Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Altun" və "Xəmsə" restoranlarının rəhbərləri Vüqar Səfərli ilə birlikdə təqsirləndirilir

"Altun" və "Xəmsə" restoranlarının rəhbərləri Vüqar Səfərli ilə birlikdə təqsirləndirilir

"Altun" və "Xəmsə" restoranlarının rəhbərləri Vüqar Səfərli ilə birlikdə təqsirləndirilir
2021-07-23 , 18:18

Bu gün ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 
Pravda.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
 
Anket məlu matları dəqiqləşdirilən zaman məlum olub ki, təqsirləndirilən şəxslərdən ev dustaqlığına olan Təmkin Xəlilov '"Altun" restoranının direktor müavini, Şahin İbrahimov "Altun" restoranının inzibatçısı, Valeh Orucov "Xəmsə" restoranının icarədarı, Bəxtiyar Fətullayev "Xəmsə" restoranının icarədarı olub.
 
Təhminə Yaqubova Vüqar Səfərlinin yanında mühasib kimi çalışıb.
 
Prosesdə elan olunub ki, təqsirləndirilən şəxslərdən Şahin İbrahimov vəkili məhkəmədə iştirak etməyib. Bu səbəbdən məhkəmə prosesi iyulun 30-a qədər təxirə salınıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.