Baş redaktordan - www.Yenilik.Az
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm
Prezidentin çıxışında diqqət çəkən əsas cəhət ondan ibarət idi ki, Azərbaycan artıq özünü yalnız regional dövlət kimi deyil, müxtəlif qlobal proseslərdə etibarlı tərəfdaş, dialoq platforması və mühüm geosiyasi aktor kimi təqdim edir.
Şuşa – qələbənin simvolundan qlobal dialoq mərkəzinə
Forumun məhz Şuşada keçirilməsi təsadüfi seçim deyil. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Forumun əsas məqsədi dünyanın müxtəlif ölkələrindən gələn media nümayəndələrinə Qarabağda baş verən dəyişiklikləri yerində göstərmək, bölgədə həyata keçirilən bərpa və yenidənqurma prosesini beynəlxalq ictimaiyyətə çatdırmaqdır.
Son dörd ildə Forum iştirakçıları dağıdılmış şəhərlərdən müasir yaşayış məntəqələrinə çevrilən Qarabağın inkişafını müşahidə ediblər. Bu isə Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin real nəticələrinin nümayişi kimi qiymətləndirilə bilər.
Prezidentin fikirlərindən aydın olur ki, Şuşa artıq yalnız tarixi və mədəniyyət paytaxtı deyil, eyni zamanda beynəlxalq fikir mübadiləsinin, informasiya diplomatiyasının və media əməkdaşlığının mühüm platformasına çevrilməkdədir.
Azərbaycanın tranzit ölkədən geosiyasi mərkəzə çevrilməsi
Forumun əsas mövzularından biri beynəlxalq nəqliyyat dəhlizləri idi. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan uzun illər ərzində məqsədyönlü şəkildə nəqliyyat və logistika infrastrukturu yaradıb. Limanlar, dəmir yolları, avtomobil magistralları və enerji layihələri ölkənin geostrateji mövqeyini gücləndirib.
Onun fikrincə, Yaxın Şərqdə və digər regionlarda yaranan böhranlar göstərir ki, quru dəhlizlərinin əhəmiyyəti sürətlə artır. Bu baxımdan Azərbaycan artıq sadəcə tranzit ölkə deyil, Avropa ilə Asiyanı birləşdirən əsas bağlantı mərkəzlərindən birinə çevrilib. Xəzərdə ən böyük ticarət limanının genişləndirilməsi, yeni yük gəmilərinin inşası, Orta Dəhlizin inkişafı və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq Azərbaycanın uzunmüddətli logistika strategiyasının əsas istiqamətləri kimi təqdim edildi.
Türkiyə ilə münasibətlər – strateji müttəfiqliyin modeli
Forumda Türkiyə-Azərbaycan münasibətlərinə ayrıca yer ayrıldı. Prezident İlham Əliyev bir daha vurğuladı ki, iki ölkə arasındakı münasibətlər təkcə dostluq və qardaşlıq deyil, artıq tam hüquqlu müttəfiqlik mərhələsinə keçib.
Şuşa Bəyannaməsinin bu münasibətlərin hüquqi əsasını formalaşdırdığını qeyd edən dövlət başçısı bildirdi ki, Türkiyə və Azərbaycan modeli region üçün nümunə ola bilər. Onun fikrincə, ortaq tarix, dil və mədəniyyət yalnız emosional bağlılıq deyil, eyni zamanda təhlükəsizlik, iqtisadi inkişaf və regional sabitlik üçün strateji üstünlük yaradır.
Qarabağdan sonra Azərbaycanın yeni xarici siyasət mərhələsi
Prezident İlham Əliyevin çıxışında mühüm istiqamətlərdən biri postmünaqişə dövründə Azərbaycanın xarici siyasətinin yeni mərhələsi oldu.
Dövlət başçısı qeyd etdi ki, Azərbaycan artıq ərazi bütövlüyünü təmin etmiş ölkə kimi beynəlxalq münasibətlərdə daha fərqli mövqedən çıxış edir.
Bu baxımdan Avropa İttifaqı, ABŞ, Çin, Mərkəzi Asiya ölkələri, Türkiyə, İslam dünyası və digər tərəfdaşlarla münasibətlərin yeni mərhələyə qədəm qoyduğu bildirildi. Prezident xüsusilə Avropa Komissiyası ilə son aylarda intensivləşən dialoqu, yüksək səviyyəli qarşılıqlı səfərləri və enerji əməkdaşlığının genişlənməsini müsbət dinamika kimi qiymətləndirdi.
Enerji təhlükəsizliyində Azərbaycanın artan rolu
Forumun mühüm mövzularından biri enerji təhlükəsizliyi idi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan hazırda boru kəmərləri vasitəsilə 16 ölkəyə təbii qaz ixrac edir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Onun sözlərinə görə, yeni yataqların işlənməsi, bərpaolunan enerji layihələrinin genişləndirilməsi və nəqliyyat infrastrukturunun inkişafı ixrac potensialını daha da artıracaq.
Xüsusilə yaşıl enerji layihələri ilə bağlı açıqlanan planlar Azərbaycanın enerji strategiyasının yalnız karbohidrogenlərlə məhdudlaşmadığını göstərir. 2032-ci ilədək 8 giqavatlıq bərpaolunan enerji gücünün yaradılması həm daxili enerji balansını gücləndirəcək, həm də ixrac imkanlarını genişləndirəcək.
