Yenilik.az

Gənclər mitinq keçirmək istəyirlər
Məlum olduğu kimi, fevralın 13-də Gənclərin Hüquqlarını Müdafiə Komitəsi mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edib.

Həmin müraciətdə martın 4-də 3 məkandan biri – “Füzuli” meydanı, “Nərimanov” metrostansiyasının qarşısı və “Təbriz” kinoteatrının qarşısındakı meydanda, saat 15:00-dan 17:00-dək ölkənin ərazi bütövlüyünün təmin olunması, rüşvətsiz təhsil və siyasi məhbusların azad olunması tələbi ilə mitinq keçiriləcəyi bildirilir. Mitinqdə “Siyasi məhbuslara azadlıq!”, “Qarabağ!” və “Rüşvətə yox!” şüarlarının səsləndirilməsi nəzərdə tutulub.

Bu günədək aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti hər hansı bir məlumat verməyib. İcra hakimiyyəti ilə əlaqə saxlanılmış və görüşülümüş, nəticədə BŞİH tərəfindən gələn həftə rəsmi cavab veriləcəyi bildirilmişdir .

Komitə yetkililəri bu məsələ və mitinqə hazırlıq, mitinq öncəsi keçirilən görüşlər və digər bu kimi məsələlərlə bağlı 23 fevral 2012-ci il tarixdə, saat 12:00-da VHP-nin mərkəzi qərargahının akt zalında mətbuat konfransı keçirəcək.

Xatırladaq ki, müraciət Gənclərin Hüquqlarını Müdafiə Komitəsi(GHMK) tərəfindən edilib. GHMK-da 4 partiya ,5 təşkilat – “Azad Gənclik” Təşkilatı, “Müsbət dəyişiklik” Gənclər Hərəkatı, “Dalğa” Gənclər Hərəkatı, “NİDA” Vətəndaş Hərəkatı, “İnsan Hüquqları Klubu” , “Vətəndaş Həmrəyliyi Partiyası”, “Musavat Partiyası”, “Azərbaycan Xalq Cəbhəsi Partiyası” və “Azərbaycan Demokrat Partiyası” Gənclər Təşkilatları təmsil olunurlar.

Ağ ev üzr istədi
Əfqanıstanda amerikalı NATO əsgərlərinin müqəddəs “Quran” kitablarını yandırmasına etiraz olaraq kütləvi aksiyalar keçirildiyi bir arada rəsmi Vaşinqton xoşagəlməz hadisəylə bağlı üzrxahlıq bəyanatı verib.  Ağ evin mətbuat katibi Cey Karni Ağ evin belə halları hər vəhclə pislədiyini bildirib.

“Biz əfqan xalqından üzr istəyir və bu kimi halları hər vəchlə pisləyirik. Bu, arzuolunmaz insidentdir və əfqan xalqının dini etiqadlarına dərin hörmət bəsləyən ABŞ ordusunun apardığı siyasətə ziddir”, – deyə Cey Karni bildirib.

Ağ evin sözçüsü artıq Hərbi komandirlərin üzrxahlıq etdiyini xatırladaraq, İSAF-ın xoşagəlməz insidenti araşdırdığını və bu kimi halların təkrarlanmaması üçün müəyyən ölçülər götürməkdə olduğunu qeyd edib.

Bununla belə, Karni müqəddəs “Quran” kitablarının məqsədli şəkildə yandırılmadığını deyib.

Dövlət Departamentindən Viktoriya Nuland da oxşar bəyanatla çıxış edərək, bu hadisənin ABŞ siyasətini əks etdirmədiyini vurğulayıb: “Dini yazılara qarşı hörmətsizlik Amerikanın tolerantlıq standartlarına, insan haqlarına dair qanunlara və din azadlığına ziddir”.

Siqaret çəkənlər cərimələnəcək
Azərbaycanda siqaretlə mübarizə sahəsində qanunda daha ciddi dəyişiklik edilməsi gözlənilir.Bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev məlumat verib.

Sədr müavini bildirib ki, İnzibati Xətalar Məcəlləsində tütün və tütün məhsullarının 18 yaşına çatmayan uşaqlara, o cümlədən, lisenziya olmadan satılması, tək-tək satılmasına qarşı cərimələrin məbləğinin artırılması ilə bağlı dəyişiklik ediməsi gözlənilir: “Hazırda bu cərimələr 5-10 manat kimi simvolik rəqəmdir. Bu isə faktiki olaraq, işləmir. Planlaşdırılıb ki, cərimələr qaldırılaraq 50 manata çatdırılsın. Milli Məclisin yaz sessiyasında belə bir dəyişikliyin edilməsi nəzərdə tutulub”.

M.Quliyevin sözlərinə görə, siqaretlə mübarizə sahəsində işlər kompleks şəkildə gedir: “Edilmiş və ediləcək dəyişikliklər ona hesablanıb ki, tütün və tütün məhsullarının istehlakının məhdudlaşdırılması haqqında qanun qəbul olunanda, müəyyən şərtlər yerinə yetirilmiş olsun”.

«Sepah» və «Hizbullah»ın terrorçuları yaxalandı
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanda İranın xüsusi xidmət orqanı olan “Sepah”ın və “Hizbullah”ın yaratdığı terrorçu dəstəni zərərsizləşdirib. Dəstə ölkədəki xarici vətəndaşlara qarşı odlu silah, partlayıcı maddələrdən və qurğulardan istifadə edərək terror törədilməsi məqsədilə yaradılıb.

Dəstə üzvləri “Sepah”ın təlimatı ilə kəşfiyyat xarakterli məlumatlar toplayıblar. Onlar qanunsuz olaraq xeyli sayda odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək, terror törədilməsi ilə bağlı hazırlığa başlayıblar.

“Sepah”ın əməkdaşı Həmid adlı şəxslə “Hizbullah” terror təşkilatının “Müqavimət” hərbi əməliyyatlar qanadının rəhbəri Hacı Abbasın birgə yaratdığı mütəşəkkil dəstənin üzvləri arasında vəzifə bölgüsü belə aparılıb.

Qeyd edək ki, son bir neçə gün ərzində Azərbaycanda bir qrup şəxs saxlanılıb. Nardaran Ağsaqqallar Şurasının üzvü Kərbəlayi Natiq Kərimov APA-ya bildirib ki, Milli Təhlükəsizlik Nazirliyi və daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində tutulanların əksəriyyəti Bakı kəndlərinin, xüsusilə də Nardaran sakinləridir. Onlar ölkədə silahlı birləşmə yaratma, qanunsuz silah saxlama, dövlətə xəyanət və narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinirlər.

N. Kərimov deyib ki, onlara indiyə qədər saxlanılan 20 nəfərin adı məlumdur: “Bu şəxslərin çoxu bizim qohumumuz və yaxın adamımızdır”.

N. Kərimovun bildirdiyinə görə, saxlanılanlar arasında qardaşı Niyazi Kərimov, “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri Mehdi Məmmədov, dini məqalələrlə çıxış edən Əbülfəz Bünyadov, “Fars” xəbər agentliyinin və İranın “Səhər” telekanalının Azərbaycandakı müxbiri kimi təqdim olunan Anar Bayramlı, “Səhər” telekanalının sürücüsü Ramil Dadaşov, Azərbaycanda terror hazırlamaqda ittiham edilən və axtarışda olan Balaqardaş Dadaşovun bacısı oğlu Əli Məmmədov da var.

Sumqayıt sakini Prezidentə müraciət etdi
Sumqayıt şəhər sakini, 6-cı mikrorayon, ev 6, mən 17-də yaşayan Xuduşov Fikrət Dadaş oğlu Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciət edib. Həmin müraciətin redaksiyamıza daxil olan mətnini təqdim edirik:

Möhtərəm prezident!

Sumqayıt hadisələrindən 24 il ötür. Bu illər ərzində Azərbaycanın siyası, iqtisadi, mədəni və beynəlxalq həyatında ciddi müsbət dəyşikliklər baş vermişdir. Respublikamız öz müstəqilliyini əldə etmiş, dövlətçiliyini qoruyub saxlamış, müasir ordu yaratmış, hüquqi-dünyəvi bir cəmiyyət formalaşdırmış, analoqu olmayan iqtisadi inkişafa nail olmuşdur. Lakin ermənilərin etnik təmizləmə və işğalçılıq siyasətini həyata keçirmək üçün SSRİ xüsusi xidmət orqanları və xaricdəki erməni diasporunun dəstəyi ilə Sumqayıtda təşkil etdiyi təxribatdan sonra milli münaqişə daha qızışdırılmış və Azərbaycan ərazisinin 20 faizinin işğalı ilə nəticələnmişdir. Sumqayıt hadisələrininin ciddi araşdırılmaması və bu təxribata indiyədək düzgün siyasi qiymət verilməməsi səbəbindən ermənilər bu gün də bütün dünyada bu hadisələri erməni genosidi kimi təqdim etməyə əsas verir. Əslində bu təxribatdan ən çox ziyan çəkən də Azərbaycan oldu.

1988-ci iln fevral ayının 27-29-da təşkil edilən kütləvi ixtişaşlar zamanı şəhərdə mağaza və ictimai binaların şüşələrini sındırıldı, ermənilərin evlərinə hücum edildi, qarət və qətllər törədildi. İxtişaşlar zamanı 32 nəfər qətlə yetirildi ki, bunların 26-sı erməni, qalanları azərbaycanlılar idi. Fevralın 29-da Sumqayıtda komendant saatı elan olunaraq şəhərə qoşun yeridildikdən sonra kütləvi həbslər başlandı. Qısa müddətdə 2000 nəfərdən çox Sumqayıtlı gənc həbs edildi və aylarla istintaqa cəlb edildi. Onlarla Sumqayıtlı müxtəlif müddətlərə həbs edildi, 3 nəfərə isə ölüm cəzası verildi.

Hadisədən xeyli sonra məlum oldu ki, bu ixtişaşlar qabaqcadan xüsusi xidmət orqanları və erməni diasporu tərəfində hazırlanmış xüsusi plan əsasında Azərbaycan xalqını dünya ictimaiyyətinə vəhşi xalq, qatil, quldur obrazında təqdim etmək və belə bir xalqla birgə yaşamagın mümkün olmamasına onları inandırmaq niyyəti ilə həyata keçirilib. Hadisədən bir gün əvvəl İsveç televiziyasından gəlmiş erməni jurnalist Artaşes Qabrielyan ixtişaşlar zamanı Sumqayıtda videoçəkilişlər aparmış və hadisədən iki gün sonra isə “Bizi başkəsənlərdən xilas edin” adlı film hazırlayıb Avropa kanallarında yaymışdı. Hadisələrdən əvvəl Sumqayıtda yaşayan ermənilər qısa müddətdə banklara qoyduqları əmanətləri götürmüşdülər. İxtişaşlar vaxtı da əsasən “Krunk” təşkilatına üzvlük haqqı ödəməyən ermənilərə qarşı zorakılıqlar törədilmişdi. İxtişaşların təşkilində günahlandırılanların arasında ermənilərin də olması və əvvəllər müxtəlif cinayətlərə görə 3 dəfə məhkum edilmiş və 9 il həbsdə olmuş Eduard Qriqoryan adlı erməninin isə hətta təxribatçı qruplara rəhbərlik etməsi bu ixtişaşların hansı səviyyədə təşkil edildiyini və kimlərin marağına uyğun gəldiyini bir daha sübut edir.

