Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Vüqar Səfərli xanımının qəzetinə ayrılan 300 mindən danışdı

Vüqar Səfərli xanımının qəzetinə ayrılan 300 mindən danışdı

Vüqar Səfərli xanımının qəzetinə ayrılan 300 mindən danışdı
2021-09-15 , 14:43

Ləğv edilmiş KİVDF-nin həbsdə olan sabiq rəhbəri Vüqar Səfərli istintaqa verdiyi ifadələrdə ona qarşı irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilmədiyini deyib.


Vüqar Səfərli Fondun təşkil etdiyi ziyafətlərlə bağlı olan mənimsəmə ittihamlarını qəbul etməyib.

İttihama görə, KİVDF-nin təşkil etdiyi tədbirlərə maksimum 250 nəfər çağırıldığı halda siyahıdakı qonaq sayı 400 nəfər göstərilib. V.Səfərli ifadəsində göstərib ki, ayrılan vəsaitlər obyekt sahiblərinə tam ödənilib: "Tədbirlərdə iştirak edən şəxslərin sayının az olması dəvət olunub iştirak etməyən şəxslərə görə ola bilərdi. Ancaq saya görə nəzərdə tutulan məbləğ tam ödənilib. Hər zaman sərfəli təkliflər "Altun” və "Xəmsə” restoranları tərəfindən edildiyindən tədbirlər adıçəkilən restoranlarda tender və satınalma qaydalarına əməl edilməklə təşkil olunub. Həmin məbləğlər üzrə ayrılmış vəsait təyinatı üzrə xərclənib”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.