Çin, Mərkəzi Asiya və Orta Dəhliz
Prezident İlham Əliyev Çinlə münasibətləri Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi təqdim etdi.
Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatdan sonra iqtisadi, nəqliyyat, müdafiə sənayesi, bərpaolunan enerji və sənaye əməkdaşlığının sürətlə inkişaf etdiyi qeyd olundu. Orta Dəhlizin genişlənməsi, Çin şirkətlərinin Azərbaycandakı fəaliyyəti və birgə istehsal layihələri bu əməkdaşlığın əsas istiqamətləri kimi göstərildi.
Diplomatiyanın əsas prinsipi – etimad
Forum zamanı verilən suallardan biri Azərbaycanın müxtəlif beynəlxalq vasitəçilik təşəbbüslərində niyə etibarlı tərəf kimi qəbul olunmasına aid idi.
Prezident İlham Əliyev bunun əsas səbəbini etimad amili ilə əlaqələndirdi. Onun fikrincə, Azərbaycan heç bir gizli gündəm daşımadan, qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsipləri əsasında münasibətlər qurduğu üçün müxtəlif ölkələr Bakıya etibar edir. Bu yanaşma son illərdə Azərbaycanın müxtəlif regional və beynəlxalq proseslərdə vasitəçilik imkanlarını genişləndirən əsas amillərdən biri kimi təqdim olundu.
Müdafiə qabiliyyəti və milli maraqlar
Prezident çıxışında müasir dövrdə "orta güc" anlayışına da münasibət bildirdi. Onun fikrincə, bu status yalnız iqtisadi və ya hərbi imkanlarla müəyyən olunmur. Əsas meyar ölkənin milli maraqlarını müstəqil şəkildə müdafiə etmək, xarici təzyiqlərə müqavimət göstərmək, regional proseslərə təsir edə bilmək və məsuliyyətli siyasət yürütmək bacarığıdır. Prezident vurğuladı ki, Azərbaycanın gələcək inkişafının əsas prioritetlərindən biri müdafiə potensialının gücləndirilməsi olaraq qalacaq.
Azərbaycanın gələcəyinə baxış
Forumun sonunda Prezident İlham Əliyevin Azərbaycan xalqına ünvanladığı mesaj çıxışın ideya xəttini tamamladı.
Dövlət başçısı vurğuladı ki, Azərbaycanın gələcək uğurlarının əsas şərti milli birlik, milli kimliyin qorunması, dövlətə inam və yalnız öz gücünə arxalanmaq prinsipidir. Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemi sürətlə dəyişir və yeni çağırışlar yaranır. Bu səbəbdən Azərbaycan daim güclü dövlət institutlarını, təhlükəsizlik sistemini və milli həmrəyliyi qorumalıdır. Prezident xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin, milli maraqların hər şeydən üstün tutulmasının və dövlət müstəqilliyinin gələcək nəsillər üçün əsas dəyər kimi qorunmasının vacibliyini qeyd etdi.
IV Şuşa Qlobal Media Forumu göstərdi ki, Azərbaycan artıq regional məsələlərlə məhdudlaşmayan, qlobal siyasi, enerji, nəqliyyat və informasiya gündəliyində fəal iştirak edən dövlət kimi çıxış edir.
Prezident İlham Əliyevin çıxışı və jurnalistlərin suallarına verdiyi cavablar ölkənin xarici siyasət prioritetlərini, regional əməkdaşlıq modelini, enerji strategiyasını, nəqliyyat siyasətini, müdafiə konsepsiyasını və diplomatik yanaşmasını sistemli şəkildə təqdim etdi.
Forum həm də nümayiş etdirdi ki, Şuşa yalnız tarixi qələbənin rəmzi deyil, eyni zamanda beynəlxalq dialoq, media əməkdaşlığı və yeni geosiyasi baxışların formalaşdığı mühüm platformaya çevrilməkdədir.
Şuşadan dünyaya uzanan media dialoqu: qlobal trendləri qabaqlayan strateji baxış
Şuşa Qlobal Media Forumunun ən diqqətçəkən xüsusiyyətlərindən biri hər il seçilən mövzuların qlobal informasiya məkanında sonradan əsas müzakirə predmetinə çevrilməsidir. Bu baxımdan, forum hər il seçdiyi mövzularla qlobal tendensiyaları qabaqlamağı bacarır.
Təkamül yolu: trendləri qabaqlayan mövzular və genişlənən coğrafiya
Şuşada əsası qoyulan bu media ənənəsi əslində zəngin bir təkamül yoluna malikdir. Hər şey 2022-ci ildə, media sektorunda rəqəmsal transformasiyanın yeni mərhələyə qədəm qoyduğu bir vaxtda “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda keçirilən ilk Beynəlxalq Media Forumu ilə başladı. Səsləndirilən fikirlərin aktuallığı bu təşəbbüsü dayanıqlı instituta çevirdi.
Artıq növbəti illərdə Şuşa formatı qlobal çağırışların birbaşa ünvanına çevrildi:
2023-cü ildə keçirilən 1-ci Şuşa Qlobal Media Forumu “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunu gündəmə gətirərək süni intellektin xəbər istehsalına təsirini masaya yatırdı.
2024-cü ildə baş tutan 2-ci Forum “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” ilə geosiyasi qarşıdurmalar fonunda saxta xəbərlərin yaratdığı təhlükələri qlobal təhlükəsizliyin əsas istiqaməti kimi qəbul etdirdi.
2025-ci ildə isə “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusu diqqət mərkəzində idi.
