Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Milli Mətbuat, yoxsa jurnalistləri ələ alma günü?

Milli Mətbuat, yoxsa jurnalistləri ələ alma günü?

Milli Mətbuat, yoxsa jurnalistləri ələ alma günü?
2021-07-18 , 23:40

Milli Mətbuatın yaranmasının növbəti ildönümü gününə, yəni iyulun 22-nə sayılı günlər qalıb. Və bu arada maraqlı proseslər yaşanır. İl uzunu hansısa şirkətləri istehlakçıların, Qarabağ qaziləri və şəhid ailələrinin hüquqlaqrını pozduğu üçün tənqid edən, hansısa nazirlikləri, digər dövlət qurumlarını sərt tənqid edən sayt rəhbərləri və jurnalistlər elə həmin qurumlar tərəfindən “təltif olunur”, hədiyyə yağışına tutulurlar. Ötən illərin müşahidələri göstərir ki, həmin hədiyyələrdən sonra həmin jurnalist və sayt bir daha o qurumun və şirkətin adını hansısa neqativ məsələdə hallandırmır. Feysbukda belələri çoxdur.


İl uzunu müxtəlif dövlət və qeyri-dövlət qurumlarını topa tuturdular, indi həmin qurumların hədiyyələrini paylaşırlar. Amma paylaşmayanlar da var. Nə olsun ki, oksigenimiz azalır, "qazovka" sertifikatının canı sağ olsun, hələ telefon, “konvert”, qol saatı və s. verənləri demirəm. Aldığı hədiyyələri “göz dəyər”, yaxud “dilə-dişə düşməyim” prinsipi iləı paylaşmayanlar da var. Tənqid sərt olarsa qurumun mətbuat nümayəndəsi hədiyyəni jurnalistin iş yerinə şəxsən daşıyıb, kuryer rolunu da öz üzərinə götürə bilər. Təki bir ağız yumulsun, daha bir tənqidçi "verbovat" olunsun. Hərəsinin öz yalmandığı bir qurum var, elədən-beləyə əvvəl tənqid etdiklərini indi bəh-bəhlə tərif edirlər. Sonra da Zərdabi ənənələrindən danışıb bayramı qeyd edib, bir az jurnalist adına xələl gətirənlərin arxasınca danışıb bu ildönümünü də yola salacaqlar. Oxucu da elə bilir ki, izlədiyi media, yaxud jurnalist onun haqqını qoruyur, onun probleminin həllini düşünür, daha fikirləşmir ki, onun problemi “jurnalistin” vecinə də deyil, onu düşündürən cibi və hədiyyələrdir. Əgər belə olmasaydı bu ölkədə bir dənə də olsun ağz kəsilməzdi, bir nəfərin də aldığı telefon defektli çıxmazdı, bir nəfərdən də hansısa poliklinikada, yaxud xəstəxanada pul istəməzdilər, sürücülük vəsiqəsinin pulla verilməsi barədə iddialar dolaşmazdı, iflic adamın pensiyası kəsilməzdi, öz rayonunun seçicilərinin problemlərinin həllinə çalışmayan hansısa deputat saat paylamazdı və s. və ilaxır.

Ona görə də hər il 22 iyul artıq Milli Mətbuat günü olmaqdan daha çox, jurnalistlərin ələ alınma günü kimi yadda qalmaqdadır və proses davam edir. Xeyirli olmasın.../Niyazi, Yenilik.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.