Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Deputat Etibar Əliyev nəyi düz demir?

Deputat Etibar Əliyev nəyi düz demir?

Deputat Etibar Əliyev nəyi düz demir?
2021-07-20 , 22:06

Son günlər sosial şəbəkələr yaman qarışıb. Deputat Etibar Əliyev bir təklif irəli sürdü ki, 3-cü Jurnalistlər binasındakı evlər jurnalistlərə deyil, şəhid ailələrinə və qazilərə verilsin. Mərəkə də bundan sonra başlandı. Özgə vaxt “hər şey şəhid ailələri və qazilər üçün” deyənlər indi Etibar Əliyevi qınamağa başladılar ki, Jurnalistlər binasındakı evlər elə jurnalistlərə verilməlidir. Yaxşı bəs hansı jurnalistlərə? Hardan maliyyələşdirilıdiyi bilinməyən, oturduğu ofisin aylıq kirayəsini hansı pulla ödədiyi bilinməyən saytların rəhbərlərinə və jurnalistlərinəmi?


Etibar Əliyevə etiraz edən media oliqarxlarının hansı öz maliyyə mənbəyini açıqlaya bilər? Buyurun açıqlayın və biz də sizə qoşulaq Etibar Əliyevi qınayaq. Az qala hər gün bir sayt, yaxud internet TV peyda olur və dərhal da ofisi, azı 4-5 işçisi. Hardandır bu pullar? Yenilik.az saytı 2009-cu ildən fəaliyyət göstərir, təzəlikcə bir balaca ofis tapmışıq, onun da içində stol-stulu yoxdur, axtarırıq görək hansı dostumuzda köhnə stol-stul tapırıq, bəlkə bizə ianə edə. Amma dünən sayt təsis edənlər dəbdəbəli ofisdə oturub, hələ hansısa qurumlardan dotasiya-filan da alırlar. Hər işçiyə azı 400 manatdan maaş hesablasan 4x400=1600, baş redaktora da azı 1000 manat hesablasan, ayda 2600 manat elə əmək haqqına gedir. Şəhərin mərkəzində də 1000 manatdan aşağı qiymətə normal ofis tapmaq olmaz. Bu qədər vəsaiti yeni təsis olunan media qurumları necə əldə edirlər? Bu uğur düsturunu niyə paylaşan yoxdur ki, biz də öyrənək?

Maliyyə mənbəyini açıb deyə bilməyənlərə verməkdənsə, o evlər başımızın tacı olan şəhid ailələri və qazilərə qismət olsa yaxşıdır. Çünki Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva şəxsən bu işə əl qoymasa, nəzarət etməsə, bizim ümidimiz yoxdur ki, 3-cü binada əsl evsizlər, əsl jurnalistlər evlə təmin olunacaq. İşğaldan azad edilmiş rayonlara təşkil edilən səfərlər də göstərdi ki, vaxtilə bu hakimiyyətə iftira atanlar hələ də mediada söz sahibidirlər. MEDİA-nın qaliblərinin siyahısı ətrafında yaranan söz-söhbəti də gördük. Dövlətin maliyyəsi də ofisi, işçisi olanlara verildi. Belə olanda deputatın təklifinə necə haqq qazandırmamaq olar?

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.