Bu ardıcıl silsilənin növbəti möhtəşəm zirvəsi 13-14 iyul 2026-cı il tarixlərində məhz Şuşada gerçəkləşəcək IV Qlobal Media Forumudur. Platformanın beynəlxalq nüfuzunun ildən-ilə necə artdığını rəqəmlər də aydın nümayiş etdirir. İndiyədək keçirilmiş forumlar çərçivəsində ümumilikdə 81 ölkədən 600-ə yaxın nüfuzlu media nümayəndəsi, ekspert və rəsmi şəxs bir araya gəlib.
Builki IV Forum isə miqyasına görə fərqlənir: dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs Şuşaya toplaşır. Tədbirdə 30-a yaxın beynəlxalq informasiya agentliyi, 60-dan çox aparıcı media qurumu və 10-a yaxın beynəlxalq təşkilat ilə şirkətin nümayəndələri təmsil olunur ki, bu da Şuşanın qlobal media təqvimindəki aparıcı mövqeyini tamamilə möhkəmləndirir.
IV Forumun missiyası: həqiqətin bərpası və yeni çağırışlar
2026-cı il Şuşa Forumunun "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr edilməsi müasir dünyanın geosiyasi reallıqları ilə tam səsləşir. Rəqəmsal platformalarda yaşanan etimad böhranı fonunda bu forum mediada məsuliyyətli davranışın vacibliyini önə çəkir, cəmiyyətlər arasında sarsılmış etimadın bərpası və rəqəmsal həmrəyliyin gücləndirilməsi üçün praktiki addımların atılmasını hədəfləyir.
Forum çərçivəsində təşkil olunacaq panel müzakirələri, təkbətək görüşlər və interaktiv sessiyalar yaxın gələcəyin media xəritəsini cızacaq aktual mövzuları əhatə edir:
Medianın sülh quruculuğundakı real rolu və sərhədlərarası media dialoqu,
Dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi,
Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin formalaşdırılması,
Süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika.
Əvvəlki illərdə əsası qoyulan rəqəmsal transformasiya və süni intellektin xəbər istehsalına təsiri kimi mövzular qlobal informasiya mühitindəki sürətli dəyişikliklər fonunda bu il müasir çağırışlar kontekstində daha da dərinləşdirilərək IV Forumun əsas diqqət mərkəzində olacaq.
Süni intellekt və media dayanıqlılığının sərhədləri
Süni intellektin (Sİ) media sektoruna kütləvi daxil olması fonunda Şuşa həm də ciddi fəlsəfi və strateji xəbərdarlıqların edildiyi məkandır. Azərbaycan Prezidenti İlham Əliyev süni intellekt dövründə informasiya təhlükəsizliyi məsələsinə toxunarkən qlobal media ictimaiyyəti üçün çox mühüm bir xəbərdarlıq səsləndirmişdi: "Süni intellektin yayılması o qədər sürətlə gedir ki, istifadəçilərin sayı çox olacaq. Əsas odur ki, süni intellekt bizi bildiyimiz kriteriyalardan, meyarlardan uzaqlaşdırmasın".
Dövlət başçısının bu mesajı Sİ texnologiyalarının gətirdiyi etik problemlərə, deepfake (saxta video/audio) təhlükəsinə və insan amilinin, peşəkar jurnalistika meyarlarının qorunub saxlanmasının vacibliyinə yönəlib. Bu gün Sİ vasitəsilə ictimai şəxslərin adından yalan bəyanatların yayılması, manipulyasiya xarakterli kontentlərin istehsalı qlobal təhlükəsizliyə birbaşa təhdiddir. Prezident vurğulayır ki, beynəlxalq səviyyədə, bəlkə də BMT və ya "Böyük 20-lik" (G20) çərçivəsində söz azadlığını məhdudlaşdırmadan bu cür texnoloji təhdidlərin qarşısını alacaq tənzimləmə mexanizmləri işlənib hazırlanmalıdır. Bu baxımdan, IV Şuşa Forumunda aparılacaq media etikası müzakirələri qlobal çıxış yollarının tapılması üçün unikal platformadır.
Dezinformasiya, “feyk nyus” və qərbin ikili standartları
Azərbaycan onilliklər ərzində beynəlxalq səviyyədə koordinasiya olunmuş media hücumlarının, yalan narrativlərin və dezinformasiya kampaniyalarının qurbanı olub. İşğal dövründə torpaqları zəbt edilən, humanitar fəlakətlə üzləşən tərəf Azərbaycan olduğu halda, Qərb mediası və erməni lobbisi ölkəmizi təcavüzkar kimi təqdim etməyə çalışıb.
Prezident İlham Əliyev media forumlarında bu mövzuya toxunaraq Qərb mediasının riyakarlığını və ikili standartlarını açıq şəkildə tənqid edir. Dövlət başçısı ABŞ Prezidenti Donald Trampın bəzi aparıcı Qərb mətbuat orqanlarını "feyk nyus" (yalan xəbər mənbəyi) adlandırmasını tamamilə ədalətli hesab edir. Çünki eyni mərkəzlər Azərbaycanın öz suverenliyini bərpa etməsini "təcavüz" kimi qiymətləndirir, digər münaqişələrdə isə tam fərqli mövqe nümayiş etdirirlər.
