Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Səhər saatlarında nazirə görə Bakı-Sumqayıt yolunu bağlayırlar" – VİDEO + DİN-dən AÇIQLAMA

"Səhər saatlarında nazirə görə Bakı-Sumqayıt yolunu bağlayırlar" – VİDEO + DİN-dən AÇIQLAMA

"Səhər saatlarında nazirə görə Bakı-Sumqayıt yolunu bağlayırlar" – VİDEO + DİN-dən AÇIQLAMA
2021-09-16 , 14:04

Sürücülər bu gün səhər saatlarında Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsində (Masazır dairəsində) yaranan tıxaca səs siqnalından istifadə edərək etiraz ediblər.

Bu barədə Yeniavaz.com-a məlumat verən sürücülər, iddia edirlər ki, sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti Dövlət Yol Polisi əməkdaşları tərəfindən hər gün səhər saatlarında məhdudlaşdırılır. Onlar iddia edirlər ki, buna səbəb nazirlərdən birinin günün o saatlarında Bakı-Sumqayıt yolundan istifadə etməsidir.
Sürücülərin redaksiyamıza təqdim etdiyi kadrlarda nəqliyyat vasitələrinin dayandırıldığı və yolun digər hissəsinin açıq olduğu müşahidə olunur. Onlar həmçinin, yaranan tıxaca səs siqnallarından istifadə edərək etiraz etmələrinin əks olunduğu kadrları da redaksiyamıza təqdim ediblər:​https://www.yeniavaz.com/az/news/177959/seher-saatlarinda-nazire-gore-baki-sumqayit-yolunu-baglayirlar-video-din-den-aciqlama​​​

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.