Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Dövlət qurumu Hüseynbala Mirələmovun diplomat oğlundan polisə şikayət etdi

Dövlət qurumu Hüseynbala Mirələmovun diplomat oğlundan polisə şikayət etdi

Dövlət qurumu Hüseynbala Mirələmovun diplomat oğlundan polisə şikayət etdi
2021-09-14 , 17:56

Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) çalışan Rauf Mirələmovdan Bakı Şəhər Baş Polis İdarəsinə şikayət edilib. 


Oxu.Az-ın əldə etdiyi məlumata görə, Rauf Mirələmov özünə məxsus “1001 gecə” restoranının yaxınlığında tikinti işləri həyata keçirir və bunun qanunsuz olduğu üzə çıxıb. 

Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti ərazidə araşdırma apardıqdan sonra tikinti işlərinin qeyri-qanuni olduğunu müəyyənləşdirib və qarşı tərəfə xəbərdarlıq edib. 

Lakin Rauf Mirələmov bu xəbərdarlığa məhəl qoymayıb. Ona görə də Əmlak Məsələləri Dövlət Xidməti Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib. 

Hələlik Rauf Mirələmovun məsələ ilə bağlı polis tərəfindən dindirilib-dindirilmədiyi bəlli deyil.

XİN-dən Oxu.Az-a Rauf Mirələmovun hazırda bu qurumda çalışdığı təsdiqlənib.



Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən məsələ ilə bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır:

“Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək”.

Oxu.Az xatırladır ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanuna əsasən, dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Həmin qanuna görə, dövlət qulluqçusunun qanunsuz olaraq maddi, qeyri-maddi nemətlər, imtiyazlar, güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır.

Qeyd edək ki, Rauf Mirələmov keçmiş deputat, biabırçı videosu ilə gündəmə gəldikdən sonra YAP-dan qovulmuş Hüseynbala Mirələmovun oğludur. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.