Ermənilər bu hadisədən məharətlə istifadə edib bütün dünyada Azərbaycan xalqı əleyhinə kampaniyaya başladılar. Qısa müddətdə Ermənistanda genosid qurbanlarına abidə qoydular. Xarici KİV-lərdə bu hadisələrlə bağlı olmazın böhtan və iftiralar yaydılar. Beləliklə də, öz separatçılıq və işğalçılıq niyyətlərinə haqq qazandırmağa nail oldular. Tarixdə azərbaycanlılara qarşı dəfələrlə təkrar olunmuş erməni vəhşilikləri və soyqırımları yenidən tüğyan etməyə başladı.

Çox təəssüf ki, mənfur düşmənin ərazi iddiasını ortaya qoyduğu ilk günlərdən informasiya müharibəsini uduzduq. Bilavasitə ermənilərin və onların Moskvada və xaricdə olan havadarlarının məkrli niyyəti ilə hazırlanmış Sumqayıt hadisələrinin əsil mahiyyətini dünya ictimaiyyətinə çatdıra bilmədik. Əslində buna cəhd də etmədik. Ermənilər isə bu hadisələrdən sonrakı illərdə soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərdən dünya ictimayətinin diqqətini yayındırmaq üçün daim Sumqayıt hadisələri barədə  yalan və iftiralar yayır, bu haqda onlarla saytlar hazırlayır, kitablar çap edib yayır, xarici mətbuatda müntəzəm çıxışlar edir, hətta Xocalı qətliamının fotoşəkillərini Sumqayıt genosidi adı ilə yaymaqdan çəkinmirlər. Bütün bunlar illərlə düşünülmüş, məkrli erməni siyasəti ilə həyata keçirilir və son illərdə bir sıra dünya ölkələrində Türkiyəyə qarşı erməni soyqırımı iddiaları ilə çıxış etdikləri kimi Sumqayıtda törətdikləri ixtişaşları da soyqırım kimi qələmə verməyə cəhd edir, Azərbaycan xalqını və dövlətçiliyini gözdən salır, öz işğalçılıq əməllərinə bəraət qazandırırlar.

Sumqayıt hadisələrinin mahiyyəti ilə bağlı Azərbaycan mətbuatında Akademik Ziya Bünyadov, tanınmış publisist Eyruz Məmmədov müxtəlif vaxtlarda məqalələrlə çıxış etmişlər. Eyruz Məmmədov “Erməni təxribatı”, “28-dən 29-na keçən gecə” kitablarını yazmış, Eyruz Məmmədov, Davud İmanov, Nadejda İsmayılovanın ssenari müəllifliyi ilə sənədli film çəkilmişdir. Ötən il isə Vəkil Aslan İsmayılovun “Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı” və Eyruz Məmmədovun “Ermənilərin Sumqayıtda qanlı aksiyası” kitabları çap olunub yayılmışdır. Bunlarla isə əsasən ölkə ictimaiyyəti tanış ola bilmişdir. Ona görə də, “Böyük Ermənistan” planının tərkib hissəsi olan Sumqayıt hadisələrinin mahiyyətinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün çox iş görülməlidir. Bunun üçün isə ilk növbədə bu hadisələrə parlament səviyyəsində dolğun siyasi-hüquqi qiymət verilməlidir.

Möhtərəm prezident, Sumqayıt hadisələri zamanı bizim ailə də ağır zərbə almışdır. 1942-ci ildə Yardımlı rayonunun Vəlişli kəndində anadan olmuş atam Xuduşov Dadaş Balaş oğlu 1967-ci ildə ailəsi ilə birlikdə Sumqayıta gəlmiş, “Boruyayma” zavodunda zavodunda işə düzəlmişdir. Xarakterinə, mənəvi keyfiyyətlərinə görə görə kollektiv arasında böyük hörmət və nüfuza malik idi. 1988-ci ilin mart ayının əvvəllərində atam işdən evə qayıdarkən yolda gənc bir oğlanın yaralı olduğunu görüb ona yaxınlaşır. Qan işində olan gəncin güllə ilə vurulduğunu görən atam gənci qucağına alıb yaxınlıqdakı qəzet köşkünün yanına gətirib kürəyini divara söykəyir. Oğlana məxsus əşyalar yolun ortasına səpələnibmiş. Atam geri qayıdıb o əşyaları götürmək istəyərkən üstündə bir neçə zabit və əsgər oturmuş “BTR” sürətlə gəlib onun üstündən keçir. Onun meyidini yalnız bir həftədən sonra morqdan alıb doğulduğu kənddə dəfn etdik. Bu hadisə baş verəndə mənim 19 yaşım var idi. Məndən kiçik 1 qardaşım və 2 bacım var idi. Bu hadisələrin təsadüfi, günahsız qurbanı olmuş atam ailəmizin yeganə işləyəni, gəlir gətirəni idi. Böyük bir ailə başsız qaldı və çox çətinliklə dolanırdıq. Onu da bir daha qeyd edim ki, o hadisələr zamanı 6 nəfər azərbaycanlı həlak olmuşdur. Digər həlak olanlar haqqında da Eyruz Məmmədovun “Ermənilərin Sumqayıtda qanlı aksiyası” kitabında (Sumqayıt, 2010. Səh 80-83) ətraflı məlumat verilmişdir.

Möhtərəm prezident, göründüyü kimi 6 nəfər azərbaycanlı ixtişaşın günahsız qurbanı olmuş, hadisələrdə təqsirli bilinərək məhkum edilmiş Əhməd Əhmədov güllələnmiş, Taleh İsmayılov müəmmalı şəkildə cəzaçəkmə müəssisəsində vəfat etmiş, onlarla sumqayıtlı gənc müxtəlif cəzalara məhkum edilmişdir. Onlardan da həbsxanalarda xəstələnən, dünyasını dəyişən olmuşdur. Bu ixtişaşlardan ən böyük zərbəni Azərbaycan xalqı alsa da, ermənilərin məkrli siyasəti nəticəsində bu hadisələr Azərbaycan xalqının, Azrbaycan dövlətinin imicinə çox böyük ziyan dəymişdir. Ona görə də hesab edirəm ki, bu təxribatın mahiyyəti bir daha araşdırılmalı, Milli Məclis səviyyəsində doğru, düzgün siyasi-hüquqi qiymət verilməlidir. Eyni zamanda, hadisələrdən zərərçəkmiş azərbaycanlıların statusu müəyyən edilməlidir.

Möhtərəm prezident, yuxarıda qeyd olunanları nəzərə almağınızı, Sumqayıt hadisələrinin səbəbləri, mahiyyəti haqqında ciddi araşdırma aparılaraq bu hadisələrə parlament səviyyəsində siyasi-hüquqi qiymət verilməsi, zərərçəkmiş Azərbaycanlıların statuslarının müəyyən edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə göstəriş verməyinizi xahiş edirəm.

İmza:                            Xuduşov Fikrət Dadaş oğlu

Tel: (055) 680-92-06

18 fevral 2012-ci il

P.S. 1988-ci il Sumqayıt hadisələrində həlak olan Azərbaycanlılar haqqında məlumat

(Mənbə: Eyruz Məmmədov. “Ermənilərin Sumqayıtda qanlı aksiyası”. Sumqayıt 2010. Səh. 80-83)

1.   Babayev Vəkil Kərim oğlu.

Masallı rayonunun Sığdaş kəndində kolxozçu ailəsində anadan olmuşdur. Ailə üzvləri böyük idi. Vəkil 15 yaşında Sumqayıta pənah gətirir. “Zaqafqaziyatikinti” trestinin, 12 saylı yol-tikinti idarəsində fəhlə işləməyə başlayır. Aldığı əmək haqqından az da olsa, kəndə valideynlərinə göndərir. Yaşa dolduqda iş yerini dəyişməyə məcbur olur. Bir müddət Sumqayıt Superfosfat, Məişət kimyası zavodlarında, “Azərkimyatikinti” trestində çalışmağa başlayır. İşdə bacarıqlı, əməksevər və zəhmətkeş bir insan kimi böyük hörmət sahibi olur.

Sumqayıtda baş verən hadisələrdən sonra, mart ayının ilk günlərində Vəkil evə gəlib çıxmır. Ailə üzvləri narahat olur. Sumqayıtın xəstəxanalarına baş çəkirlər, lakin tapa bilmirlər. Dostları onu Bakıda, Respublika xəstəxanasının morqunda tapırlar. Vəkilin cəsədi tanınmaz olmuşdu. Qansız rus əsgərləri onu “BTR” in altına salıb həlak etmişdilər.

Vəkilin böyük ailəsi vardı. Səkkiz övladı atasız qaldı.

2.   Xudaşov Dadaş Balaş oğlu.

1942-ci ildə Yardımlı rayonunun Vəlişli kəndində anadan olmuşdur. 1967-ci ildə ailəsi ilə birlikdə Sumqayıta gəlmiş, “Azərboru” zavodunda işə düzəlmişdir. Xaraktercə mülayim, sakit və səmimi insan idi. Elə bu keyfiyyətlərinə görə kollektiv arasında böyük hörməti vardı. 1988-ci ilin mart ayının əvvəllərində Dadaş işdən evə qayıdırdı. Yolda gənc bir oğlanın yaralı olduğunu görüb ona yaxınlaşdı, cavan oğlan qan içində idi. Onu güllə ilə vurmuşdular. Dadaş gənci qucağına aldı, yaxınlıqdakı qəzet köşkünün yanına gətirdi, kürəyini divara söykədi. Yolun ortasında oğlanın əlindən düşən müxtəlif əşyalar vardı. Dadaş onları yığmaq istərkən üstündə bir neçə zabit və əsgər oturmuş “BTR” sürətlə gəlib onun üstündən keçdi və Dadaş dünyasını dəyişdi.

Meyidi bir həftədən sonra tapdılar. Doğulduğu kənddə dəfn olundu.

Dadaş Xudaşovun dörd övladı vardı.

