Polis iki bacının evindən odlu silahlar tapdı

loading...
Instagram 426 nəfər oxudu
PAYLAŞ HAMI BİLSİN

Qadınlar Cəlilabad sakinləridir

Cəlilabadda müxtəlif küçələrdə yaşayan iki bacının evindən qanunsuz saxlanılan odlu silah götürülüb.

İstiPress-in cənub bürosunun məlumatına görə, daxil olmuş məlumat əsasında Cəlilabad şəhər Səməd Vurğun küçəsi, ev 75 ünvanında yaşayan Yaqut Hüseynovanın evinə baxış keçirilib. Polis əməkdaşları oradan 5,6 mm kalibrli baraban tipli tapança aşkar edilərək götürüb. Daha sonra digər küçədə yaşayan Yaqut Hüseynovanın bacısı Zümrüd Əliyevanın da evinə baxış keçirən əməkdaşlar orada da işarəverici siqnal tipli tapança aşkar edirək götürüblər.

Bacılar polisə verdiyi ilkin ifadəsində qanunsuz saxladıqları silahların babalarından qaldığını bildiriblər. Hazırda silahların hər hansı bir cinayətdə istifadə olunub-olunmaması araşdırılır.


PAYLAŞ HAMI BİLSİN

Maraqlı foto və videoları, şikayət və təkliflərinizi bizə göndərin. Saytla əlaqə: +994 50 295 94 79, yenilikaz@gmail.com

loading...
Loading...
Загрузка...
FİKRİNİ BİLDİR