Limitini silib, işığını kəsdilər – Şuşa sakinindən müraciət

loading...
Instagram 344 nəfər oxudu
PAYLAŞ HAMI BİLSİN

Bakı şəhər sakini Naimə İsmayılova tərəfindən müraciət daxil olub. Şuşa rayonundan məcburi köçkün olan Naimə İsmayılova “Azərişıq” ASC-nin əməkdaşlarının onun dövlət tərəfindən qoyulan limitini özbaşına sildiyini bildirib.

“Bildiyiniz kimi dövlət məcburi köçkünlərə elektrik enerjisinə görə müəyyən limit ayırıb. Mən özüm Şuşa şəhərindən məcburi köçkünəm. Keçən ildən mənə verilən limiti qənaətlə istifadə etdiyim üçün kifayət qədər balansımızda pul qalmışdı. Bir neçə gün öncə “Azərişıq” ASC-nin Xətai rayon şöbəsinin əməkdaşları mənim xəbərim olmadan həmin limiti sayğacdan silib. Heç bir xəbərdarlıq və protokol olmadan işığı dayandırıblar.”

Naimə İsmayılova qeyd edir ki, yaranmış problemlə bağlı “Azərişıq” ASC-nin baş idarəsində olub. Orada məsul şəxslərdən birinin kobud rəftarı ilə qarşılaşıb.

“Problemlə bağlı yerli şöbəyə müraciət etdim. Onlar dedilər ki, bu işə baş idarə baxır. Oraya getdim. Məni İlqar adlı bir şəxs qəbul etdi. Otağında oturub, kresloda fırlana-fırlana dedi ki, hara istəsəm gedim. Mənə bir dənə olsun, rəsmi qərar göstərə bilmədi. Özü də çox kobud davrandı.”

Femida.az vətəndaşın müraciətim ilə bağlı “Azərişıq” ASC ilə əlaqə saxlayıb. Baş operator Malik Məmmədovun verdiyi məlumata görə, dövlət tərəfindən verilən limitlər dekabr ayından artıq silinib. Buna görə də abanentə xəbərdarlıq edilmədən onun limiti sayğacdan silinə bilər. Bunun üçün abanentə məlumat verməyə ehtiyac olmadığını bildirib.


PAYLAŞ HAMI BİLSİN

Maraqlı foto və videoları, şikayət və təkliflərinizi bizə göndərin. Saytla əlaqə: +994 50 295 94 79, yenilikaz@gmail.com

loading...
Loading...
Загрузка...
FİKRİNİ BİLDİR