Azərbaycan bu gün dezinformasiya ilə mübarizədə ən effektiv yolu seçib: forumlar vasitəsilə qapılarını dünyanın dürüst jurnalistlərinin üzünə açmaq, reallıqları yerində göstərmək və "hücum jurnalistikası" taktxanası ilə dövlət maraqlarını arqumentlər, real faktlar əsasında müdafiə etmək.
Beynəlxalq hüququn böhranı və “dəmir yumruq” məntiqi
Prezidentin çıxışlarının ən fundamental istiqamətlərindən biri qlobal təhlükəsizlik arxitekturasının və beynəlxalq hüququn iflic olmasıdır. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi 30 il kağız üzərində qaldı. Minsk qrupu isə münaqişəni həll etmək üçün deyil, onu dondurmaq üçün fəaliyyət göstərirdi.
Dövlət başçısı qeyd edir ki, beynəlxalq hüquq selektiv tətbiq edildikdə, imzanın deyil, yalnız gücün sülh təminatçısı olduğu yeni bir dünya reallığı yaranır:"Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür".
Azərbaycan öz gücü, əsgərinin canı və qanı hesabına BMT qətnamələrini döyüş meydanında icra etdi və regionda tamamilə yeni reallıqlar yaratdı. Şuşa artıq separatizmin tabutuna son mismarın vurulduğu, yeni geosiyasi eranın başladığı mərkəzdir.
Regional bağlılıq: zəngəzur dəhlizi və orta dəhliz
Azərbaycan postmüharibə dövründə Cənubi Qafqazı risk zonası olmaqdan çıxarıb əməkdaşlıq və sabitlik məkanına çevirməyi hədəfləyir. Prezident İlham Əliyevin xarici siyasət fəlsəfəsinin əsasını regional "bağlılıq" (connectivity) təşkil edir. Bu zəncirin ən mühüm halqalarından biri Zəngəzur dəhlizidir.
Zəngəzur dəhlizi sadəcə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən bir yol deyil, həm də Şərqlə Qərbi, Böyük Türk dünyasını, Mərkəzi Asiyanı və Avropanı birləşdirən beynəlxalq tranzit marşrutudur. Çindən başlayaraq Xəzər dənizi vasitəsilə uzanan Orta Dəhliz çərçivəsində Azərbaycan mühüm logistik qovşağa çevrilir. Dövlət başçısı vurğulayır ki, Ermənistan bu reallığı nə qədər tez qəbul edib blokadadan çıxmaq addımları atsa, öz gələcəyi üçün bir o qədər faydalı olar.
COP29-un irsi və yaşıl enerji diplomatiyası
Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin beynəlxalq arenada ən yüksək liqaya daxil olmasının göstəricisi idi. Bununla belə, bu qərar qəbul olunan gündən Qərb mediası ölkəmizi neft və qaz hasilatçısı olduğu üçün ittiham etməyə başladı. Prezident İlham Əliyev bu ittihamlara qarşı hər zaman sərtdir və çağırış edir: "Riyakarlığa son qoyulmalıdır!"
Avropa ölkələri bir tərəfdən Azərbaycandan qaz hasilatını ikiqat artırmağı və boru kəmərlərini genişləndirməyi xahiş edir, digər tərəfdən isə Avropa maliyyə institutları mədən yanacağı layihələrini maliyyələşdirməyi dayandırır. Azərbaycan həm qazıntı yanacağından əldə etdiyimiz gəlirləri şəffaf idarə edir, həm də nəhəng yaşıl enerji keçid proqramı icra edir. COP29 çərçivəsində əldə olunan ən mühüm nailiyyətlərdən biri karbon bazarlarının fəaliyyəti ilə bağlı 6-cı maddə üzrə tarixi razılıq və iqlim vəsaitlərinin 300 milyard dollara qədər artırılması oldu. İndi bu irs qlobal səviyyədə yaşıl gündəliyin təməlini təşkil edir.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur tamamilə "Yaşıl Enerji Zonası" elan edilib və burada Günəş, külək, su elektrik stansiyaları tikilir. Azərbaycan Xəzər dənizindən və Mərkəzi Asiyadan Avropaya yaşıl enerji dəhlizləri çəkməyə davam edir. Həmçinin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) və İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakıda keçirilməsi ölkəmizin İlham Əliyevin liderliyi ilə günü-gündən artan nüfuzunu bir daha sübut edir.
Böyük Qayıdış: dağıdılmış şəhərlərdən cənnətə
Prezident İlham Əliyev erməni barbarlığının, dağıdılmış şəhərlərin, qazılmış qəbirlərin və qurudulmuş bulaqların yaratdığı ağrını heç vaxt unutmayacağımızı bildirir. Lakin bu ağrı bu gün quruculuq enerjisinə çevrilib.
Cəmi bir neçə il ərzində 10 min kv km ərazidə dünyanın ən müasir infrastrukturu – hava limanları, ağıllı kəndlər, magistral yollar və kilometrlərlə uzunluqda tunellər inşa edilib. Prezidentin qeyd etdiyi kimi, bu təkcə maliyyə imkanı deyil, daxildən gələn böyük bir xoşbəxtlik və insan kapitalının gücüdür. Vaxtilə separatizmin "şeytan yuvası" olan binaların yerində bu gün beynəlxalq konqres mərkəzləri ucalır, Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir. Artıq minlərlə keçmiş köçkün doğma yurduna qayıdıb və cəmiyyət bu dirçəlişi böyük nikbinliklə izləyir.
