Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Məşhur vəkil seçicilərə müraciət etdi

Məşhur vəkil seçicilərə müraciət etdi

Məşhur vəkil seçicilərə müraciət etdi
2020-02-15 , 02:10

Məşhur vəkil və deputatlığa namizəd Adəm Məmmədov seçicilərə müraciət edib. Yenilik.Az həmin müraciəti olduğu kimi təqdim edir:


Əziz həmvətənlər, çox hörmətli Zərdab seçicilərim!

Sizlərdən aldığım yüzlərcə güvən dolu müraciətlərinizdən görürəm ki, mənə verdiyiniz səslərin arxasındasız.
Mən də Zərdabda keçirilən seçki zamanı total qanun pozuntuları haqqında sənədlərin Mərkəzi Seçki Komisiyasına təqdimat prosedurları ilə məşğulam. Bəlkə də biriləri bununla bağlı qismən susqunluğumu birmənalı qarşılamırdı. Tam səmimi etiraf edirəm, həm çox zor bir hüquqi protes dönəmi yaşayıram, həm də açığı seçkidə a
opponentimin xanım olması məni daha həssas və duyarlı davranmaq məcburiyyətində buraxırdı.
Lakin sosial şəbəkələrdə dünən yayılan (düşünürəm ki, bilərəkdən yayılan) məlum video görüntülərdən sonra susmuğı məqbul hesab etmədim. Əvvəla son nəticələr qanuniləşdirilməmiş belə bir nümayişkarənə eyş-işrət məclisinin paylaşılması həm siyasi etiqadan kənar, həm də qeyri-qanunidir. Məclisin məzmununun şahidi oldunuz. Opponentim Jalə Əliyevanın dırnaqarası "tost"nu da eşitdiniz. Faktiki olaraq təşkil olunmuş bütün qanun pozuntuları və saxtakarlıqların arxasında özü durduğunu etiraf etməklə yanaşı, həm də onun iştirakçılarının bir çoxunun adlarını belə səsləndirməkdən çəkinmədi. Hal-hazırda bu faktla bağlı tərəfimdən AR Baş Prokurorluğuna müraciət hazırlanır. Çox guman ki, 14 il qanunverici orqanda sadəcə əyləşən Jalə Əliyevanın qanunlardan ümumən xəbəri yoxdur və etirafının gələcəkdə yaradaca biləcək hüquqi məsuliyyətinin fərqində deyil. Həmin məclisdə başına yığdığı 15-20 adamdöyən, telefon qıran, dava-dalaş, qarışıqlıq salana güvənib yenidən zərdablılar adına danışacağını düşünürsə, ya zərdablıları düzgün dəyərləndirmir, ya qanunları görməzdən gəlir, yada ki, mən Adəm Məmmədovun peşəkar vəkilliyini şübhə altına alır.
Bəlkədə opponentimin güvəndikləri ona bu qədər cəsarət verib. Ancaq əmin olsun ki, hüquqi müstəvidə belə olsa, bu davamın sonunadək arxasındayam.
Seçki zamanı olan rüsvayçılıq və saxtakarlıqlar o qədər analojidir ki, onlar üzərində ayrılıqda dayanmaq istəmirəm. Sadəcə bir faktdla münasibət bildirmədən də keçə bilmirəm. Yəni, ümumilikdə cəmiyyətimizin bu qədər siyasiləşdirilməsini və qütbləşdirilməsini heç istəməzdim. Lakin bəzi belə məsuliyyətsiz namizədlər seçki dövründə sərgilədiyi, cəmiyyətə, topluma və öz seçiçilərinə hörmətsizliklə müşayət olunan etinasız və saymazyana davranışları ilə (siz nə edirsiniz edin, onsuzda mən deputat seçiləcəm) insanları həm təhrik, həm təhqir, həm də təhdit edirlər. Nəzərə alsaq ki, sivil cəmiyyət və hüquqi dövlət anlayışı bu gün prioritet xarakter daşıyır və siyasi iradədə şəffaf, dürüst qanuna uyğun seçkilər tələb edirsə, belə bir videonun yayılması düşünürəm birmənalı qarşılanmamalıdır. Ən azından dövlətimizin imici baxımından təşkil olunmuş saxtakarlıq və qanun pozuntularını öz dili ilə etiraf edən bir deputatın yenidən o məclisdə nə formadasa oturdulması mənəvi və əxlaqi deyil.
Sonda yenədə Sizlərə güvənirəm, çox hörmətli Zərdab seçicilərim.
MSK-ya gəldikdə isə, düşünürəm ki, dünən sərgilədiyi təqdirə layiq performans ədalət adına sonuncu olmayacaq.

Hörmətlə!
Adəm Məmmədov

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.