Bakıda sərxoş qadın uşağını vəhşicəsinə döyüb – FOTO

loading...
Instagram 530 nəfər oxudu
PAYLAŞ HAMI BİLSİN

Vətəndaşlar 5 yaşlı uşağı sərxoş qadının əlindən almağa müvəffəq olub

Yasamal rayonunda azyaşlı uşaq valideyn şiddətinə məruz qalıb. İstiPress-in əməkdaşının müşahidələrinə əsasən, hadisə Bakı metropoliteninin İnşaatçılar stansiyasında baş verib. Ərazidən keçən vətəndaşlar bir qadının azyaşlı oğlunu döydüyünü görüblər. Qadının sakitləşmədiyini görənlər hadisəyə müdaxilə etmək məcburiyyətində qalıblar. Məlum olub ki, adı Samirə olan qadın alkoqolun təsiri altında anlaqlı vəziyyətdə deyil. Ruslan adlı uşağın 5 yaşı olub və o, qadının anası olduğunu təsdiqləyib. Sakinlər uşağın ac olduğunu nəzərə alaraq ona yemək və su alıblar. Aralarında uşağın yalın ayaqlarına corab alanlar da tapılıb.

Bir müddət sonra qadının içki dostları da əraziyə gəlib. Onlar Samirəni  aparmaq istəsələr də, o bununla razılaşmayıb. Mənzərəyə tamaşa edənlər arasında Samirəni tanıyanlar da tapılıb. Dediklərinə görə, qadın uzun müddətdir sərxoş vəziyyətdə küçələrdə gəzir. Lakin bu günə qədər onun yanında uşaq görməyiblər. Onun həyat yoldaşının da alkoqolizmdən əziyyət çəkdiyi deyilir. İki saata yaxın metrostansiyanın girişində oturan qadın sonradan oğlu Ruslanı da götürərək ərazidən uzaqlaşıb.


PAYLAŞ HAMI BİLSİN

Maraqlı foto və videoları, şikayət və təkliflərinizi bizə göndərin. Saytla əlaqə: +994 50 295 94 79, yenilikaz@gmail.com

loading...
Loading...
Загрузка...
FİKRİNİ BİLDİR