Home » Archives by category » Maqazin
Aygün toyundan 3 gün sonra üzə çıxdı: “Görün yanında…”

Aygün toyundan 3 gün sonra üzə çıxdı: “Görün yanında…”

Bir neçə gün öncə ailə həyatı quran xalq artisti Aygün Bayramova yeni fotolarını paylaşıb. Muğam ifaçısı şəkillərdə sənət yoldaşları ilə bir arada görünür. Qeyd edək ki, mayın 26-da “Buta” sarayında Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Xalq artistləri məhz həmin tədbirdə bir araya gəliblər.

Demet Akalın 4 milyona villa aldı

Türkiyəli müğənni Demet Akalın yeni evinə köçüb. Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, sənətçi İstanbulun Acarkent səmtində villa alıb. O, həyat yoldaşı Okan Kurt ilə evin qarşısında çəkdirdiyi fotosunu İnstaqramda yayımlayıb. Qeyd edək ki, bu villanın ərazisi 2000 kvadrat metr sahəyə malikdir, qiyməti isə 4 milyon dollardan başlayır.

Continue reading …
İmicini dəyişdi – kişilər bəyənmədi

Rəqqasə Asena Almaniyalı iş adamı Hasan Dereden ayrıldıqdan sonra imicini dəyişib. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, uzun saçlı halına vərdiş etdiyimiz Asena radikal bir qərarla saçlarını kəsdirib. Buruq saçlı çəkilmiş şəklini paylaşan rəqqasəni kişi pərəstişkarları bəyənməsə də, qadın pərəstişkarları “şirinsən” deyə şərh yazıblar.

Continue reading …
Məşhur azərbaycanlı müğənni nazir oğlunun QOLLARINDA

Müğənni Safura Əliyeva ailəsinə daha çox vaxt ayırdığını deyib. Yenilik.az mətbuat.az-a istinadən bildirir ki, müğənni tez-tez həyat yoldaşı və övladı ilə fotolarını paylaşır. Qeyd edək ki, Safura Əliyeva energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evlidir. Cütlüyün İsgəndər adında bir oğlu var. O, ailə qurduqdan sonra sənətdən gedib.

Continue reading …
SON DƏQİQƏ! Aygün Kazımovaya yüksək vəzifə verildi

Xalq artisti Aygün Kazımova Dövlət Təhlükəsizlik Xidmətinin solisti təyin olunub. Bu barədə Aygün Kazımovanın mətbuat xidmətinin rəhbəri İsa Şükürov məlumat verib. Onun sözlərinə görə, sənətçiylə bağlı əmr bu gün verilib: “Dövlət Təhlükəsizlik Xidmətindən dəvət gəldi. Aygün Kazımova da bu dəvəti qəbul elədi.”Xalq artisti Aygün Kazımova “28 MAY – Respublika günü”nə həsr olunmuş yürüşdə iştirak edib. […]

Continue reading …
Meyxanaçı Samirə ATV-ni məhkəməyə verir — MARAQLI SƏBƏB

Meyxanaçı-müğənni Samirə Yusifqızı əməkdar artist Gülüsan Əliyevanın onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib. Sənətçi YENİLİK.AZ-ın əməkdaşıyla söhbətində Əliyevanı illərdir tanıdığını və aralarında pis münasibətin olmadığını dilə gətirib: “Gülüstanla bir-birimizi illərdir tanıyırıq. Hətta o qəzaya düşəndə evinə getmişəm, bacısını, övladını, rəhmətlik anasını tanıyırdım. O mənim ailəmin içinə gəlib. Gülüstanı heç kəs tanımayanda toylara getməyinə kömək etmişəm, […]

Continue reading …
Elza ilə Nadir Qafarzadə itlərini evləndirir, toy olacaq… – “Mənim “qızım” bakirədir…”

Günlərdir davam edən “Azerbaijan Fashion Week” bu gün fərqli tərzdə reallaşıb. İçərişəhərdə baş tutan layihəyə məşhurlar öz ev heyvanları ilə gələrək, tədbirə rəng qatıblar. Layihə isə heyvanların qorunmasına və hüquqlarının tapdalanmamasına həsr olunub. Podiumda yeriyən modellərdən sonra səhnəyə şou-biznesin tanınmışları çıxıb. Heyvanlara maraq göstərən Nadir Qafarzadə və əməkdar artist Elza Seyidcahan da öz itləri ilə […]

Continue reading …
Könül Xasıyeva xəstəlikdən tanınmaz hala düşdü – FOTO

Azərbaycanlı aparıcı Hacı Nuran xalq artisti Könül Xasıyevaya baş çəkib. Lent.az-ın məlumatına görə, H.Nuran xalq artisti ilə şəklini paylaşaraq, bu sözləri yazıb: “Azərbaycanın xalq artisti, özünəməxsus səsi və ifa tərzi ilə xalqımızın sevgisini qazanmış Könül Xasıyevanı bu gün ziyarət etdim. Bildiyiniz kimi, son vaxtlar sevimli ifaçımız ağır xəstəlikdən əziyyət çəkir. Görüşümüz çox təsirli və kövrək […]

Continue reading …
Bülent Ərsoyu ilan vurdu

Məşhur türk müğənnisi Bülent Ərsoyu veriliş çəkilişləri üçün getdiyi Hindistanda yaşıllıq sahədə istirahət zamanı ilan sancıb. Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, qışqıraraq kömək istəyən məşhur sənətçinin köməyinə veriliş heyəti çatıb.Köməyə qaçan şəxslər ilanı öldürüblər. Sol ayağında şişkinlik və qızartı yaranan Bülent Ərsoy ilk müdaxilənin ardından vaxt itirmədən xəstəxanaya çatdırılıb.

Continue reading …
Xuraman Şuşalının izlənmə rekordu qıran VİDEOSU

Tanınmış və sevilən müğənni Xuraman Şuşalının sosial şəbəkədə paylaşdığı video izlənmə rekordu qırıb. YENİLİK.AZ müğənninin oğlu Abbasla çəkdiyi həmin videonu təqdim edirik:

Continue reading …
Page 1 of 14123Next ›Last »