Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Jalə Əliyeva ilə Hicran Hüseynovanın siftəsi korlandı – Şok faktlar

Jalə Əliyeva ilə Hicran Hüseynovanın siftəsi korlandı – Şok faktlar

Jalə Əliyeva ilə Hicran Hüseynovanın siftəsi korlandı – Şok faktlar
2020-02-17 , 14:10

Bu parlament seçkilərində də “gül” vuranlar az olmadı. Namizədlərdən kimisi seçkiqabağı imzatoplama kampaniyası dövründə, kimisi təbliğat-təşviqat ərəfəsində, kimisi seçki günü özünü biabır elədi.


Reportyor.info-nun məlumatına görə, son bir neçə gün ərzində ən çox müzakirə edilənlər isə qalib elan olunan Jalə Əliyeva və Hicran Hüseynovadır.

Bənzər Yazılar
Vüsal Kərimlinin kart satan şirkəti üzə çıxdı – Foto
Sumqayıt Dövlət Universitetində “yığım mövsümü” – Müdhiş dosye
Vüqar İskəndərov MSK-nı necə aldatdı?

Hər iki xanım deputatın siftəsi korlandı. Sosial şəbəkələrdə J.Əliyevanın məlum video çıxışı və H.Hüseynovanın xeyrinə seçki günü saxtakarlıqlar edilməsi böyük rezonans doğurub.

92 saylı Zərdab-Ucar Seçki Dairəsindən deputatJalə Əliyevanın öz seçki qərargahının üzvləri ilə söhbətinin video çıxışı sözün əsl mənasında heyrət doğurur. Xanım deputat belə izah edir ki, video seçki günü çəkilməyib.

Kadrlarda J.Əliyeva deyir ki, kiminin başına papka atdıq, kiminin telefonunu yerə çırpdıq, nəhayət, mandat qazandıq. Maşallah!

Bundan əvvəl də J.Əliyevanın seçicilərlə görüşündə qalmaqal yaşanmışdı. Bütün bunlara rəğmən, hansısa qüvvələr onun yenə deputat olmasını istədi. Sadəcə, bu dəfə camaatın telefonunu yerə çırpmaq, papkaları tullamaq hesabına…

J.Əliyeva həmin deputatlardan ki onun Milli Məclisdə fəaliyyəti heç zaman Ucar-Zərdab əhlinə bir fayda verməyib. Bu dəfə də belə olacağı gözlənilir. Seçildi, daha 5 il seçiciləri unudacaq, lazım olanda yadına düşəcək.

Sabiq nazir Ziya Məmmədovun kadrlarından sayılan, onunla yaxşı münasibətlərə malik olmuş Jalə Əliyevanın növbəti dəfə deputat olmasını istəyənləri də başa düşmək çətindir.

Onun nə millət vəkili olduğu dairədəki seçicilərin problemlərinə köməyi dəyib, nə parlamentdə fəal bir deputat olub.

İkincisi, Milli Məclis buraxılanda tərkibin yarıbayarı dəyişəcəyi söylənirdi. Amma Jalə Əliyeva kimi deputatlara yenə də üstünlük verildi.

Halbuki, son seçki prosesindəki çıxışı, qalmaqallar sübut etdi ki, nə 9 fevral hakimiyyətə uğur gətirəcək, nə də Jalə Əliyeva islahatların tempinə adekvat deputatdır.

Reportyor.info bildirir ki, Hicran Hüseynovanın isə deputatlıq siftəsi qara gəldi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Hicran Hüseynova bu quruma rəhbərliyi necə olubsa, deputatlığının da fərqli olmayacağı göz qabağındadır.

Çünki seçki günü 41 saylı Sumqayıt seçki dairəsində H.Hüseynovanın mandat sahibi olması üçün saxtakarlıqlara yol verildi.

Onun namizədi olan Könül Alıyevanın sözlərinə görə, əksər məntəqələrdə seçki pozuntuları olub, bülletenlər yerə boşaldılıb, karuselə yol verilib, veb kameralar işləməyib, mürəkkəblər əllərə püskürdülməyib.

H.Hüseynova seçkinin ilk vaxtlarından qanunları pozurdu. 39 saylı məktəbdə yerləşən 13-14 saylı məntəqələri Hicran Hüseynovanın nəzarətində idi.

Xanım namizəd digər namizədlərdən fərqli olaraq plakatlarını məntəqələrin içərisinə də yapışdırırdı. Ancaq digər namizədlərin tanıtım plakatları xüsusi lövhələrdə heç bir gün də qalmırdı.

Bütün Sumqayıt təhsil işçiləri, xəstəxana və poliklinikaların tibbi personalı, bələdiyyə üzvləri, həmçinin “Azərişıq” və “Azəriqaz”ın əməkdaşları məcburi görüşə çağırılırdılar.

Hətta Hicran Hüseynovanın köməkçiləri görüşü işıqlandırmağa gedən jurnalisti təhqir edib və ona hücum etmişdilər.

Yəni, Hicran Hüseynovanın deputatlığa siftəsi heç də yaxşı başlamadı, bundan sonra necə işləyəcəyi təsəvvürü yaranmaqdadır. Bir sözlə, buna islahatçılardan ibarət parlament demək olmaz…

REPORTYOR.info

XalqXeber.Az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.