3.   İsgəndərov Natiq Yadulla oğlu.

1965-ci ildə İmişli rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra orduda qulluq etmişdir. Hərbi xidməti başa vurduqdan sonra taleyini Sumqayıtla bağlayır. Burada Evtikmə kombinatında işləməyə başlayır. Axşamlar isə təhsilini Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda davam etdirir. Ağıllı, savadlı və mədəni oğlan idi. Sumqayıt hadisələrində iğtişaşlarda iştirak etməmişdir, əksinə, iş yoldaşlarını iğtişaşlara qoşulmağa qoymamışdır.

Natiq işdən qayıdarkən “BTR”in altında qalmışdır. Valideynləri 15 gün onun meyidini tapa bilmədilər. On altıncı gün Natiqi Bakıda Semaşko xəstəxanasının zirzəmisində tapdılar. Doğulub boya-başa çatdığı İmişli rayonunda dəfn etdilər.

4.   Orucov Canpolad Məhyəddin oğlu.

1965-ci ildə Ermənistanın Sisyan rayonunun Şəki kəndində anadan olmuşdur. Ailələri Ermənistandan köçüb Azərbaycana pənah gətirdilər, Abşeronun Saray qəsəbəsində özlərinə məskən saldılar.

1982-ci ildə Canpolad qəsəbənin orta məktəbini bitirdikdən sonra Rusiyada hərbi-xidmətdə oldu. Əsgərlikdən sonra sənədlərini Azərbaycan Neft və Kimya İnstitutuna verdi və qəbul olundu. Tələbəlik illəri başlandı. İnstitutda üç il oxudu. 1988-ci il mart ayında rus əsgərlərinin idarə etdikləri “BTR”in tırtılları arasında qaldı, onu yerli camaat təcili olaraq şəhər xəstəxanasına apardılar. Canpolad cəmi üç saat yaşadı. Onun beyin qapağı dağılmışdı. Həkimlər əlacsız idilər. Bu haqda komendant Krayevə məlumat verilsə də, heç bir tədbir görülmədi.

5.   Əliyev Surxay Valeh oğlu.

1971-ci ildə Ermənistanın Qafan rayonunun Siznək kəndində anadan olmuşdur. Surxay çox yaşaya bilmədi. Cəmi on yeddi bahar, on yeddi qış. Böyük arzuları vardı. Ali məktəbə daxil olmaq, diplom almaq, valideynlərini sevindirmək, ailə həyatı qurmaq. Əfsuslar olsun ki, namərd gülləsi qəfil gəldi, tez də Surxayı qətlə yetirdi. Düşmən gülləsi gənc bir oğlanın arzularının çiçək açmasına imkan vermədi və o, gözlərini yumub əbədiyyətə qovuşdu.

6.   Altıncı meyidin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmadı və onu şəhər qəbristanlığında basdırdılar.

Bəşər Əsəd şoka düşdü
Suriya ordusunu tərk edən 2 min 500 əsgər  Bəşər Əsəd rejiminə qarşı mübarizə aparacaqlarına dair and içiblər. İnternet saytına yüklənən görüntülərdə suriyalı müxalifətçilər bildirirlər ki, qanları və ruhlarını Bəşər Əsəd rejiminin yıxılması üçün fəda edəcəklər və nümayişlərdə iştirak edən xalqı qoruyacaqlar.

Andiçmə mərasimindən sonra ordunun sözçüsü qeyd edib ki, Suriya ordusundan ayrılan bu əsgərlər özlərinə “Müaviyyə ordusu” adını veriblər və Müstəqil Suriya Ordusuna tabedirlər.

“O cür gözəl bulvar tikiblər, mikrob və qoxudan gəzmək olmur”
2009-2010-cu illərdə Bakının kanalizasiya xətlərinin təmizlənməsinə cəlb olunmuş Türkiyənin «Kanalize İnşaat» şirkətinin sahibi Ridvan Köse “Azadlıq” radiosuna şok açıqlamalarla dolu müsahibə verib. Vaxtilə Azərbaycandan burdakı şərtlərə görə getdiyini deyən iş adamının müsahibəsini olduğu kimi təqdim edirik:

NƏ MƏNİ İŞLƏTDİLƏR, NƏ PULUMU VERDİLƏR

– Mən Bakıda çalışa, pul qazana bilmədim. Bəzi şərtlərə görə orada çalışmaq mümkün olmadı. Bilmədiyimiz məsrəflər çıxırdı. Orada aldığınız pul çalışana qalmır, sağa-sola verməlisən.

– Pulu sizdən kim istəyirdi?

– «Azərsu» rəhbərliyində olanlar. Sonda bizi elə bir hala gətirdilər ki, daha çalışa bilmədik. Biz öz xeyrimizi hesablamalıydıq, yoxsa rüşvət tərəfini? Bizim dediyimiz qiymətin üzərinə bir neçə dəfə çox qiymət yazırdılar. Halbuki mən bu işi daha az pula görməyə razı idim. Mən maliyyəmi bilirəm, amma görmədiyim məsrəflər olurdu, bunları bilə bilmirdim. Hər önünə gələn bir şey istər, bunu çatdıra bilmirdik.

– Sizə sənədlərə imzamı atdırırdılar?

– Təbii, məcburən qol çəkirsən. Hər halda, idarənin başında duranlar idi. Bizə çatan cüzi puldan vergini-filanı da istəyirdilər.

– Sizin layihələrə nə qədər vəsait ayrılırdı?

– İki layihənin hər birinə 1 milyon manatdan çox pul ayrılmışdı. Gerçəkdən verilsəydi, bu pula gözəl işlər görmək olardı. Amma nə məni işlətdilər, nə pulumu verdilər.

– Yəni o pul sizə çatmadı?

– Yox-yox, hər şey kağız üstündə idi. Çox cüzi hissəsini verdilər, qazancımız olmadı. Ortada olan pulların hamısını özlərinə götürürdülər. Sonra özü aldığı pulun vergisini də bizə ödətdirirdi, cibimizdən verməli olurduq. Bir az iş görürdün, pullar uçub gedirdi.

AZƏRBAYCANDA TENDER YOXDUR

– Bəs layihələr necə qazanılırdı? Tender keçirilirdimi?

– Azərbaycanda tender yoxdur. Tenderi kimin alacağı öncədən bəlli olur. İdarənin işçiləri özləri paylaşdırırlar işləri. Pulun çoxu görülməyən işlərə gedir. Çox pul ayrılır, az hissəsi işə gedir, ona görə ortaya iş çıxmır.

– İstanbulda bu işlər necə görülür?

– İstanbulda bu işlər tenderlə özəl sektora verilir, su idarəsi buna yalnız nəzarət edir. 2-3 illik tenderlər keçirilir, şirkətlərə verilir. Suyun bağlanması, kanalın çəkilməsi hamısına özəl şirkətlər baxır.

200 MANATLIQ DETEKTORU GƏTİRİB HƏDİYYƏ ETDİM

– Bakıda olduğunuz müddətdə hansı ərazilərdə işlədiz?

– Azərbaycanda bəzi binaların zirzəmiləri suyla doludur. Bəzilərini təmizlədik. MUM-un önündə xətt bağlı idi, açdıq, öz yoluna bağladıq, Hövsana yönəltdik. Bəzi yerlərdə insanların öz əlləriylə bilərəkdən öz kanallarını bağladığını gördüm. «Torqovı» yaxınlığında, yüksək binaların birində bir nəfər öz binasına yol çəkmək üçün əsas kanalı torpaqla doldurub, asfaltın həmin yerindən yeni xətt çəkmişdi. Küçədəki evlərin bütün zirzəmiləri çirkab suyu ilə dolmuşdu. Dünyanın heç yerində belə şey olmur. Bu adama xüsusi bir söz də deyə bilmirdilər. Biz həmin zirzəmiləri təmizlədik. Mən təklif etdim ki, kanalları təmizləmək üçün robotları gətirim, sizin insanlara öyrədim. Həmin robotlardan biri orta qiymətlə 300 min manatadır. Azərbaycanda kanal qapaqlarını tapmaq üçün bir detektor lazım idi, dəyəri 200 manat idi, o da yoxları idi, mən gətirib hədiyyə etdim. Gətirib verdim ki, dünyada belə bir şey var, bunu işlədin. Yoxsa asfaltları qırıb bu qapaqların yerini tapırdılar, asfalt tökərkən örtdükləri qapaqları.

«AZƏRSU»NUN İNDİKİ RƏHBƏRLİYİ

– Bəs indi xəbəriniz varmı Bakıda bu sahədə görülən işlərdən?

– Biz Bakıdan çıxandan sonra daha çox iş görmək, texnologiya almaq istəyən rəhbərlik gəldi. Kanal təmizləyən robotlardan 2-3 dənə alıblar, daha professional olanlardan almağı planlaşdırırlar. Kanalların sökülmədən, asfaltı pozmadan içəridən bərpa olunması barədə düşünürlər. Bu işi mövcud şərtlərlə özləri görmək istəyirlər. Məndən xeyli şey soruşurlar. Burada gəlib baxırlar, soruşurlar ki, Avropa ölkələrində bu iş neçəyə başa gəlir?

– Sizi yenə dəvət edirlərmi Bakıda işləməyə?

– Şərait olsa, sevə-sevə gedərik. Bizi o vaxt küsdürdülər, indi dəvət edirlər, ötən il iki dəfə məsləhət üçün getmişəm. Türkiyədən iki mütəxəssis dəvət ediblər. İstanbul Su və Kanalizasiya İdarəsinin vitse-prezidenti ilə bir rayonun başçısını məsləhətçi kimi dəvət ediblər. Təkcə pul verib iş gördürmək istəmirlər, həm də texnoloji gətirmək istəyirlər. Bu texnologiya Azərbaycana mütləq lazımdır.

BETON XƏTLƏRİ SADƏCƏ TƏMİZLƏMƏK YETƏR

– Sizcə Bakıda kanalizasiya sistemini təmizləmək üçün öncə hansı işlər görülməlidir?

– O cür gözəl bulvar tikiblər, mikrob və qoxudan gəzmək olmur. Bu qoxunun səbəbi kanal sularının yağmur suları xətləri ilə dənizə axmasıdır. Bulvardakı yolun altı kollektordur. Bakının bütün çirkab suyu ora toplanır. İllərlə bu kollektor daşla, qumla, zibillə dolub. Deyəsən indi oranı təmizləmək üçün maşın kirələyiblər, indi orada iş gedir. … Bakıda sovet vaxtı çəkilmiş beton xətlər hətta bugünkü şərtlərlə belə çox keyfiyyətlidir, mükəmməldir. Sadəcə, təmizləmək yetər. Təmizləyəndə həm diametr artır, həm suyun önünü bağlayan bir şey qalmır.

