Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ərdoğanın baş müşavirindən Şeyxlə bağlı daha bir AÇIQLAMA - FOTO

Ərdoğanın baş müşavirindən Şeyxlə bağlı daha bir AÇIQLAMA - FOTO

Ərdoğanın baş müşavirindən Şeyxlə bağlı daha bir AÇIQLAMA - FOTO
2021-07-26 , 16:32

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Mücahit Küçükyılmaz Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə barədə daha bir tvit yazıb.
Yeniavaz.com xəbər verir ki, Mücahit Küçükyılmaz yazdığı tvitində, “Haqq naminə danışırıqsa, Azərbaycanın Şeyxülislamı Paşazadənin Qarabağ zəfəri barədə Prezidentimizə və Türkiyəyə təşəkkür etdiyini qeyd etmək lazımdır. Bizlər gəlib-gedərik, əbədi olan Türkiyə-Azərbaycan dostluğudur”.

Xatırladaq ki, Mücahit Küçükyılmaz Allahşükür Paşazadənin Qarabağla bağlı çıxışı zamanı, “Xamaneinin fətvası qələbənin carçısı idi” - sözlərinə, “Xamenei Ermənistana silah göndərərkən, Azərbaycan üçün də fətva göndəribmiş. Amma Xameneinin fətvası Xameneinin silahını məğlub edib”, - şərhini yazmışdı. Daha sonra açıqlama verən Paşazadə, “Ərdoğanın müşavirinin dindən xəbəri yoxdur, onu məhkəməyə verə bilərik”, - deyə cavab vermişdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]mail.com
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.