Yenilik.Az
www.Yenilik.Az » Baş redaktordan » ASAN-ı çətinləşdirənlər kimlərdir?

ASAN-ı çətinləşdirənlər kimlərdir?

ASAN-ı çətinləşdirənlər kimlərdir?
2020-12-17 , 16:25

Ötən ilin mart ayından ölkədə karantin rejimi elan olunub. Lakin bu mnüddətdə bir dəfə də olsun kütləvi informasiya vasitələrinin fəaliyyəti məhdudlaşdırılmayıb. Hətta hərbi vəziyyət dövründə kütləvi informasiya vasitələri normal fəaliyyət göstərirdi. İndi bir neçə gündür ölkədə yenidən karantin rejimi sərtləşdirilib və kütləvi informasiya vasitələri də icaze.e-gov.az saytında müvafiq qaydada icazə almalıdırlar. Təbii ki, əgər bürokratik əngəllər buna imkan verərsə. 


ASAN xidmət yarananda sevinirdik ki, bütün çətinliklər arxada qaldı, daha çətinlik olmayacaq. Əfsus...

ASAN imza-ya görə aylıq ödəniş edirsən, portala girib icazə almaq istəyirsən, bildiriş gəlir ki, "Sizin qurum üçün limit tətbiq olunmamışdır. Bununla bağlı İqtisadiyyat Nazirliyinə rəsmi müraciət etməyiniz xahiş olunur!" Limit tətbiq olunmamışdırsa niyə icazə alla bilmirik? Bununla bağlı İqtisadiyyat nazirliyinə 195-2 vasitəsilə zəng etdikdə "bizlik deyil, 9108-ə ASAN xidmətə zəng edin", deyirlər, ASAN xidmətə zəng edəndə "bizlik deyil Dövlət Vergi Xidmətinə zəng edin" deyirlər, DVX-nə zəng edəndə isə deyirlər ki, "bizlik problem yoxdur, siz yenə ASAN xidmətə zəng edin". 

Bu gün bir çox sahibkarlar bu problemlə üz-üzədirlər. Vaxt vardı məmurların yaşlı insanlar olmasından şikayətlənib deyirdik ki, gənc nəsilə yol vermirlər. Budur gənc nəsil iş başındadır, bütün zənglərə gənclər cavab verir və başdan edirlər. Ancaq bir söz öyrəniblər:"Bizlik deyil". Sizlik deyilsə bəs kimlikdir? İcaze.e-gov.az portalını sizdən başqa kim işlədir ki? Deyin dərdimizi ona deyək, bəlkə çarə tapıldı...

Yenilik.Az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.