Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Tanınmış jurnalistdən cəsarətli addım: Ona verilən evi şəhid ailəsinə bağışladı

Tanınmış jurnalistdən cəsarətli addım: Ona verilən evi şəhid ailəsinə bağışladı

Tanınmış jurnalistdən cəsarətli addım: Ona verilən evi şəhid ailəsinə bağışladı
2021-07-24 , 23:17

"Voice of Azerbaijan” televiziya agentliyinin rəhbəri, Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin (VQTRK) Azərbaycandakı rəsmi nümayəndəsi tanınmış telereportyor Şakir Eminbəyli 2018-ci ildə"Jurnalistlər Evi"ndə ona verilən mənzili şəhid ailəsinə bağışlayıb.


Jurnalist bu bardə Facebook hesabında paylaşım edib:

"2018-ci ildə "Jurnalistlər Evi"ndə mənə ayrılan mənzili şəhid ailəsinə verirəm. Şərhə ehtiyac yoxdur. Hər kəsə təşəkkür" deyə paylaşımında qeyd edib.

Qeyd edək ki, bu gün bir qrup media rəhbəri və ictimaiyyət nümayəndəsi jurnalistlərin üçüncü binasının şəhid ailələrinə verilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Sözügedən məsələ jurnalistlər arasında müzakirə mövzusuna çevrilib və qalmaqal səngimək bilmir.

Yenilik.az olaraq Şakir Eminbəylinin bu səmimi və cəsarətli addımını alqışlayırıq. Ümid edirik ki, 3-cü Jurnalistlər binasının şəhid və qazi ailələrinə verilməsilə bağlı bu gün Prezidentə müraciət edən və əvvəlki Jurnalistlər binasında evi olan digər jurnalistlər də bu səmimi və cəsarətli addımdan nümunə götürüb dövlətdən aldıqları evləri şəhid və qazi ailələrinə hədiyyə edəcəklər.  

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.