Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » RAMİN BAYRAMLININ İSTEFASINA ZAUR ƏLİYEV SƏBƏB OLUB – TƏFSİLAT

RAMİN BAYRAMLININ İSTEFASINA ZAUR ƏLİYEV SƏBƏB OLUB – TƏFSİLAT

RAMİN BAYRAMLININ İSTEFASINA ZAUR ƏLİYEV SƏBƏB OLUB – TƏFSİLAT
2021-09-14 , 17:32

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin qurumun tabeliyində olan TƏBİB-in sədri vəzifəsini daşımış Ramin Bayramlının müəmmalı istefasında rolu ilə bağlı iddialar səslənməkdədir.

Bu iki qurum rəhbəri arasında anlaşmazlıq və R.Bayramlının getdikcə sıxışdırılması istefa ərizəsi yazmasına gətirib çıxarıb.
TİA.Az-ın əldə etdiyi məlumatda qeyd olunur ki, Z.Əliyevin R.Bayramlı ilə niyə yola getməməsinin səbəbi son dövrlər onun tələblərinə boyun əyməməsi imiş. TƏBİB sədri Agentlik sədrinin getdikcə artan təzyiqləri və tələbləri qarşısında artıq tab gətirməyərək istefa ərizəsini yazıb.
Bu tələblər xüsusən keçirilən tenderlər barəsində olub. Z.Əliyevin rəhbərlik etdiyi qurum tez-tez tender müsabiqələri elan edir. Elə sonunculardan biri haqda xəbər yaymışdıq və məlum olurdu ki, Tibbi Sığorta Agentliyi ən lüzumsuz məsələlərə görə tenderlər elan edir.
Bu müsabiqələrdə isə ən çox imzası tələb edilənlərdən biri R.Bayramlı olub və TƏBİB sədri bu qədər ağır yükün, məsuliyyətin altına girməkdən tərəddüd edərək, Z.Əliyevin istəklərini geri çevirib.

R.Bayramlı bu maliyyə əməliyyatlarına görə günün birində sorğu-suala çəkiləcəyindən ehtiyat etdiyi üçün Z.Əliyevlə hesablaşmayıb. İddialara görə, bu imtinalar onu qəzəbləndirib və TƏBİB sədrinin istefaya getməsində Z.Əliyevin təqdimatının önəmli təsiri olub.
Məsələn, Agentlik icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində xidmət alan vətəndaşların məmnunluğunu ifadə edən bədii janrda video çarxların hazırlanması xidmətlərinin satın alınması üçün tender açıqlamışdı.
Tenderin qalibi “Medical Media” MMC olub və 11 328 manat hesabına köçürülməlidir. Sadəcə, müsabiqənin elan olunmasının səbəbi qəribədir – vətəndaşların məmnunluğunu ifadə edən bədii janrda video çarxların hazırlanması…Tenderin qalibi olan tibbi bir kanaldır, lakin indiyə qədər hər hansı parlaq fəaliyyətinə rast gəlinməyib. Z.Əliyevin isə bədii janrda video çarxlar üçün 11 mindən çox maliyyə xərcləməsi tender maxinasiyaları ilə bağlı şübhələri artırır.
Ölkədə icbari tibbi sığortanın tətbiqinə gəlincə, yanvardan bu proses başlasa da, heç bir ciddi nəticədən söhbət gedə bilməz. Faktiki olaraq, xəstəxanalarda, poliklinikalarda tibbi sığorta formal və simvolik xarakter daşıyır.
Agentlik sədri TƏBİB rəhbərinin istefasına qədər hakimiyyətin ən yüksək ranqında olan dairələrə onunla bağlı kompromat materiallar, gözdən salan məsələlər çatdırıb. Amma təkcə TƏBİB deyil, elə Agentlik də yarıtmaz və bərbad fəaliyyətinə görə qabaqcıl yerləri tutur.
TİA.Az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.