Prezident İlham Əliyevin media forumlarındakı çıxışları bəşəriyyətin üzləşdiyi müasir böhranlara dürüst, dərindən düşünülmüş və realist bir baxışdır. Azərbaycan lideri dünyaya süni intellektin təhdidləri ilə mübarizədə səmimi həmrəylik, neokolonializmdən əziyyət çəkən xalqlara dəstək, enerji məsələlərində riyakarlıqdan uzaq bir tərəfdaşlıq təklif edir.
Ötən illərin zəngin təcrübəsinə söykənən və 2026-cı ilin iyulun 13-14-də keçiriləcək IV Şuşa Qlobal Media Forumu bir daha sübut edir ki, Şuşa və Xankəndi artıq sadəcə Azərbaycanın azad edilmiş əraziləri deyil. Buralar qlobal media gündəliyinin, sülh missiyasının, həqiqətin bərpası prinsiplərinin və yeni təhlükəsizlik meyarlarının formalaşdığı nüfuzlu bir beynəlxalq dialoq mərkəzidir. Və bu yeni reallığı heç bir dezinformasiya kampaniyası dəyişdirə bilməz.
Müəllimlərin və şagirdlərin geyimi ilə bağlı dəyişiklik bizə nə vəd edir?
Bununla bağlı bağlı keçmiş təhsil naziri Firudin Cəlilov “Cebheinfo.az”-a açıqlamasında müəllimlərin vahid geyim forması ilə bağlı bildirib ki, “Dünyanın heç bir ölkəsində belə fakt yoxdur. Ancaq şagirdlərin vahid geyimdə olmasının əhəmiyyəti var. Kənardan baxan bilir ki, bu şagird məktəbdə oxuyur. Yəni şagirdlər üçün vahid geyim formasının olması normaldır, ancaq müəllim üçün gülüncdür. Müəllim, məsələn, boz, yoxsa qara rəngdə kostyub geyinib dərs keçirsə, bunun dərsə nə aidiyyəti var? Müəllim sənəti hərbi sənət deyil. Yəni polis, hərbçi deyillər ki, vahid forma geysinlər. Müəllim vətəndaş kimi istədiyi geyimdə tədrislə məşğul olmalıdır. Ancaq müəllim özünü sinifdə, auditoriyada layiqli şəkildə aparmalıdır. O, geyimi ilə yox, danışığı, hərəkəti, davaranışı ilə şagirdlərə, tələbələrə nümunə olmalıdır, onların hörmətini qazanmalıdır. Heç bir ölkədə elə bir qanun yoxdur ki, müəllimlər vahid formada olmalıdır. Bəlkə də kişi müəllimlər eyni forma da ola bilər, bəs qadınlar hansı formanı geyəcəklər? Vallah, gülməlidir”.
Əvvəla qeyd edim ki, Milli Məclisdə "Ümumi təhsil haqqında" Qanuna edilən dəyişikliklərin üçüncü oxunuşda təsdiqlənməsi təhsil sistemimizdə vahid və sistemli bir yanaşmanın qurulması yolunda olduqca mühüm addımdır. Yeni qaydalara əsasən, dövlət məktəblərində müəllimlərin geyimi ilə bağlı tələblər müvafiq dövlət qurumu tərəfindən müəyyən ediləcək. Şagirdlərin isə artıq mövcud olan vahid məktəbli formasına riayət etməsinə görə valideynlər hüquqi məsuliyyət daşıyacaqlar.Bu qərar müəyyən dairələrdə müzakirələr və suallar doğursa da, məsələyə emosiyalardan uzaq, qlobal təhsil trendləri, sosiologiya və uşaq psixologiyası prizmasından yanaşdıqda, addımın pərdəarxasında təhsil mühitini sağlamlaşdırmaq məqsədi güdən çox ciddi və fundamental hədəflərin dayandığını görərik.
Müəllimin görünüşü: sözün təsirini artıran vizual nüfuz
Məktəb hər hansı adi bir iş yeri deyil. Burada hər gün minlərlə uşaq yalnız riyaziyyat, tarix və ya biologiya öyrənmir; onlar davranış normalarını, ünsiyyət mədəniyyətini və cəmiyyətin qəbul etdiyi mənəvi dəyərləri də mənimsəyirlər. Müəllim isə bu prosesdə formalaşmaqda olan şəxsiyyət üçün ən mühüm ilkin sosial modeldir. Uşaqlar böyüklərin dediklərindən çox, onların etdiklərini və necə göründüklərini yadda saxlayır və təkrarlayırlar. Müəllimin nitqi, davranışı və geyim tərzi sinifdəki mühitə birbaşa təsir göstərir.
“Dünyanın heç bir ölkəsində belə fakt yoxdur” fikri isə kökündən səhv və yanlışdır, çünki qabaqcıl təhsil sisteminə malik inkişaf etmiş dövlətlərdə bu təcrübə var. Belə ki, beynəlxalq təcrübəyə baxsaq, dövlət məktəblərində geyim standartlarının müəyyən edilməsinin nə yeni, nə də qeyri-adi bir yanaşma olduğunu görərik:
Böyük Britaniya: Məktəblərin əksəriyyətində müəllimlər üçün "professional attire" – yəni peşəkar və işgüzar geyim standartları tətbiq olunur. Klassik və səliqəli geyim tərzi müəllimin öz peşəsinə olan rəsmi ehtiramını göstərir və sinifdə nizam-intizamı idarə etməyi təbii şəkildə asanlaşdırır.
