Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bakıda Lənkəranskinin qardaşının restoranında ƏMƏLİYYAT

Bakıda Lənkəranskinin qardaşının restoranında ƏMƏLİYYAT

Bakıda Lənkəranskinin qardaşının restoranında ƏMƏLİYYAT
2021-07-24 , 10:49

Türkiyədə qətlə yetirilən qanuni oğru Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevin restoranında əməliyyat keçirilib.


Sfera.az bildirir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, fevralın 14-də N.Canıyev və Rövşən Lənkəranskinin yaxın adamları Bakıda yerləşən "Neon” şadlıq sarayında toplanıblar.

Həmin zaman insident yaşanıb və hüquq-mühafizə orqanları əməkdaşları əməliyyat keçirərək oradakı şəxsləri saxlayıblar.

Məlumata görə, sabiq gömrük polkovniki Namiq Canıyevlə birgə təxminən 10 nəfər tutulub. Daha sonra N.Canıyev sərbəst buraxılıb. 

Digər şəxslərlə bağlı hazırda araşdırma davam etdirilir.

"Neon" şadlıq sarayının Lənkəranskinin ailəsinə məxsus olduğu bildirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.