Tağım komandirinin maşınının dövlət nömrə nişanı isə 10 YY 300-dür.

Sayt yazır ki, bu nömrənin qiyməti 20 min manatdır. Bəs Aydın adlı polis əməkdaşı 150 min manat dəyərində maşını və 20 min manatlıq nömrəni dövlətin ona verdiyi 600-700 manatlıq aylıq maaşla necə alıb?

Məlumata görə, Aydın əvvəllər Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, bir müddət əvvəl təqaüdə göndərilən Həsən Şirinovun köməkçisi olub.