3-5 MİLYON AYRILSA…

– Bakının kanalizasiya sisteminin normal vəziyyətə gətirmək üçün ilə nə qədər vəsait lazımdır? Lap yuvarlaq ifadə etsək…

– Bu, metrlə hesablanan işdir. Qiymət kanalın uzunluğuna görə hesablanır. Sizdə bu işə xərclənən pulların çox az, cüzi hissəsinə bu işi görmək olar. Bəri başdan 3-5 milyon ayrılsa, çözülməmiş problemləri həll etmək olar. Təcili problemləri həll edib, sonra da periodik problemləri həll etmək olar.

CİDDİ ƏCNƏBİ İNVESTOR AZƏRBAYCANA GƏLMİR

–  Bu gün Bakıdakı işlərə türk şirkətləri də cəlb olunub.

–  Bu gün Azərbaycanda Türkiyədə, dünyada ciddi iş görən şirkətlərdən hansısa biri varmı? Dünyadan ciddi əcnəbi yatırımçı Azərbaycana gəlmir. Niyə? Dünya ticarətində belədir ki, bir insan bir iş görəndə, buna nə qədər pul xərcləndiyini bilir – yəni mazuta bu qədər, əməkhaqqına bu qədər, qırılan əşyalara bu qədər gedər. Amma Azərbaycanda hesablar belə getmir. Ona görə Azərbaycana gerçək iş görən türk gəlmir. Sabah nə olacağı bəlli deyil. Bu həm də təkcə mənə bağlı problem deyil. Azərbaycanda 100 manat maaş alan insan sadəcə bağbanına 500 manat maaş verir. Bunu necə edir? Cameyə molla olmaq üçün belə pul verirsən.

HƏR ŞEY VİZA ALANDA BAŞLAYIR

– Sizcə, necə kəsmək olar rüşvətin kökünü? Prezident özü də korrupsiyaya qarşı mübarizə elan edib.

– Bu mübarizə hələlik nəticə vermir, çünki onu aparanların özləri səmimi deyillər. Aeroporta girən kimi sizdən pul gözləyirlər. Hər şey vizanı alanda başlayır. Dünyanın heç yerində olmayan şeyləri burada görürsən. Biz işimizi görməliyik, yoxsa rüşvət hesabını aparmalıyıq? Türkiyədə kimdən soruşsaz, Azərbaycandakı rüşvətxorluğu eşidib ora getmək istəmir. «Nə gələr başıma, nə olar?» – hamının belə bir qorxusu var. Niyə belə olmalıdır? Yolda polis bəzən sürücünü 20-50 metrdən bir saxlayır, «5-10 manat ver» deyir. Cibimdəki sürücülük vəsiqəsini alıb «vay, əfəndim, sürücülük vəsiqəniz əzilib» deyir. Dedim «əfəndim, cibimdəki sürücülük vəsiqəsini görüb məni saxlamışdın?». Sanki məni buna görə saxlayıb cəza vermək istəyir. Az qala, Prezident Aparatının yanında səni yol polisi saxlayır. «Bir şirinlik yap»– bu sözləri az qala hər yerdə eşidirdin. Əslində, bir az öyrəşmişdim də belə işlərə. Amma Azərbaycan mütləq bu problemlərə üstün gəlməlidir.

HƏR SAHİBKAR 50-60 ADAMA İŞ VERSƏ…

– Deməli yenə də tərəddüd edirsiz Azərbaycanda iş qurmağa.

– Vaxtilə Türkiyədə vəziyyət sizdən də çətin idi. İndi sizdə işsizlər var. Çünki sizin fabriklər boş qalır. Azərbaycanda hansı fabrik açıqdır? Yatırım yapmaq istəyən bir biznesmen göstərə bilməzsiniz. Çünki rüşvəti aşmaq mümkün deyil. Azərbaycanda sahibkara qoyulan tələbləri inkişaf etmiş Avropa ölkələri qoya bilər. İnkişaf etməkdə olan ölkələr gərək desin ki, «gəl sənin işığını da verim, qazını da, suyun da». Çünki mən orada 50-100 insana iş, maaş verəcəkdim. Tibbi sığorta da etdirərik. Hər sahibkar gəlib 50-60 adama iş versə, qazanc da bu ölkəyə qalar, bunu kim edirsə-etsin.

İran bankları çökəcək
İran banklarının ümumdünya banklararası maliyyə telekommunikasiyasından təcrid edilməsi İrana dünyanın digər ölkələri ilə biznes əlaqələri qurması imkanını heçə endirəcək.

Qərb hesab edir ki, bu addım İranın nüvə ambisiyalarının qarşısının alınmasında həlledici rol oynayacaq. SWIFT indiyə qədər heç bir ölkənin banklarına münasibətdə belə addım atmayıb.

BMT əməkdaşının anasının qətlinin üstü açılıb.
Fevralın 17-də Bakıda törədilmiş qətl hadisəsinin üstü açılıb. Binəqədi rayon Polis İdarəsindən  verilən məlumata görə, 1938-ci il təvəllüdlü İsmayılova Elmira Səxavət qızının 23 yaşlı Natiq Hümbətov tərəfindən qətlə yetirilməsi müəyyənləşdirilib və o saxlanılıb. İlkin dindirilmə zamanı N.Hümbətov hadisəni qarət məqsədi ilə törətdiyini deyib.

Qeyd edək ki, qətlə yetirilmiş qadın Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fuad Hüseynovun anasıdır. N.Hümbətov qadını qətlə yetirdikdən sonra evi yandırıb.

İki qardaş gənc qızı öldürdü
Sabunçu rayon Prokurorluğundan  verilən məlumata görə, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsi ev 29-da 1982-ci il təvəllüdlü Məlikova Günel Nurulla qızının meyiti tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanıb və onun döyülərək öldürüldüyü müəyyən edilib.

İlkin araşdırmalardan sonra 30 yaşlı G.Məlikovanın həmin evdə birgə yaşadığı 1957-ci il təvəllüdlü Məmmədov Kamil Abutalıb oğlu və onun qardaşı 1951-ci ildə anadan olmuş Məmmədov Rafiq Abutalıb oğlu tərəfindən döyüldüyü müəyyən edilib.

Qeyd edək ki, yuxarıda adları sadalanan qardaşlar və öldürülmüş qız tüfeyli həyat tərzi keçirirmiş.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə iş başlanılıb.

Fəlsəfi müxbir
Bizim həmkarımız Natiq Cavadlı ağ eləyib – başlayıb siyasətçilərə fəlsəfədən suallar verməyə. Deməli, bu günlərdə tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu “Evrovizion”la bağlı aparılan “Azad musiqi qeyri-azad ölkədə” və ya “Demokratiya üçün oxu!” şüarları ilə təqdim edilən kampaniyanı pisləmiş, bunu ermənilərin arzusu ilə bir səviyyəyə qoymuşdu. Üstəlik, Azərbaycan hakimiyyətini xaricdə tənqid eləməyin düz olmadığını söyləmişdi və s. Hələ bu kampaniyaya qarşı hökumətyönlü QHT-lərin bəyanatında onun təşkilatının imzası olduğunu kənara qoyuram. Çünki Novella xanım sonradan bu bəyanatı imzalamadıqlarını demişdi.

Amma Novella xanımın fikirləri yenə də bu kampaniyaya qarşıdır və kampaniyanın fəallarından olan Leyla Yunus haqda sərt sözlər söyləməkdədir. Natiq Cavadlı da bunları əsas götürüb Müsavat başqanı Isa Qəmbərə Novella xanımla bağlı bir çox suallar verib (nədir ki, Novella xanım həmin partiyanın üzvüdür).

Natiq Cavadlı: Ümumiyyətlə, ədalətli kimdir: Leyla Yunus, yoxsa Novella Cəfəroğlu?

Isa Qəmbər: Bu, bir az daimi fəlsəfi suallardandır. Mən bilirəm ki, hər iki xanım Azərbaycanda insan haqları probleminə səmimi yanaşırlar. Sadəcə, onların iş üslubları fərqlidir. Biri həqiqətləri açıq şəkildə deməyin və problemlərin üzərinə getməyin tərəfdarıdırsa, digəri problemlərin mümkün qədər dialoq yolu ilə həll edilməsinə tərəfdardır.

Natiq Cavadlıya min dəfə demişik: sən bu Kantın, Hegelin, Berqsonun, nə bilim Delezin təsirindən çıx, qardaşım. Axı sən niyə fəlsəfi suallar verirsən?! Yox bir, materiya qabaqdır, yoxsa şüur? Bəsdir, biz jurnalistləri biabır etdin. Hələ ötən il biz səni panteizmin ekstensializmə bağlı olan bir qolunun təsirindən zorla qurtardıq. Nə üçün əl çəkmirsən bu fəlsəfədən?

Axı Novella Cəfəroğlu səmimi şəkildə deyir ki, Leyla Yunusu siyasi məhbuslar maraqlandırmır, o, yalnız özünə işləyir. Çingiz Qənizadə də belə deyir. Hakimiyyətin təmsilçiləri, nökərçələri də və s. Şəxsən mən onun səmimiyyətinə inanıb dünən görüşdüyüm xarici qonaqlara dedim ki, bizim ölkədə heç bir problem yoxdur. Bu gün isə dünyanın bir çox təşkilatlarına yazacağam ki, bir daha azərbaycanlılardan heç nəyə rəy almasınlar. Otursunlar evlərində, getsinlər öz dərdlərini çəksinlər.

Məsələ bu qədər aydın olduğu halda, sən niyə gündəmi dəyişirsən, ay Natiq bəy? Niyə bizim inqilabi mübarizəni gündəmdən çıxarırsan? Heç metafizikanın yeridir? Bunlar bir yana qalsın, sən bilmirsən ki, biz Avropaya da öz milli dəyərlərimizlə gedirik?! Böyüyə, yaxına hörmət isə bizim əsas dəyərlərimizdəndir. Daha sabah da gedib belə bir sualla AXCP sədri Əli Kərimliyə müraciət etmə. Ümumiyyətlə, sən kimə işləyirsən, Natiq bəy?

Avropa davranışlı robotlar

Bizim hakimiyyətdəkilərin bir az ağlı varmış. Onlar anlayıblar ki, “Eurovision-2012” mahnı müsabiqəsində iştirak etmək üçün Bakıya gələn qonaqları Heydər Əliyev aeroportunda robotlar qarşılasa daha yaxşı olar. Çünki hələ də uzanan Heydər Əliyev dövrü bizdə adamları elə günə salıb ki, onlar qonaqlarımızı yaxşı qarşılaya bilməzlər. Mən bunun geniş səbəbləri, yorumları üzərində dayanmaq istəmirəm. Robotlar olmasa, elə biabırçı olaylar baş verər ki, gəl görəsən. Amma bu robotlar özlərini avropalı kimi aparacaqlar. Belə qiymətli varlıqlardan biz illərdir xəbər tutmamışıq.

