Afrikada timsahlar suyun üzəri ilə hərəkət etmək istəyən keşişi parçalayıblar

loading...
Instagram 282 nəfər oxudu
PAYLAŞ HAMI BİLSİN

Zimbabvedə keşiş suyun üzəri ilə hərəkət etmək istəyərkən timsahların hücumuna məruz qalıb.

İslam.az-ın SalamNews-a istinadla xəbərinə görə, “Sonuncu gün” kilsəsinin keşişi Conatan Mtetzva Həzrət İsa (ə) peyğəmbərin su üzərində hərəkətini əyani göstərmək niyyətilə çaya daxil olub. 30 metr hərəkət etdikdən sonra üç timsahın hücumuna məruz qalan keşiş həlak olub.

Şahidlər bildiriblər ki, yırtıcılar tərəfindən parçalanan rahibə heç cür kömək edə bilməyiblər. Rahibin təkcə ayaqqabıları və paltarları suyun üzərinə çıxıb.

“Keşiş ötən bazar günü bizə iman haqqında söhbətlər etdi. O söz verdi ki, bu gün bizə öz imanını sübut edəcək. Lakin o, suya batdı və iri timsahlar onu parçaladılar. Bunun necə baş verdiyi hələ də anlamırıq. Axı o bir həftə boyunca oruc tutub, dualar etmişdi. Timsahlar isə onu bir neçə dəqiqə ərzində parçaladılar”, – deyə şahidlərdən biri bildirib.


PAYLAŞ HAMI BİLSİN

Maraqlı foto və videoları, şikayət və təkliflərinizi bizə göndərin. Saytla əlaqə: +994 50 295 94 79, yenilikaz@gmail.com

loading...
Loading...
Загрузка...
FİKRİNİ BİLDİR