Damlanın Hollandiya konserti ləğv olundu – AÇIQLAMA

loading...
Instagram 458 nəfər oxudu
PAYLAŞ HAMI BİLSİN

Təşkilatçı ilə müğənni fərqli açıqlamalar verib

19 may 2017-ci ildə Almaniyanın Nurinberq şəhərində azərbaycanlı müğənnilər Damla və Nurlan Təhməzli ilə yanaşı, türk sənətçilərinin konserti təxirə düşüb.

Buna səbəb Almaniya səfirliyinin Damlaya viza verməməsi göstərilir. Əldə etdiyimiz məlumata görə, səfirlik Damlanı müğənni kimi tanımadığından viza verməkdən imtina edib.

Təşkilatçı isə konsertə biletlərin satılmadığını bildirib:

“Biletlərin ilkin qiyməti 50 avro olaraq, satışa çıxarılıb. Lakin burada yaşayan azərbaycanlılar konsertə maraq göstərmədi. Biz məcbur qalıb konsertin biletlərinin qiymətini 25 avroya kimi endirməli olduq. Lakin yenə də konsertin biletləri satılmadı”.

Təşkilatçının sözlərinə görə, onlar bu konsertin yerinə “Hoqqa” filminin qala gecəsini təşkil edib. Və bu münasibətlə əməkdar artist Dilarə Əliyeva, Elməddin Cəfərov fəxri qonaq qismində iştirak edəcək.

Məsələ ilə bağlı İstiPress müğənni Damlanın prodüseri ilə əlaqə saxlayıb. O, xəbəri təkzib etdi:

“Konsertimiz bizim istəyimizlə təxirə salınıb. Burada işlərimiz çoxdur. 2-3 günümüzü ora sərf edə bilmədik. Bu səbəbdən də təşkilatçı ilə danışdıq, konserti ayrı vaxta təyin etdik. Yaxın günlərdə bu haqda məlumat veriləcək. Almaniyada Damlanın mahnılarını əzbər bilir. Onun duetləri Almaniyada dillər əzbəridir”.


PAYLAŞ HAMI BİLSİN

Maraqlı foto və videoları, şikayət və təkliflərinizi bizə göndərin. Saytla əlaqə: +994 50 295 94 79, yenilikaz@gmail.com

loading...
Loading...
Загрузка...
FİKRİNİ BİLDİR