Kaş ki, bizim ölkəni də bu robotlar idarə edəydilər. Indiki tamahkar, bacarıqsız, feodal təfəkkürlü robotlaşmış adamlardan o cür avropalı robotlar yaxşı olardı. Bizi də hər yerdə adam kimi qarşılayardılar.

Mən avropalı robotlardan birinin, hətta ömürlük prezidentimiz olmasına da razılaşardım.

Şahvələd Çobanoğlu

azadliq.info

«SONA BÜLBÜLLƏR»
Bu yazını, özü ilə illər əvvəl tanış olduğum muğam ifaçısı, xanəndə Qədir Rüstəmovun əziz xatirəsinə ithaf edirəm.

Qədir Rüstəmov, Ayərbaycanın Ağdam rayonunda dünyaya göz açıb. Onun şöhrəti Azərbaycanın ən ucqar diyarına qədər yayılmış, dövlət mükafatı almış, sağlığında sənədli filmi çəkilmiş, bir neçə tarixi filmlərdə Azərnaycanın kəçmiş məşhur xanəndələrini canlandırmış, çoxlu yazıçı, araşdırmacı və elm adamının diqqəti-üfqündə olmuş, heç bir sənətçidə olmayan bənzərsiz bir səsə və ifa tərzinə malik, şöhrətli olmasına baxmayaraq şöhrəti mənimsəməmiş, gözə girməyə çalışmamış, özündən razı olmamış, təkəbbürdən uzaq, sadə, təvazökar, özünəməxsus sadəlövh tərzi ilə fərqli bir şəxsiyyət və yaxşı bir ailə başçısı kimi tanınıb.

İnsan, sahib olduğu dəyərlərin qədir-qiymətini ondan məhrum olduğunda başa düşür. Ana-atamız həyatda olanda onların qədir-qiymətini o qədər də bilmirik. Bir gün ana-atamızı itirəndə onların, həyatımızda nə böyük əhəmiyyətə malik olduğunu onda dərk edirik.

Dünyaya göz açdığımız kəndimiz, qəsəbəmiz, məhləmiz də gözdən düşəndə başqa yerlərin, böyük şəhərlərin xəyalını qururuq. Məmləkətimizi tərk edəndə həsrətdən sinəmiz göyünür, ürəyimiz döyünür, bağrımız yanmağa başlayanda məmləkətə sarı can atarıq.

Hər canlı tək, torpaq da bir gün ölür. Məkanlar, yiyəsi olduğu günə qədər yaşayar. Tərk edilib, sahibsiz qalanda və ya düşmənlər tərəfindən işgal olunanda viran olur və ölür. Tərk ədilən məkanlar viran olsa da, vətən torpağının bir hissəsi kimi qaldıqca hər zaman abad ola bilər. O məkanlar ki, əgər düşmən işgalı altında isə onda ona əl çatmaz, güc yetməz, səs gətməz. Vətəni düşmən işgalında ikən ömrü vəfa göstərməyənlərin arzusu, bir daha gərçəkləşməmək üzrə özü ilə torpağa gedər. Qalan nəsillər isə, yurdlarına qayıtma ümidi içində “yaşamağa” çalışar.

1988–1994-cü illərdə baş verən Qarabağ muharibəsində, Azərbaycanın %20-dən artıq torpaqları Ermənistan tərəfindan işgal edilib. İşgal olunan on iki rayonun kənd və qəsəbələrində yaşayan bir milyondan artıq Azərbaycanlı yurdlarından sürülüb. Həmin insanlar iyirmi ildi çadırlarda, qatar vagonlarında, xaraba evlərdə qaçqın kimi yaşayır. Evinizin açarını itirib bir nəçə saat balalarınızla küçədə qaldığınızı təsəvvür ədin. Bir çilingər çağırıb qapınızı açdırandan sonra həyatınız yenidən köhnə halına qayıdacacaq. Vətən torpaqlarından sürgün edilən bir milyon Azərbaycanlı iyirmi ildi evlərinə, yurdlarına qayıda bilmir. Onların kabusu iyirmi ildi davam edir. Onlar təkcə malını, varını itirməyib. Onlar həm də min illərdən bu yana ata-babalardar qalan tarix mirasını, xəyallarını, xatirələrini, yurdlarını, vətən torpaqlarını itiriblər. Övladlarını, qardaşlarını, ana-atalarını, gəlinlərini, kürəkənlərini, nəvələrini, qohumlarını, əqrabalarını, qonşularını və i a. bütün sevdiklərini itiriblər. 20-ci əsrdə Ermənilərin Qarabağ muharibəsində tətbiq etdiyi soyqırımla bəşəriyyət dəhşətli bir sınaxdan keçib. Və sübut olundu ki; “Avropa insan hüquqları”, “demokratiya”, “global sülh” “BMT” qavramlarının içi, ixtiyar sahibi dövlətlər tərəfindən necə lazımdı elə də doldurulur. Azərbaycan, Bosniya-Hersoqovina, Çeçenistan, Əfqanıstan, İraq, Kəşmir, Somalidə yaşanan gəyriinsani vəhşət bunun ayanı-sübutudur…

Ağdam rayonu, Allah-təalanın (c.c.) təbiət gözəlliyini comərdcə bəxş etdiyi, havasına, suyuna, torpağına insan səsinin ən xoş, ən məlahatlı sadalarını qatdığı, tarixdə olduğu kimi, günümüzdə də beynəlxalq migyasda şöhrət olmuş onlarla səs və saz sənətçisinin, şairlərin, yazıçıların, elm adamlarının yurdudu. O cümlədən Qədir Rüstəmov, Arif Babayev, Ramiz Quliyev sənət aləminin ən şöhrətlilərindəndir.

Qarabağ qaçgınları içində tanınmış, şöhrətli xanəndə və muğam ifaçısı kimi, Azərbaycan xalqı Qədir Rüstəmovu bağrına basmış, ona ürəyində yer vermişdir. Bəlkə də o, buna görə şöhrəti ürəyinə sindirə bilməyib. Zira bir milyondan artıq Azərbaycanlı özü tək yurdlarından sürülüb, öz yurdlarından didərgin düşüb. Bəlkə də o, buna görə özünəməxsus xarakteri ilə hamıdan fərqlənirdi. Onun ürəyi iyirmi ildi yurd həsrətilə qovrulub. O, Qarabağın işgaldan azad edildiyi günü bir daha əsla görə bilməyəcək. Onun gözləri, bu arzu ilə açıq gedib.

“Gözündə arzusu, həvəsi qalıb,

Özü həsrət gedib, nəvəsi qalıb,

Göydə yetimlərin naləsi qalıb,

Söndürün sinəmdə yanan narımı,

Qaytarın özümə, torpaqlarımı”[1]

İnsan vətəndən cüda (didərgin) düşməyin acısını, ağrısını, sancısını, əzilmişliyini, qəribliyini, sahibsizliyini, zəifliyini ancaq ondan məhrum qalanda dərk edə bilər. Necə ki, ac qalanda bir tikə quru çörəyin, susuz qalanda bir udum suyun bizimçün nə qədər əziz olduğunu dərk etdiyimiz kimi.

Q. Rüstəmovun oxuduğu əsərlər içində, mənim xatırladığım bir ədəd belə oynaq hava yoxdur. Buna görə də, onun oxuduğu əsərlər başqa cürə həzin və qərib səslənərdi. Elə oxuduğu əsərlərdən biri var ki, o, sadəcə yanıq bir mahnı deyil, həm də o, Qədir Rüstəmovun öz adı və özünəməxsus xarakteri ilə bütövləşən şah əsəridi. Həmin əsərin adı harda çəkəlsə, bilaistisna Qədir Rüstəmovu yada salar. Buna görə yazımın başlığını, «SONA BÜLBÜLLƏR» kimi dəqiqləşdirmişəm. Həmin əsərin havası ürək kövrətdiyi qədər, sözləri də adamın ruhunda həzinlik əmələ gətirir:

Su atdım yara dəydi, sona bülbüllər,

Əlim divara dəydi, saçı sünbüllər.

Dilim-ağzım qurusun, sona bülbüllər,

Nə dedim yara dəydi, saçı sünbüllər.

Elə yar-yar deyirlər, heç məni demirlər,

Ay sona bülbüllər.

Evləri köndələn yar, sona bülbüllər,

Bizə gül göndərən yar, saçı sünbüllər.

Gülün yarpıza dönsün, sona bülbüllər,

Bizdən üz döndərən yar, saçı sünbüllər.

Dəryada gəmim qaldı, sona bülbüllər,

Biçmədim, zəmim qaldı, saçı sünbüllər.

Çox çəkdim yar cefasın, sona bülbüllər,

Mənə dərd-qəmim qaldı, saçı sünbüllər.

Qədir Rüstəmovun xələfi, ulduzu təzə parıldayan Mustafa Mustafayevdir. Onun səsinin təmbiri və ifa tərzi gələcəkdə sələfinin yerini dolduracaq, Qədirsəz qalan Azərbaycan xalqının təsəllisi olacak ümidini daşıyıram. Qarabağın bülbülü Qədir Rüstəmov, (1935, Ağdam, Azərbaycan –14 Aralık 2011, İstanbul, Türkiyə) haqqın rəhmətinə qovuşdu.

Mərhuma Allah-təaladan rəhmət, kədərli ailəsinə və Azərbaycan xalqına baş sağlığı diləyir, mərhumun xatirəsinə ithaf etdiyim şeri oxuculara təqdim edirəm:

«SONA BÜLBÜLLƏR»

Bir haray qoparın dağlar, səs verin!

Yazda xəzan vuran Bağlar, səs verin!

Gözü yolda qalan ağlar, səs verin!

Saz da, tar da küsüb, çalmayır tellər,

Susdu, oxumayır: “Sona bülbüllər”.

Gəlinlərin əli xınasız qalıb,

Göy Göl qan ağlayır, sonasız qalıb,

Eləbil balalar anasız qalıb,

Necə nalə çəkir, oxuyan dillər?

Qarabağa sarı, “Sona bülbüllər”.

Bəs niyə bağlanıb yolu, Ağdamın?

Sınıbdı, qalxmayır qolu, Ağdamın.

Gözləri gan ilə dolu Ağdamın,

Niyə harayına getmədi ellər?

Qaldı yana-yana, “Sona bülbüllər”.

Çatmadı fəğanı, ünü Ağdama,

Ağlamaqla kəçib günü, Ağdama.

