almayacağı, bu sistemin konkret olaraq ləğv olunacağına dair məlumatlar yayılıb. Məlumata görə, bu sistem təhsil sahəsində özünü tam olaraq doğrultmayıb. Kurrikulumun ləğvi məsələsinə gəlincə, buna əsas verən ciddi səbəblər başqadır. Bu dəfəki IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsi ciddi müzakirələrə səbəb olub.

İmtahanlardan iki aya qədər vaxt keçib, lakin hələ də, nəticələr açıqlanmır. Düzdür, Dövlət İmtahan Mərkəzindən imtahan nəticələrinin ikinci mərhələyə qədər açıqlanacağı bildirilmişdi. İmtahanın ikinci mərhələsinin iyun ayında keçirilməsi gözlənilir. Lakin iki aya yaxın vaxt keçməsinə baxmayaraq nəticələrin açıqlanmaması bəzi fikirlərə səbəb olub. Bu il ilk dəfə buraxılış imtahanında sualların əksəriyyətinin açıq tipli olması səbəbindən şagirdlərin nəticələrinin çox aşağı olduğu, hətta riyaziyyat fənnindən əksəriyyətinin “2” aldığı iddia edilir. Hətta bu səbəbləri nəzərə alaraq nəticələrin ləğv ediləcəyi ilə bağlı da iddialar səsləndirilir. İddialara görə 9-cu siniflər üçün keçiriləcək ikinci mərhələnin imtahan sualları daha sadə tərtib olunacaq. Məsələ burasındadır ki, sözügedən imtahan nəticələrinin ləğvi ilə bağlı iddialarla Dövlət İmtahan Mərkəzi heç cür razılaşmır. Mərkəz rəsmiləri bildirirlər ki, birinci mərhələnin nəticələri ikinci mərhələyə qədər açıqlanacaq.

Bunun da səbəbi buraxılış imtahanlarının birinci mərhələsində test tapşırıqlarının əksəriyyətinin açıq tipli olmasıdır. Bu sualların yoxlanılması zaman tələb edir. Hələ ki imtahanların yoxlanılması prosesi aparılır. Yoxlama prosesi başa çatmadan nəticələr barədə danışmaq doğru deyil. Nəticələrin necə olmasından asılı olmayaraq, Dövlət İmtahan Mərkəzi nəticələri ictimaiyyətə açıqlayacaq. Ekspertlər isə düşünür ki, imtahan nəticələrinin hesablanması  üçün əslində bir ay kifayət edir. Hər halda kurrikulumun ləğv ediləcəyi şübhəsizdir və bunun isə əsaslı açıqlanmasını yuxarıda qeyd etdik.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev “Cümhuriyət” qəzetinə açıqlamasında həqiqətən də kurrikulum sisteminin yenidən işlənib hazırlanmasına ehtiyac olduğunu deyib:

Kurrikulum  Azərbaycan pedaqoqikasına daxil olandan mən o anlayışın əleyhinəyəm. Çünki kurrikulum əvəzinə təhsil proqramları demək mümkündür. Əvvəllər də belə şeylər olub. Kurrikulum adı altında müxtəlif təlim, yeni təlimlər, fəal təlim metodları adı altında daxil olunan vasitələr də metod kimi təqdim olundu ki, çoxu da Azərbaycan terminalogiyasına uyğun deyil. Yəni, mən onun da əleyhinə olmuşam. Ümumiyyətlə, biz kurrikulumu, yəni təhsil proqramlarını mövcud olan qüsurları aradan qaldırmaq şərtilə yeni bazada hazırlamalıyıq. Yəni milli təcrübəyə əsaslanaraq, yeni texnologiyaları da ora qataraq, yeni konseptual sənəd hazırlaya bilərik”.

Ekspert qeyd edib ki, həmin kurrikulum əsasında yaranmış dərsliklərin hamısı anlaşılmazdır: “Müəyyən tələbləri yerinə yetirmir. Yeni qaydada müasir tələblərə uyğun kurrikulum tərtib olunsun və ona uyğun da dərsliklər müəyyən edilsin. Azərbaycanın zəngin təcrübəsi var.  Metodika həmin o təcrübəyə əsasən hazırlansın. Bir sözlə bu sistem yenidən işlənib-hazırlanmalıdır”.

Qeyd edək ki, Azərbaycanda sovet təhsil sistemindən fərqli təhsil qurmağa imkan verən kurikulumun tətbiqi “Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası” (Milli Kurrikulumu) əsasında həyata keçirilir. Azərbaycanda kurikulum 2008-2009 – cu tədris ilindən birinci siniflərdə tətbiqinə başlanılıb. Kurrikulumun məqsədi şagirdlərə müstəqil həyatda lazım olan əməli biliklərin öyrədilməsi, onların məntiqi təfəkkürünü inkişaf etdirmək, öz fikrini müstəqil bildirmək və öz hüququnu qorumaq bacarığını aşılamaqdır./Cebhe.info


PAYLAŞ HAMI BİLSİN

Maraqlı foto və videoları, şikayət və təkliflərinizi bizə göndərin. Saytla əlaqə: +994 50 295 94 79, yenilikaz@gmail.com

loading...
Loading...
Загрузка...
FİKRİNİ BİLDİR