Yenilik.Az
www.YENILIK.Az » Cəmiyyət » Fəzail Ağamalı seçkilərdən danışdı: "Görüntülər montajdır"

Fəzail Ağamalı seçkilərdən danışdı: "Görüntülər montajdır"

Fəzail Ağamalı seçkilərdən danışdı: "Görüntülər montajdır"
2020-02-15 , 17:42

“Dairəmdə nəticələrin ləğv olunacağını düşünmürəm”.



Bunu“MediaPost”a açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, 60 saylı Salyan-Neftçala seçki dairəsinin ldier namizədi Fəzail Ağamalı deyib. O, Mərkəzi Seçki Komissiyasının (MSK) ədalətli qərar verəcəyinə əmin olduğunu vurğulayıb:


“Mövcud narazılıqları saxtarakarlıq adlandırmaq olmaz. İndidən bu möhürü vurmaq düzgün deyil. Çünki digər namizədlərin müraciətlərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası araşdırılması üçün şikayətləri Dairə Seçki Komissiyasına (DSK) göndərib. Ümidvaram və əminəm ki, MSK ədalətə və obyektivliyə söykənərək DSK-ların qəbul etmiş olduğu qərara özünün müsbət münasibətini bildirəcək”.


AVP sədri seçkinin nəticələri ilə bağlı narazılıq müşahidə etmədiyini bildirib:


“Sadəcə olaraq müşahidəçilərim hər hansı bir ciddi xarakter daşıyan narazılıqları bizə demədilər. Hazırda sosial şəbəkələrdə yayılan məlumatları diqqətlə izləyirəm. Orada Seçki Məcəlləsinin müddəalarını ciddi şəkildə poza biləcək hər hansı qanun pozuntuları görmürəm. Yayılmış görüntülərin bəziləri montajdır, bəziləri səs-küydür, bəziləri isə məntəqə sədri ilə görünütünü çəkən şəxsin arasındakı mübahisələrdir. Yəni daha çox müşahidəçilər tərəfindən məsələlərin müdaxiləsinə üstünlük verildiyi hiss olunur. Görünür, bu ya təcrübəsizlikdən irəli gəlir ,ya da xüsusi tapşırıqlardır, dəqiq deyə bilmərəm. Məntəqə sədrləri və üzvləri imkan daxilində onların bu müdaxiləsinə mane olmağa çalışıb və bu da müəyyən problemlər yaradıb. Halbuki onlar prosesə baxıb nöqsan müşahidə edərlərsə, qeyd edib akt bağlamalı və DSK-ya təqdim etməlidir. Təsəvvür edin ki, DSK-ya bu günə qədər bir dənə də olsun belə akt təqdim olunmayıb. Yayılan görüntülər isə başdan-başa manipulyasiyadır”.


F.Ağamalı dairəsinin nəticələrin ləğv olunmayacağına inandığını söyləyib:


“Nəticələrin ləğv olunacağını güman etmirəm. Düşünürəm ki, mənim dairəmdə nəticə ləğv olunmayacaq. Çünki orada ciddi xarakter daşıyan və dairənin ləğvinə gətirib çıxara biləcək nöqsanlara yol verilməyib.


Təəssüf edirəm ki, ayrı-ayrı mətbuat orqanları MSK və DSK-ların işinin obyektiv aparılmasına mane ola bilcək dezinformasiyalar yayırlar. Kimsə qərəzdən, işi bilməməkdən belə addım atır. Bu, insanlara qarşı mənəvi və psixoloji təzyiqlərdir. Bütün namizədlər çox ağır bir prosesdən çıxıb. Biz DSK və MSK-ların qərarını gözləyirik. Nə qərar verilsə, hörmətlə yanaşacağıq”.


Xatırladaq ki, MSK sonuncu iclasında 60 saylı Salyan-Neftçala seçki dairəsində səsvermə nəticələri ilə bağlı şikayətin araşdırılması üçün Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.