Həç kəs aparmadı onu, Ağdama,

De, hara apardı Saranı, sellər?

Yetim qalıb, ağlar, “Sona bülbüllər”.

Bilmədi qədrini, qədirsiz dünya,

Qoy, bayram eləsin Qədirsiz, dünya.

Bir ürək tapmadım kədərsiz, dünya,

Görən güləcəkmi, sınıx könüllər?

Getdi, gəlməz daha, “Sona bülbüllər”.

© Abdulkadir İnaltəkin, Berlin–2012

[1] Abdulqədir İnaltəkinin, “Qaytarın özümə torpaqlarımı” şerindən

Daha bir dərmanın satışına qadağa qoyulacaq
Səhiyyə Nazirliyindən verilən məlumata görə, artıq Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi “Bor turşusu”nun yüksək toksikliyini nəzərə alaraq, onun dərman reyestrindən çıxarılması və dövlət qeydiyyatının ləğv olunması üçün nazirliyinin Farmakoloji və Farmakopeya Şurası qarşısında vəsatət qaldırıb. Hazırda şurada bu məsələyə baxılır. Yaxın gələcəkdə bu dərmanın istifadəsinin dayandırılması barədə müsbət qərarın veriləcəyi gözlənilir.

Nazirlikdən bildirilib ki, “Bor turşusu” hazırda dövlət reyestrində tərkibindəki aktiv maddəsi bor turşusu olan yeganə dərmandır. Hazırda bu dərmanın istifadəsi ilə bağlı müəyyən məhdudiyyətlər var. Həmin dərmanın Farmakoloji və Farmakopeya Şurası tərəfindən təsdiqlənmiş təlimatının əks göstərişlər bölməsində qeyd olunub ki, “Bor turşusu”nu 1 yaşadək uşaqlar, hamiləlik və laktasiya dövründə olan qadınlar, böyrək, qaraciyər pozğunluğu, stenokardiyası, dəri və selikli qişanın qıcıqlanması problemi olan xəstələr istifadə edə bilməzlər.

Nazirlikdən verilən məlumata görə, hələ SSRİ-nin dövründə – 1987-ci ildə “Bor turşusu”nun yüksək toksikliyi nəzərə alınaraq, onun 1 yaşadək uşaqlar, hamilə və süd verən qadınlar tərəfindən istifadə edilməməsi ilə bağlı qərar verilmişdi.

Ümumdünya Səhiyyə Təşkilatı da bor turşusunun yüksək toksikliyini nəzərə alaraq, tərkibində aktiv maddəsi bor turşusu olan dərmanların istifadəsinə məhdudiyyətlərin qoyulmasını tövsiyə edib. Artıq bir sıra ölkələrdə belə dərmanların istifadəsi məhdudlaşdırılıb. Məsələn, Avropa dövlətləri, ABŞ-da yalnız göz, qulaq və burun damcılarının tərkibində bor turşusunun 1-3 faizə qədər olan miqdarda istifadəsinə icazə verilib.

Azərbaycan Səhiyyə Nazirliyi də insanlara tərkibindəki bor turşusunun miqdarı 1 faizdən artıq olmamaq şərti ilə yalnız göz, qulaq, burun damcılarının istifadəsini tövsiyə edib.

Nazirlikdən deyilib ki, tərkibində bor turşusunun miqdarı 1 faizdən artıq olmayan dərmanların istifadəsi tamamilə yol veriləndir. Amma belə dərmanları uzun müddət istifadə etmək olmaz. Onları yalnız müalicə üçün müəyyən edilmiş müddətdə istifadə etmək olar.

Qeyd edək ki, orqanizmə mənfi fəsadları olduğu üçün ötən ilin sonlarında Azərbaycanda “Rozeqlikazon” və “Sibutramin” dərmanlarının satışı qadağan edilib.

Ulviranın əri gündəmdən düşmək istəmir
“Toy olsun” proqramının aparıcısı Ulvira Qarayevanın boşanmağa qərar verdiyi həyat yoldaşı Tərlan Dağlının həyatındakı qara zolaq bitmək bilmir. Ötən ay iki dəfə bıçaqlanaraq xəstəxanalıq olan meyxanaçı dünən avtomobil qəzasına düşüb. Tərlan Dağlının prodüseri Emin Əliyevin  verdiyi məlumata görə, hadisə onlar Saatlı rayonundan toy şənliyindən qayıdarkən baş verib.

Onun sözlərinə görə, Tərlanın qou və ayağı sınıb və əvvəlki xoşagəlməz hadisələri nəzərə alsaq, onun vəziyyəti çox pisdir.

Məhbuslar evə pul göndərəcəklər
Hazırda Azərbaycanda 7 cəzaçəkmə müəssisənin tikintisi davam etdirilir. Lent.az-ın məlumatına görə, bu cəzaçəkmə müəssisələri əsasən bölgələrdə inşa olunur və məhbusların yaşadıqları yerə yaxın yerləşdirilməsi prinsipi əsas götürülür.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən bildirilib ki, yeni tikilən müəssisələrdə məhbuslar üçün daha yaxşı şərait yaradılacaq. Həmçinin burada məhbusların işləyərək pul qazanması da mümkün olacaq. Belə ki, hazırda istifadədə olan müəssisələrdə məhbusların ödənişli əməyə cəlb edilməsi, təsərrüfat briqadalarının yaradılması təcrübəsi olsa da, mövcud şərait bu işin genişləndirilməsinə imkan vermir. Yeni müəssisələrdə isə daha geniş imkanlar olacaq və məhbuslar ictimai faydalı əməyə cəlb ediləcək. Bu zaman məhbuslar günəmuzd şəkildə və ya maaşla olan işlərə, həmçinin peşə fəaliyyətinə cəlb ediləcək. Gördükləri işin müqabilində isə məhbusların hesabına pul toplanacaq. Pul məhbuslara şəxsən verilməyəcək. Onlar hesablarında olan pulla həbsxanalardakı dükanlardan qanunla müəyyən edilmiş miqdarda ərzaq alacaqlar. Məhbuslar həm də hesablarındakı pulu ailələrinə, doğmalarına göndərə biləcəklər.

Qeyd edək ki, məhbusların ictimai faydalı işə cəlb edilməsi və pul qazanması praktikası bir çox ölkədə istifadə olunur.

“Ali Məhkəməyə daxil olan işlərin sayı artıb”
2011-ci ildə Azərbaycan Ali Məhkəməsinin bütün kollegiyalarında baxılan işlər əvvəlki illərlə müqayisədə artıb. Bunu məhkəmənin Plenumunun iclasında çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib. R. Rzayev mülki kollegiyada 2, 5 faiz, inzibati-iqtisadi kollegiyada 25, 5 faiz, cinayət kollegiyasında 26, 6 faiz, hərbi kollegiyada isə 16, 3 faiz artım olduğunu söyləyib. Onun sözlərinə görə, ümumiyyətlə, Ali Məhkəməyə daxil olan işlərin sayı 8, 1 faiz artıb.

Plenumda çıxış edən Mülki kollegiyanın sədri Şəlalə Məmmədova da ötən il ərzində kollegiyaya daxil olan əmək, ailə, borc və kredit mübahisələri ilə bağlı olan işlərin sayının artdığını açıqlayıb. Kollegiya sədri vərəsəliklə bağlı olan işlərin sayının isə azaldığını qeyd edib.

Azərbaycan Fransaya müharibə elan etsə…
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Fransa Senatında “erməni soyqırımı”nın inkarını cinayət hesab edən qanun layihəsinin qəbul edilməsindən sonra bu ölkənin Mİnsk qrupundan çıxarılması ilə bağlı açıqlamasının ardınca Türkiyə mediası Azərbaycan rəsmilərinin bu məsələyə münasibətini öyrənməyə çalışıb.  “Habertürk” saytında  verlən xəbərə görə, bu məqsədlə Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, baş nazirin müavini Əli Həsənov və xarici işlər nazirinin müavini Xələf Xələfovun bu məsələyə münasibətin öyrənib:

Novruz Məmmədov: “Soyqırım qanunun ilə bağlı olaraq biz Fransaya Türkiyədən daha çox reaksiya göstərdik, daha çox işlədik. Mənə bu məsələdə Türkiyəni dəstəkləyən ikinci bir dövlət göstərin. Lakin Fransanın Minsk qrupundan çıxarılması praktiki olaraq mümkün deyil. İstəsək də olmaz, çünki konsensus lazımdır. Türkiyə bizə “Fransa mənim düşmənimdir, əlaqələrinizi kəsin” deyir. Məsələyə biz də belə yanaşaq, Azərbaycan Fransaya müharibə elan etmiş olsa, Türkiyə kimin qarşısında yer alar? Təəssüf ki, bəllidir. Məlum anlaşmalar var, NATO var. Protokollar bizi sarsıtdı. Dağlıq Qarabağ problemi olmasaydı, Türkiyə sərhədi açardı, amma bu düzgün addım olmazdı”.

Əli Həsənov: “Fransa ilə bağlı son gərginliklərlə bağlı olaraq, bütün Fransa xalqına qarşı durmamalıyıq. Onsuz da 127 senator pulla satın alınıb. Bunların Fransa xalqının iradəsini təmsil etməsi mümkün deyil”.

Xələf Xələfov: “Dağlıq Qarabağ bizim ən böyük problemimizdir. Dağlıq Qarabağ problemi davam etdikcə Minsk qrupunun varlığı önəmlidir. Fransaya qanuna etirazla bu məsələnin əlaqələndirilməsi bu prosesə müsbət təsir etməz və daha da böyük problemlər çıxmasına səbəb ola bilər. Bizim bu Minsk qrupundan son dərəcə istifadə edib bu problemi həll etməyə çalışırıq. Minsk qrupunun indiyə qədər mübarizələri nəticə vermədi, amma MQ-nun imkanları hələ bitməyib”.

Razi Nurullayev ATƏT-də görüş keçirib
Bu gün AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev ATƏT-in Demokratikləşmə Şöbəsinin rəhbəri Nikolas Deç (Nicholas Detsch) ilə görüşüb. Görüşdə R. Nurullayev ATƏT rəsmisinə ölkədəki ictimai-siyasi vəziyyət barədə geniş məlumat verib. O, vurğulayıb ki, müxalifət olaraq ATƏT-in Azərbaycanın demokratikləşməsi üçün göstərdiyi səyləri təqdir etməklə barəbər, sərbəst toplaşma azadlığının təmin edilməsi üçün hakimiyyətlə səylərini daha da intensivləşdirilməsini istərdik.