ABŞ: Çoxlu sayda dövlət məktəb dairələri müəllimlər üçün geyim qaydaları müəyyən edir. Son illərdə bu qaydalar yenilənərək həm peşəkarlığı, həm də müəllimlərin rahatlığını nəzərə alan balanslı standartlara gətirilib. Məqsəd fərdiliyi boğmaq deyil, məktəb mühitində ümumi peşəkar görünüşü qorumaqdır.
Fransa: Dünyəvi dövlət prinsipini təhsilin əsas sütunu hesab edən Fransa dövlət məktəblərində neytrallığı qorumaq üçün geyim və simvollarla bağlı konkret hüquqi tənzimləmələr tətbiq edir. Bu, məktəbin hər hansı ideoloji təsirdən uzaq, hər bir uşaq üçün bərabər və neytral məkan qalmasını təmin edir.
Azərbaycan Konstitusiyası da dövlətin dünyəvi xarakterini təsbit edir. Qanuna edilən dəyişikliklər məhz bu prinsipin təhsil mühitində daha ardıcıl tətbiqinə xidmət edir. Burada söhbət müəllimlərin vahid hərbi forma kimi geyindirilməsindən deyil, peşəkar və ümumi qəbul olunmuş işgüzar standartların müəyyən edilməsindən gedir.
Təhsil mühitində vizual diqqət və akademik fokus
Digər tərəfdən, qanunvericilikdə geyim standartlarının konkretləşdirilməsi həm də sinif otağında şagirdlərin diqqətinin tamamilə tədrisə yönəlməsi baxımından pedaqoji zərurətdir. Məktəb mühiti üçün uyğun olmayan həddən artıq dar şalvarlar, lasinlər və ya qısa ətəklər, xüsusilə yeniyetməlik dövründə olan şagirdlərin psixoloji cəhətdən diqqətinin yayınmasına, dərsin akademik axarının pozulmasına səbəb ola bilir. Bu yaş qrupundakı uşaqların diqqət mexanizmi vizual faktorlara qarşı olduqca həssasdır və hər hansı qeyri-rəsmi görünüş onların fokusunu elmi biliklərdən yayındıra bilər.
Məhz bu səbəbdən, beynəlxalq təhsil idarəçiliyində "dress-code" qaydaları müəyyən edilərkən geyimin nə dərəcədə rahat və işgüzar olmasına xüsusi diqqət yetirilir. Standartların tətbiqi heç bir halda müəllimlərin fərdi zövqlərinə müdaxilə xarakteri daşımır; buradakı əsas məqsəd sinif otağını hər cür vizual stimullaşdırıcı elementlərdən təmizləmək, həm müəllim, həm də şagird üçün yalnız öyrənməyə və öyrətməyə xidmət edən neytral, professional bir zona yaratmaqdır.
Şagird forması və valideyn məsuliyyəti: sosial bərabərliyin təməli
Məktəb – statusların, brendlərin və ya maddi imkan fərqlərinin nümayiş etdirildiyi yer yox, elmin bərabər şərtlərlə mənimsənildiyi məkandır. Vahid məktəb forması uzun illərdir dünyada sosial bərabərliyi gücləndirən ən effektiv vasitələrdən biri kimi qəbul edilir. Sinif otağında hamı eyni geyinəndə uşaqlar arasındakı vizual maddi fərqlər silinir, geyim üzərindən yaranan rəqabət aradan qalxır və bu, aztəminatlı ailələrdən olan uşaqları həmyaşıdlarının mümkün bullinqindən (psixoloji sıxışdırmasından) qoruyur.
Şagird forması ilə bağlı valideyn məsuliyyətinin qanunda ayrıca göstərilməsi də təsadüfi deyil. Məktəb müəyyən bir nizam tələb edirsə, ailə evdə bu nizamı dəstəkləməlidir. Dünyanın ən uğurlu təhsil sistemlərinə malik olan Finlandiya və Cənubi Koreya kimi ölkələrdə ailə ilə məktəbin sinergiyası təhsilin keyfiyyətini təyin edən əsas amildir. Bizim kontekstdə isə bu məsuliyyətin qanunla rəsmiləşdirilməsi, məktəb rəhbərliyi ilə valideynlər arasında yarana biləcək anlaşılmazlıqları kökündən həll edir.
Uğurlu tətbiqin düsturu: rahatlıq və insan ləyaqəti
Əlbəttə, istənilən hüquqi tənzimləmənin uğuru onun necə tətbiq olunmasından asılıdır. Geyim qaydaları hazırlanarkən müəllimlərin peşəsinin xüsusiyyətləri, ölkəmizin iqlim şəraiti, sinifdə hərəkət rahatlığı, gender bərabərliyi və ən əsası insan ləyaqəti tam nəzərə alınmalıdır. Qaydalar aydın, şəffaf və hər kəs üçün eyni prinsiplərlə tətbiq olunmalıdır. Beynəlxalq təcrübə də göstərir ki, yalnız qadağalara deyil, qarşılıqlı hörmətə əsaslanan yanaşmalar real nəticə verir.
Məktəb cəmiyyətin kiçik bir modelidir. Burada nizam-intizam, məsuliyyət və qarşılıqlı hörmət yalnız dərsliklər vasitəsilə deyil, gündəlik davranış və görünüş mədəniyyəti ilə də formalaşır. Müəllimlərin peşəkar geyim standartlarına riayət etməsi və şagirdlərin vahid məktəb forması ilə təhsil alması fərdi azadlıqların məhdudlaşdırılması deyil; əksinə, təhsil mühitinin keyfiyyətinin, dünyəviliyinin və institusional mədəniyyətinin gücləndirilməsinə xidmət edən modern bir addımdır.
