Hepatit C anadan uşağa keçə bilər?

loading...
Instagram 169 nəfər oxudu
PAYLAŞ HAMI BİLSİN

Hepatit C infeksion xəstəlikdir. Qaraciyəri yoluxdurur və qaraciyər alovlanmasını – hepatitini əmələ gətirir. Əksər hallarda simptomları müşahidə olunmur, ancaq xroniki hepatiti izləmək mümkündür. Xəstəliyin sonrakı gedişi qaraciyərin liflərinin dağılması – qaraciyər sirrozu ilə nəticələnir. Hepatit son illər daha çox yayılmağa başlayıb. Odur ki, bu xəstəliklə bağlı insanları maraqlandıran sualların da sayı artıb.

 

Avropa Qaraciyər Assosiasiyasının həqiqi üzvü, hepatoloq Mətanət Cəfərova Hepatit C ilə bağlı son zamanlar tez-tez verilən sualları cavablandırıb.Saglamheyat.com  həmin sualları və həkimin cavabını təqdim edir.

 

1. Hepatit C xəstəsi olduğumu necə öyrənə bilərəm?

 

– İlk öncə ANTİ-HCV adlanan qan analizi vermək lazımdır. ANTİ-HCV testi pozitiv çıxarsa, HCV RNT PZR testi olunmalıdır və bu test pozitiv çıxan insan Hepatit C xəstəsi hesab olunur.
Xroniki Hepatit C xəstələri müayinə olunmazlarsa, illərlə Hepatit C xəstəsi olduqlarını bilməzlər. Ona görə hər bir insan ən azı ildə 1 dəfə müayinə olunmalıdır!

 

2. Hepatit C testinin (ANTİ-HCV; express test) pozitiv çıxması mənim 100% Hepatit C olduğumu göstərir?

 

– XEYR. Hepatit C-nin aşkarlanmasında istifadə olunan ELİSA (İFA) testinin pozitiv olması da hər zaman xəstəlik anlamına gəlməz! Bəzən yalançı pozitivlik də ola bilir və ya Hepatit C virusuna yoluxub sağalan insanlarda da bu test bir müddət pozitiv qala bilər. ANTİ-HCV testi pozitiv çıxan insanlar mütləq HCV RNT PZR testi olunmalıdır və yalnız bu test pozitiv çıxanlar Hepatit C xəstəsi hesab olunur.

 

3. Hepatit C xəstəsi olan anadan doğulan uşağa xəstəlik hansı yollarla keçə bilər və yenidoğulmuş uşaq nə zaman Hepatit Cyə görə yoxlanılmalıdır?

 

– Hepatit C anadan uşağa doğuş zamanı keçə bilər. Uşaq doğulan kimi anadan keçən antitellər səbəbiylə yalançı pozitivlik ola bilər. Ona görə testlər (ANTİ-HCV) 18 ay sonra olunmalıdır. Erkən diaqnoz üçün PZR analizi olunmalıdır.

 

4. Hepatit C olan anadan süd vermə ilə uşağa da Hepatit C keçə bilərmi?

– XEYR. Ancaq ananın süd vəzisinin giləsində çat və ya qanama olan hallarda keçiricilik mümkündür. Bu halda yara sağalana qədər əmizdirməyə ara vermək lazımdır.

 

5. Hepatit C hansı yollarla keçməz?

 

– Hepatit C qucaqlaşma, əl görüşmə, eyni evdə eyni süfrəni paylaşmaqla, qidalar, sular, asqırmaq, öskürmək, qab-qacaqlardan, eyni evi bölüşməklə keçməz!

 

6. Həşərat dişləməsi ilə Hepatit C keçərmi? 
– XEYR , keçməz!

 

7. Hepatit C qaraciyərdən başqa hansı orqanlara ziyan vura bilər? 
– Hepatit C qaraciyərə vurduğu hasardan başqa dəri, böyrəklər, qalxanvari vəzi, tüpürcək vəziləri, göz xəstəlikləri və bəzi sistem xəstəliklərinə səbəb ola bilər.

 

8. Hepatit Cnin müalicəsindən sonra müalicə müddəti və tam sağalma şansım nə qədərdir?

 

– Hepatit C xəstəsinə düzgün zamanda düzgün sxemlə başlanılan müalicədən sonra tam sağalma şansı 98-100%-dir. Xəstələrin çox faizi 3 ay müddətində tamamilə sağalmış olur.

 

9. Müalicədən sonra PZR müayinəsi zamanı HCV RNT neqativ çıx, amma ANTİHCV (İFA; express testlərlə) yenidən pozitiv çıxa bilərmi?

 

– BƏLİ. Express və ya İFA testləri orqanizmdə Hepatit C virusuna qarşı yaranan antitelləri göstərdiyinə görə müalicədən sonra HCV RNT PZR vasitəsilə neqativ çıxsa (əsas virusun bədəndə olmadığının göstəricisi bu müayinədir) belə, bu testlər pozitiv göstərə bilər. İFA testinin göstəriciləri isə müalicədən sonra tədricən azalaraq 5-20 ilə yoxa çıxır. HCV RNT PZR müayinəsinin cavabı neqativ olanlar sağalmış olan şəxslərdir.

 

10. Hepatit Cdən qoruyan peyvənd var? 
– XEYR. Çox təəssüf, günümüzdə belə bir peyvənd mövcud deyil. Amma bu istiqamətdə işlər gedir. Düşünürəm ki, Hepatit B-də olduğu kimi, Hepatit C-yə qarşı da peyvəndlər yaxın gələcəkdə mövcud olacaq


PAYLAŞ HAMI BİLSİN

Maraqlı foto və videoları, şikayət və təkliflərinizi bizə göndərin. Saytla əlaqə: +994 50 295 94 79, yenilikaz@gmail.com

loading...
Loading...
Загрузка...
FİKRİNİ BİLDİR