AXCP rəsmisi daha sonra müxalifətin icazəli aksiyalar keçirmə mümkünlüyü barədə də danışıb. Lakin, bu məsələdə iqtidar qarşılıqlı addım atmalı və aksiyaların keçirilməsi üçün adekvat yerlər təklif etməlidir. Adekvat olmayan yerlərə getmək isə təhlükəsizliyin təmin edilməsi ilə bağlı çətinlik yaradır. Təklif edilən yerlər ən azından minumum standartlara malik olmalı və lazımı şərait də hökumət tərəfindən yaradılmalıdır. AXCP rəsmisi hakimiyyətin təklif etdiyi yerlərin standartlardan kənar olduğunu vurğulayıb və belə yerlərdə nümayişlərin keçirilməsinin mümkünsüz olduğunu deyib.

Görüşdə vicdan məhbusları ilə bağlı da məsələ geniş müzakirə edilib. Daha sonra, tərəfləri maraqlandıran bir sıra məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Sahibkarlar üçün yeni internet portal yaradılıb
Bakıda Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə kiçik və orta müəssisələr üçün yaradılan internet portalın təqdimatı keçirilib.

www.biznesinfo.az portalı IFC-nin İnvestisiya Mühiti üzrə Məsləhət Xidmətləri Layihəsi çərçivəsində yaradılıb.

İnformasiya biznes internet portalı Azərbaycanda sahibkarlıq subyektləri, xüsusilə də kiçik və orta müəssisələr üçün yaradılıb. Portalın məqsədi özəl sektorun maarifləndirilməsi, müəssisələr arasında işgüzar əlaqələrin qurulmasına yeni imkanların yaradılması və KOM-ların məhsulları və fəaliyyətləri barədə məlumatların yayımlanmasıdır.

Saxta diplomlarla bağlı yeni qərar
Ölkədə hər hansı şəxsə verilmiş saxta ali məktəb diplomları yeni üsulla üzə çıxarılacaq. Təhsil Nazirliyindən verilən məlumata görə, artıq ölkədə təhsil almış məzunların diplomlarının bazasının yaradılmasına başlanılıb. Bu baza ali təhsil pilləsi üzrə yaradılan təhsilin idarə olunmasının məlumat sisteminin tərkib hissəsidir. Məlumata görə, ilk mərhələdə son 10 il ərzində Azərbaycanın ali məktəbləri tərəfindən verilmiş diplomların bazası yaradılacaq. İlkin olaraq bu iş özəl, daha sonra isə dövlət ali məktəbləri ilə bağlı olacaq. Baza əsasında hansı nömrəli diplomun kimə verildiyi məlum olacaq.

Məlumatda bildirilir ki, bazanın yaradılması işəgötürənlər üçün çox əhəmiyyətlidir. “Saxta diplomlar olduğu üçün hazırda işəgötürənlər həmin sənədin həqiqi olub-olmadığını öyrənmək istəyirlər. Bunun üçün işəgötürənlər çox tez-tez nazirliyə müraciət edirlər. Son vaxtlar isə bu müraciətlərin sayı daha da artıb. Amma artıq yeni yaradılacaq a vasitəsilə işəgötürənlər özləri işə qəbul olunmaq üçün müraciət edən şəxsin diplomunun saxta olub-olmadığını öyrənə biləcəklər”,- deyə məlumatda qeyd olunub (Trend). Yeni üsulun tətbiqi zamanı işəgötürən diplom ona təqdim edildikdə bazaya daxil olub baxacaq ki, diplom həqiqidir, ya yox. Bazada yoxlanılan zaman da saxta diplomun nömrəsi ya hansısa qanuni diplomun nömrəsi ilə üst-üstə düşəcək, ya da ümumiyyətlə, bazada həmin seriyalı diplom olmayacaq. Diplom bazasının bu ilin sonunadək hazır olacağı gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl özəl universitetlərin arayışı ilə işləyən müəllimlərlə bağlı yeni araşdırmaların başlandığı bildirilirdi. Belə ki, orta məktəblərdə müəllimləri müsabiqədənkənar işə qəbul etmiş yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisəsi rəhbərləri barəsində ən ciddi intizam tənbehi tədbirlərinin tətbiq edilməsi ilə bağlı təkliflər hazırlanır. Vaxtilə özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların müvafiq sənədləri də bir daha araşdırılacaq. Nazir Misir Mərdanovun yerli təhsili idarəetmə orqanlarının və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumtəhsil müəssisələrinin rəhbərlərinə bununla bağlı tapşırıq verdiyi bildirilir. Nazirin əmrinə əsasən, adıçəkilən qurumlar bu günədək təhsil sənədi olmayanlarla əmək müqaviləsinin ləğvini təmin etməlidir. Ötən illər ərzində təhsil sənədi almış bu kateqoriyadan olan pedaqoji işçilərin diplomları araşdırılmalı və nazirliyə yazılı məlumat təqdim edilməlidir. Araşdırma nəticəsində təsdiq olunmuş faktlar əsasında saxta diplomla, habelə lisenziyası olmadan fəaliyyət göstərən təhsil müəssisələrinin verdiyi diplomla müəllim işləyənlərlə əmək müqaviləsinin ləğvi barədə rayon təhsil şöbələrinə və müvafiq təhsil müəssisələri rəhbərlərinə məktub göndərilməlidir. Bununla yanaşı, 1992-ci ildən etibarən xarici ölkələrdə ali təhsil almış şəxslərin diplomlarının nostrifikasiya edilməsi (ekvivalentliyinin tanınması) məqsədilə mövcud qaydada müvafiq sənədlərin nazirliyə təqdim olunması istiqamətində tədbirlər görülməlidir. Əmrdə göstərilir ki, müxtəlif kursların vəsiqələri ilə işləyən şəxslərlə bağlanmış əmək müqavilələri ləğv olunmalıdır. Ölkədə müəllimlərin işə qəbulu üzrə müsabiqələrin keçirilməsi məqsədilə müasir infrastruktura malik Kadr Təminatı və Təlim Mərkəzinin yaradılması da nəzərdə tutulur.

Xatırladaq ki, ötən ilin oktyabrından Təhsil Nazirliyi ölkənin ümumtəhsil müəssisələrində çalışan müəllimlərin diplomlarını yoxlamağa başlayıb. Respublikanın 25 rayonunda saxta diplomlarla bağlı araşdırma aparılıb və nəticədə yüzə yaxın bu cür diplomlu müəllim aşkarlanıb. Ancaq az sonra diplomlarının saxta hesab edilməsi ilə bağlı işdən uzaqlaşdırılan və bununla əlaqədar Cəlilabad Rayon Məhkəməsinə müraciət edən müəllimlərin böyük bir qismi işlərinə bərpa olundular. 76 şikayət üzrə məhkəməyə müraciət edən təhsil işçilərinin bir qismi əvvəllər Neftçalada fəaliyyət göstərən Qızlar Kollecinin 1992-93-cü tədris illəri üzrə məzunları, fəaliyyəti dayandırılan digər texnikum və kolleclərin məzunları olub. Onlar oxuduqları təhsil müəssisələrinin Təhsil Nazirliyi tərəfindən qeydiyyatda olması ilə bağlı sənədlər təqdim ediblər.

Qar fəlakəti qayıdır
İki gündən sonra ölkə ərazisində əsasən, bölgələrdə havaların qeyri-sabit keçməsi və kəskin soyuqların düşməsi müşahidə olunacaq, sulu qar və qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin  verdiyi məlumata görə, belə hava şəraiti fevralın 18-dən 21-dək davam edəcək. Bu müddətdə ölkə ərazisində hava şəraiti yenidən yağıntılı olacaq. Bəzi yerlərdə yağıntının intensiv olacağı proqnozlaşdırılıb.

Şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, temperaturun ötən günlərə nisbətən 3-5 dərəcə enəcəyi bildirilir. Bakı və Abşeron yarımadasında isə fevralın 18-dən 21-dək şimal küləyi güclənəcək, temperatur ötən günlərə nisbətən 3-5 dərəcə enəcək, fasilələrlə yağıntı olacaq.

Sabah isə paytaxt ərazisində havanın temperaturu gündüz saatlarında 4-6, fevralın 18-də 3-6, fevralın 19-da isə 0-3 dərəcə isti olacaq.

Rayonlarda isə fevralın 17-də gündüz Aran rayonlarında 3-7 dərəcə isti, dağlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, fevralın 18-19-da Aran rayonlarında gündüz 1-6 dərəcə isti, dağlarda 0-5 dərəcə şaxta proqnozlaşdırılıb.

Günel qardaşına yardım edir
Ötən gün İstanbuldan Bakıya gələn Azəri Günel dərhal burada planlaşdırdığı yaradıcılıq işlərinə başlayıb. Onun gəlişinin əsas məqsədi qardaşı Tunarla nəzərdə tutulan duet mahnıları yazdırmaq olub. Elə ötən gün mahnılar lentə yazılıb. Axşam saatlarında isə bacı-qardaş ad günü məclisində iştirak ediblər. Bakıda ayın 21-nə kimi qalacaq Günelin planları çoxdur. Bu barədə milli.az-a Tunarın prodüseri Zaur bəy məlumat verib:

“Əslində, bu duet Tunarın sənətə qayıdışında bir təkan rolunu da oynayacaq. Həm də bizim işbirliyimiz yeni başlayıb. Tunar bir az kompleksli sənətçidir. Hər dəvət olunan yerə getmir, qapalıdır. Mən bu kompleksi aşmaqda ona yardımçı olacam. Qarşıda bir sıra sənət işləri olacaq”.

Zaur bəy əlavə etdi ki, Günellə Tunarın bir sıra verilişlərdə iştirakı planlaşdırılıb. Eyni zamanda, onlar tədbirlərə qatılacaqlar.

Cabbar Savalanlıdan yeni xəbər
Ötən ilin dekabrında həbsdən azad edilmiş AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı Sumqayıt Dövlət Universitetinə bərpa olunub. Cabbar Savalanlı bildirib ki, təhsilini ikinci kursun ikinci semestrindən davam etdirəcək. O, fevralın 17-dən dərslərdə iştirak edəcəyini söyləyib.

Cabbar Savalanlı 2011-ci il fevralın 5-də tutulub, narkotik vasitəni əldə etmə və saxlamada təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2011-ci il dekabrın 26-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

Həbs olunan zaman Sumqayıt Dövlət Universitetinin II kurs tələbəsi olan Cabbar Savalanlı 2011-ci ilin aprelində bu təhsil ocağından xaric edilmişdi.

Həbsdəki ruhaninin oğlu şahidi döyməkdə təqsirli bilinir
“İslamçıların işi” ilə bağlı həbs olunmuş Masallının nüfuzlu ruhanisi Fəramiz Abbasovun oğlu Emin Abbasov həbs olunub. Fevralın 14-də Bakı Apelyasiya Məhkəməsində E.Abbasovun həbsi ilə bağlı Nəsimi Rayon Prokurorluğunun iddiasına və məhkəmə Abbasov barəsində 1 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Onu məhkəmə zalında həbs edərək, Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına aparıblar.