Bəşəriyyət təbii fəlakət qarşısında acizdir
Bu hadisə təkcə ABŞ-a məxsus deyil. Son həftələr Türkiyənin İstanbul şəhərində də qısa müddətdə yağan leysan yağışları küçələri və magistral yolları su altında qoyub, nəqliyyat iflic vəziyyətinə düşüb. Türkiyə meteoroloji xidməti əvvəlcədən xəbərdarlıq etsə də, yağıntının intensivliyi şəhər infrastrukturuna ciddi yük yaradıb.
İtaliyada da son aylarda güclü yağışlar və daşqın təhlükəsi səbəbindən bir sıra regionlarda yüksək səviyyəli hava xəbərdarlıqları elan olunub. Sel və torpaq sürüşməsi riski ilə əlaqədar fövqəladə xidmətlər gücləndirilmiş rejimdə fəaliyyət göstərib.
Əslində, son illərin statistikası göstərir ki, daşqınlar dünyanın ən geniş yayılmış təbii fəlakətlərindən biridir. ABŞ, Almaniya, İtaliya, Fransa, İspaniya, Türkiyə, Çin, Yaponiya kimi inkişaf etmiş ölkələr müasir hidrotexniki qurğulara, güclü meteoroloji xidmətlərə və milyardlarla dollar dəyərində müdafiə infrastrukturuna malik olsalar da, ekstremal yağıntılar zamanı ciddi problemlərlə üzləşirlər. İqlim dəyişiklikləri nəticəsində qısa zaman ərzində normadan dəfələrlə çox yağıntının düşməsi artıq dünyanın müxtəlif bölgələrində adi hala çevrilməkdədir.
Bu baxımdan Azərbaycanda da son günlər intensiv yağışlarla bağlı verilən proqnozlara ciddi yanaşmaq vacibdir. Hava proqnozları təhlükənin qarşısını tam almaq üçün deyil, insanların vaxtında ehtiyat tədbirləri görməsi üçündür. Çünki ən müasir texnologiyalar belə yağışı dayandıra və ya təbiətin gücünü tam nəzarət altına ala bilmir.
Burada mühüm məsələ dövlətin təbii hadisənin özünü dayandırması deyil, onun nəticələrini minimuma endirmək üçün hazırlıqlı olmasıdır ki, Azərbaycan höküməti bu baxımdan əlindən gələni həmişə operativ şəkildə edib. Operativ xilasetmə xidmətləri, riskli ərazilərin müəyyənləşdirilməsi, drenaj sistemlərinin təkmilləşdirilməsi və vətəndaşların təhlükəsizlik qaydalarına əməl etməsi mümkün itkilərin azalmasında əsas rol oynayır.
Bəzən sosial şəbəkələrdə hər hansı daşqın və ya sel hadisəsi baş verən kimi məsuliyyəti tam şəkildə dövlətlərin üzərinə qoymağa, milçəkdən fil düzəltməyə, hər şeyi ancaq mənfi yöndə təqdim etməyə çalışan yanaşmalar müşahidə olunur. Halbuki dünyanın təcrübəsi tamamilə fərqli mənzərə ortaya qoyur. Dünyanın iqtisadi və texnoloji baxımdan ən güclü ölkələri belə leysan yağışları zamanı metro xətlərinin dayanması, yolların bağlanması, yaşayış məntəqələrinin su altında qalması və insanların təxliyəsi kimi hallarla üzləşirlər. Bu, idarəetmənin zəifliyindən daha çox təbiətin ekstremal gücü ilə bağlı reallıqdır.
Təbiət qarşısında heç bir ölkə tam sığortalanmayıb. Mühüm olan riskləri vaxtında qiymətləndirmək, elmi proqnozlara etibar etmək, aidiyyəti qurumların xəbərdarlıqlarına əməl etmək və fövqəladə hallara hazırlıqlı olmaqdır. Çünki təbii fəlakətlərin qarşısını tam almaq mümkün olmasa da, onların insan həyatı və cəmiyyət üçün yaratdığı fəsadları minimuma endirmək məhz hazırlıq, düzgün idarəetmə və vətəndaş məsuliyyəti sayəsində mümkündür.
Xanlar Sətullayev
Liderlik fenomeni və sosial legitimlik: İlham Əliyevin siyasi strategiyasının analitik konturları
Sorğunun nəticələrinə görə:
87.7% – Rəyi soruşulanların dövlət başçısına olan birbaşa etimad səviyyəsi.
93.6% – Prezidentin fəaliyyətini birmənalı olaraq müsbət qiymətləndirənlərin payı.
81.9% – İlham Əliyevi ölkənin alternativsiz siyasi lideri olaraq görənlərin nisbəti.
Bu rəqəmlər hər hansı bir mexaniki dəstəyin deyil, son iki onillikdə formalaşmış çoxşaxəli siyasi-iqtisadi və hərbi-strateji kursun məntiqi məhsuludur. Bəs bu yüksək sosioloji indekslərin arxasında dayanan əsas struktur amillər nələrdir?
