Yenilik.Az
www.Yenilik.Az » Baş redaktordan » “Üç badam, bir qoz” və ya Şuşa tədbiri nə oldu?

“Üç badam, bir qoz” və ya Şuşa tədbiri nə oldu?

“Üç badam, bir qoz” və ya Şuşa tədbiri nə oldu?
2022-07-26 , 13:39

Daha bir Milli Mətbuat gününü yola saldıq. Yenə əlihəsənovçular başda, bir neçə nəfər də yeni şəxs aralarında olmaqla dedilər, güldülər, əyləndilər, orda-burda göstərmək üçün lazım olan şəkilləri çəkdirdilər, bitdi. Vaxtilə Əli Həsənovla şəkil çəkdirib fəxrlə paylaşanlar son iki ildə həmin şəkilləri silib ancaq Prezidentin köməkçisi Hikmət Hacıyev və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovla şəkil çəkdirməyə üstünlük verirlər. Ağıllı adamlardır, işin çəmini tapıblar. Gedənə “xoş gəldin” deyib, gələnə qulluq göstərirlər. Hər birinin də öz səbəbi var, o zaman Əli Həsənovla şəkillərinin altında “bu qədər sadə insan”, “aman Allah nə qədər xeyirxah insan imiş” və s. tTəriflər yazanlar yenə də öz rollarını uğurla ifa edirlər. İnsafla desək siyahıya yeni qoşulanlar da pis oynamırlar. Bu öz yerində. Məsələ başqadır.


İlk dəfə Milli Mətbuat günü Şuşada beynəlxalq media forumu formasında keçirildi. Hətta Prezident İlham Əliyev cənabları özü həmişə Şuşaya avtomobillə getdiyi halda mətbuata, söz azadlığına yüksək münasibətini, hörmətini bir daha nümayiş etdirərək, media nümayəndələrinin Füzuliyə qədər təyyarə ilə, oradan da xüsusi avtobuslarla aparılması, onlara hər cür şərait yaradılması barədə göstəriş verdi, ölkə jurnalistlərinə təbrik məktubu ünvanladı. Başa düşən üçün bu dövlət səviyyəsində çox böyük jestdir və başa düşən bunu müsbət dəyərləndirməlidir. Amma təəssüf ki, bu boyda diqqət və qayğı kənarda qaldı, o boyda tədbirdən bir dənə gözəl bir yazı, təhlil oxuya bilmədik. Artıq 4 gündür tədbir başa çatıb. 200 jurnalistin qatıldığı bir tədbirdən gözəl, fundamental bir analitik yazı yazmaq, Prezidentin mətbuata göstərdiyi qayğını ictimaiyyətə çatdırmaq doğrudanmı çətindir? Orada iştirak edən saytların bir çoxunun çox gösəl studiyaları, internet tv-ləri var, dövlətdən də maliyyə alırlar, niyə bir veriliş məhz həmin tədbirə, Prezidentin mediaya, söz azadlığına göstərdiyi diqqətə və qayğıya həsr etmirlər? Yaxşı bəs bu siyahını hazırlayanlar nə düşünürlər? Siyahını tərtib edəndə heç olmasa elə tərtib edin ki, bu işləri yazan da olsun.

Prezidentin mətbnuata diqqət və qayğısı, beynəlxalq media forumu, orada səslənən fikirlər  qalıb kənarda, bütün cəmiyyət, sosial şəbəkələr “Şuşada nə hadisə baş verib” deyə 4 nəfər-3 jurnalistlə 1 məmurun arasında baş verənləri müzakirə edir. Buna görə 200 nəfər üçün təyyarə ayrılmışdı? Buna görə burdan Şuşaya xərc çəkilib səfər təşkil olunmuşdu? Eynulla Fətullayev həmin hadisəni “məişət söhbəti” adlandırır. Məişət söhbəti etmək üçün burdan Şuşaya getmək vacib idi? O tədbiri elə Bakıda da təşkil etsəydiniz həm məişət söhbətləri etmək olardı, həm də şəkil çəkdirənlər istədikləri qədər şəkil çəkdirərdilər. Amma bəzi şəkil çəkdirənlərə çox da bel bağlamayın, onların bir çoxunun çörəyi dizi üstündədir. Onlar sizdən qabaq çoxları ilə şəkil çəkdiriblər, amma bu gün həmin şəkilləri gizlədir, yazdıqlarını, danışdıqlarını da danırlar. Çox güvənməyin ki, güvəndiyiniz dağlara qar yağanda peşman olmayasınız...


Xanlar Xoca

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.