Emin Abbasov atasının üzünə duran şahid Əlihüseyn Kərimova təzyiq göstərməkdə, onu döyüb, xəsarət yetirməkdə ittiham edilir. E.Abbasova qarşı ötən il sentyabrın 15-də cinayət işi açılıb. “Bizim Yol” qəzetinin məlumatına görə, bu il fevralın 3-də Nəsimi Rayon Prokurorluğu Emin Abbasovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı rayon məhkəməsinə şikayət edib. Lakin rayon məhkəməsi prokurorluğun təqdimatını əsassız hesab edib. Prokurorluq isə onun tutulması üçün apelyasiya protesti verib.

Ötən gün DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) Fəramiz Abbasovun oğlunun həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda Emin Abbasovun həbsi Fəramiz Abbasova qarşı təzyiqlərin davamı kimi qiymətləndirilir: “Bir ailədən həm atanı, həm də oğulu həbs etmək heç bir çərçivəyə sığan məsələ deyil. Hətta hipotetik olaraq ehtimal etsək ki, oğul atasının üzünə duran şəxsə qarşı hansısa emosional etirazlar sərgiləyib, bu, yenə də onu həbsə almaq üçün kafi şərt deyil. Böyük ictimai təhlükə törətməyən əmələ görə insanı həbsə atmaq, özü də atası əsassız yerə 11 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məruz qaldığı halda – belə durum nə ədalətin, nə qanunçuluğun, nə də humanizmin ibtidai anlamına belə uyğun gəlmir. DEVAMM olaraq Emin Abbasovun da, həbsdə olan bütün ilahiyyatçı və dindarların da azadlığa buraxılması üçün çağırış edirik”.

Xatırladaq ki, Fəramiz Abbasov bir il əvvəl İslam Partiyası rəhbərliyinin həbsləri dalğasında tutulub. Polis elan edib ki, onun həyətindəki tövlədən silah-sursat tapılıb. Ancaq ailə üzvləri və kənd sakinləri buna inanmadıqlarını bildiriblər. Daha sonra qonşu kənddə yas mərasimində iştirak edən F.Abbasov tutularaq Bakıya gətirilib, həmin vaxt həbsə etiraz edən Masallı dindarları polis tərəfindən döyülüblər. Məhkəmə prosesində ona qarşı ittihamlar sübuta yetirilməyib. Yalnız bir neçə şahid onun yas mərasimlərində dövlət əleyhinə təbliğat apardığını deyiblər. Ötən ilin oktyabrın 7-də məhkəmə F.Abbasov barəsində 11 il azadlıqdan məhrumetmə cəzası verib.

Elmar Hüseynovun oğlu hər şeyi bilir…
Fevralın 14-də mərhum jurnalist Elmar Hüseynovun həyat yoldaşı Ruşaniyə Hüseynova “Media forum” saytına danışıb.

Elmar Hüseynov 2005-ci il martın 2-də Bakıda öldürülüb. Ruşaniyə Hüseynova 2006-cı ildə oğlu Aslanla birlikdə Norveçə mühacirət edib və o zamandan həmin ölkədə yaşayır.

Aslan atası haqqında hər şeyi bilir

- Aslan atası haqqında hər şey bilir. Mən ona hər şeyi danışmışam, amma o qədər də dərinə getməmişəm, yəni uşaq ağlına batan qədər ona hadisələr haqqında danışmışam. Axı, o, hələ uşaqdır, elə şeylər var ki, ona tam deyə bilmərəm. Əsas sualın cavabını isə o bilir. Soruşur ki, necə olub atasını öldürüblər? Nəyə görə qətl olub? Nəyə görə pis adamlar atasını güllələyiblər? Ən çox verdiyi suallar bunlardır. Mən də bu sualları cavablandırmağa çalışıram.

Aslanın 8 yaşı var. Mən artıq beş ildir ki, ölkədə deyiləm. Hər şey adidir. Demək ki, çox dəyişiklik baş verib, bu, heç də belə deyil. Aslan məktəbə gedir, evə dönür. O öz uşaq həyatını, uşaqlığını yaşayır. Aslan bura gələndə 3 yaşı vardı, amma indi 8 yaşındadır. Böyüklərə nisbətən onun üçün dil öyrənmək daha asan oldu. Məktəbə gedir və Norveç dilində danışır. Üçüncü sinifdə oxuyur.

Norveçə gələrkən Elmarın məqalələrini, şəkillərini, bəzi xatirə əşyalarını özümüzlə götürmüşük. Burada, məktəbdə Aslandan soruşurlar ki, sən kimsən, hardan gəlmisən və sairə. O da cavabında deyir ki, biz Azərbaycandan gəlmişik, mən Bakıdan gəlmişəm və mənim atam tanınmış adam olub. Ən çox dediyi fikirdir bu: “Fəxr edirəm ki, mənim atam Elmar olub”.

Məndən tez-tez soruşur ki, ana, biz Azərbaycana nə vaxt dönəcəyik, nə vaxt biz Bakıya gedə bilərik? Ona cavabım belə olur ki, indi gedə bilmirik. Çünki bir az problemimiz var. Buna baxmayaraq tez-tez yenə o sualı verir. Cavabım belə olur ki, vaxtı gələndə gedəcəyik. Bakı haqqında, Azərbaycan haqqında, atası haqqında kifayət qədər geniş məlumat əldə etmək istəyir. İnternetdən bu və ya digər məlumatları ona çatdırmağa çalışıram. Birlikdə Bakının yeni görünüşünün şəkillərinə baxırıq. Atasının qəbrinin şəklini də ona göstərirəm. Daha çox ora getmək, qəbri yaxından görmək istədiyini deyir. Çünki onun heç yadına düşmür atasının qəbri. Çox balaca idi biz Bakıdan gələndə. Şəkilləri görəndə “Biz nə vaxt ora gedə bilərik” sualını daha tez-tez verir.

Oğlum böyüdükcə Elmara çox oxşayır. Üz cizgiləri, jestləri, danışığı, hərəkətləri. O gün bir az məndən irəlidə addımlayırdı. Ona baxıram, ürəyimdə deyirəm, ilahi, lap Elmar kimi yeriyir. İlk vaxtlar Aslanın atasına oxşadığını sezdikcə oturub ağlayırdım. Amma illər keçdikcə buna sevinirəm.

“Nə vaxt dönmək olar” sualının cavabı hələ hazır deyil

- Vətənə dönmək. Haçan? İndi bunu heç kim deyə bilməz. Hazırda Azərbaycanda baş verən bütün hadisələrdən uzağam. Prosesləri yalnız virtual aləmdən izləyirəm. Bir var ölkədə yaşayasan və proseslərdən xəbərin olsun, bir də var ki, hadisələri uzaqdan-uzağa izləyəsən. Mənim informasiyam yalnız xəbər saytlarının yazdığı, ictimaiyyətə ötürdüyü xəbərlər qədərdir. Əlbəttə ki, atam-anam, yaxın qohumlar nələrisə danışırlar, amma yenə də bu, hadisələrin içində olmaq üçün yetərli deyil. O səbəbdən də “nə vaxt dönmək olar” sualının cavabı hələ hazır deyil.

Rafiq Tağının faciəsindən çox təsirləndim

- Rafiq Tağının qətlə yetirilməsini eşidəndə ən əvvəl ailəsi gözümün önümə gəldi. Faciədən çox təsirləndim və öz yaşadığım ağır günləri xatırladım. İlk dediyim fikir bu oldu: “Yazıq ailə! İndi sizi nələr gözləyir!” Mən bu yoldan keçmişəm və bu cür itkinin nə olduğunu məndən yaxşı kimsə bilə bilməz. Belə hallarda ən birinci zərbəni yaxınları – həyat yoldaşı, uşaqlar, ata-ana, bacı-qardaş alır. 7 il boyunca həyatda keçirdiyim çətinlikləri xatırladım və düşündüm ki, onlar da bu çətinliklərdən keçəcəklər. Yerdə qalanı isə Azərbaycan standartlarına uyğun hallardır.

Baş vermiş hadisə Azərbaycana dönməmək qərarıma elə də təsir etmədi. Çünki baş verən hadisələrdə həqiqətin nə olduğunu bilmirəm və bunu demək də çətindir. Sonrakı nəticələr həqiqəti ortaya çıxaracaq. Dönmək məsələsinə gəlincə, bizim indiki durumumuza görə bu, çox çətin sualdır.

Azərbaycandan gələn olanda xüsusi istəyim paxlava olur

- Norveçə uyğunlaşma mərhələsini arxada qoymuşuq. Həm özüm, həm də Aslan rahatca Norveç dilində danışırıq. İlk-üç il çox çətin oldu. Nəinki yeni ölkə, yeni adamlar, həm də yeni mədəniyyət, yeni adət-ənənələr, yeni qanun və qaydalar. Bu, çox çətin idi. Bu ölkədə yaşamağa gəlmisənsə, mütləq burda necə yaşayırlarsa, nəyi necə edirlərsə, onu bilmək, götürmək lazım gəlir. Çətinliklər bizim fərqli olmağımıza görədir. Müsəlman olmağımız da hansısa rolu oynayır. Həm də bura çox demokratik ölkədir. İlk vaxtlar bizə xeyli çətin oldu. Sonra isə öyrəşirsən və yavaş-yavaş yaşamağa başlayırsan. Öz yolunu seçib onunla addımlayırsan.

Ötən il anam Norveçə gəlmişdi. Azərbaycandan gələn olanda xüsusi istəyim paxlava olur. Çox darıxıram və tez-tez yadıma düşən milli şirniyyatımız da paxlava olur. Ötən Novruz bayramı əsl bayram oldu mənim üçün. Anam bayram ərəfəsi gəldi. O qədər şirniyyat bişirib gətirmişdi ki…

Rəhmətlik qayınanam paxlavanı, şəkərburanı çox gözəl, böyük zövqlə bişirirdi. Mart ayı gələndə Elmar çox sevinərdi, Novruz bayramı gəlir axı, evdə çoxlu şirniyyat bişəcəkdi axı… Elmar Novruz bayramına zarafatla “nevroz bayramı” da deyirdi. Yəni bazarda qiymətlərin qalxmasına, digər aylara görə xərcin çox çıxmasına görə belə zarafatlar edərdi. Bütün zarafatlarına baxmayaraq, o, mart ayının gəlişini bir uşaq həsrəti ilə gözləyirdi. Yeni təqvim ili başlayandan az sonra “Mart ayı gəlir haaa” deyərdi”.