Milli maraqların primatlığı və uzaqgörən strategiya
Prezident İlham Əliyevin yürütdüyü xarici və daxili siyasətin nüvəsini milli maraqların kompromissiz müdafiəsi təşkil edir. Qlobal güclərin kəsişmə nöqtəsində yerləşən Azərbaycan, xüsusilə beynəlxalq hüququn aşınmaya məruz qaldığı müasir dövrdə öz prinsiplərindən geri addım atmayan bir xətt nümayiş etdirir. Dövlət başçısının beynəlxalq platformalarda nümayiş etdirdiyi qətiyyətli mövqe və milli suverenliyi hər şeydən uca tutması cəmiyyətdə ona qarşı güclü bir "strateji etibar" mühiti formalaşdırıb.
"Xalq-Lider" sinerjisi və siyasi legitimliyin mənbəyi
İlham Əliyevin siyasi gücünün ən mühüm empirik qaynağı onun öz mandatını və gücünü birbaşa xalqın iradəsindən almasıdır. Azərbaycandakı idarəetmə modelində xalqın rəyi və dövlətin qərarları arasında funksional bir əlaqə mövcuddur. Prezidentin müntəzəm olaraq regionlara səfərləri, vətəndaşlarla birbaşa təmasları və cəmiyyətin sosial sifarişlərinə çevik reaksiyası, xalqın iradəsini idarəetmənin mərkəzinə daşıyır. Bu da öz növbəsində qərar qəbuletmə mexanizmlərinə olan kütləvi inamı maksimizə edir.
Xarici siyasətdə müstəqillik və regional Lider statusu
Azərbaycan hazırda Cənubi Qafqazın iqtisadi və siyasi arxitekturasını müəyyən edən şəksiz lider dövlətdir. Bakının təşəbbüsü və moderatorluğu ilə reallaşan qlobal enerji, nəqliyyat-loqistika layihələri ölkəni Şərqlə Qərbin, Şimal la Cənubun geosiyasi qovşağına çevirib. Beynəlxalq arenada prinsipial, proqnozlaşdırıla bilən və müstəqil xətt yürüdən Azərbaycan, Qoşulmama Hərəkatına uğurlu sədrlikdən tutmuş, COP29 kimi qlobal miqyaslı tədbirlərə ev sahibliyi etməsinə qədər öz imicini qlobal oyunçu səviyyəsinə qaldırıb. Bu yüksək beynəlxalq nüfuz daxili auditoriyada milli qürur hissini və Liderə dəstəyi stimullaşdıran əsas faktorlardandır.
İqtisadi istiqlaliyyət və hərbi qüdrət
Dövlətin hərtərəfli inkişafı, xarici maliyyə asılılığından tam azad olan özü-özünü təmin edən iqtisadi modelin qurulması İlham Əliyev erasının ən böyük nailiyyətlərindəndir. İqtisadi müstəqillik hərbi sahədə də keyfiyyət dəyişikliyinə yol açıb. Müasir standartlara cavab verən, yüksək texnoloji təchizata malik nizami ordunun yaradılması dövlətin güc rəmzinə çevrilib. Güclü iqtisadiyyat və güclü ordu triadası vətəndaşın dövlətin gələcəyinə olan inamının maddi təminatıdır.
Tarixi Missiya: ərazi bütövlüyünün və tam suverenliyin bərpası
Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi və ardınca həyata keçirilən lokal xarakterli antiterror tədbirləri İlham Əliyevin Liderlik portretini tamamlayan ən mühüm tarixi hadisədir. 30 illik işğala son qoyulması, ərazi bütövlüyünün və dövlət suverenliyinin bütün ölkə ərazisində tam bərpa edilməsi İlham Əliyevi xalqın yaddaşında Müzəffər Ali Baş Komandan və tarixi missiyanı tamamlayan rəhbər kimi rəsmiləşdirib. Sorğuda qeyd olunan 81.9%-lik "alternativsiz lider" statusunun fundamental psixoloji və siyasi əsası məhz bu tarixi qələbə ilə bağlıdır.
Qlobal xaos fonunda "Azərbaycan sabitlik adası" kimi
Müasir beynəlxalq münasibətlər sistemi kəskin qarşıdurmalar, hərbi münaqişələr və geosiyasi xaosla xarakterizə olunur. Yaxın Şərqdən tutmuş postsovet məkanına qədər uzanan müharibə ocaqlarının mövcud olduğu bir dönəmdə, Azərbaycan daxili sabitliyini, təhlükəsizliyini və ictimai-siyasi harmoniyasını qoruyub saxlaya bilən nadir ölkələrdən biridir. Vətəndaşlar üçün sabitlik və təhlükəsizlik fundamental tələbatdır. Dövlət başçısının bu təhlükəsizlik çətirini yüksək səviyyədə təmin etməsi onun fəaliyyətinə verilən 93.6%-lik müsbət qiymətin birbaşa təzahürüdür.
Keçirilən sosioloji sorğunun rəqəmsal göstəriciləri rəsmi statistika olmaqdan daha çox, Azərbaycan cəmiyyətinin real siyasi şüurunun fəlsəfəsini əks etdirir. İlham Əliyevin liderlik modeli – praqmatizm, milli maraqların qorunması, hərbi qüdrət və sarsılmaz daxili sabitlik sütunları üzərində bərqərar olub. Bu strateji xətt ölkə vətəndaşlarının mütləq əksəriyyəti tərəfindən tam dəstəklənir və dövlətin gələcək inkişaf dinamikasının əsas qarantı rolunda çıxış edir.