Yenilik.Az
www.YENILIK.Az » Cəmiyyət » “Fəzail Ağamalı hakimiyyəti təhdid edir”- deputatlığa namizəd

“Fəzail Ağamalı hakimiyyəti təhdid edir”- deputatlığa namizəd

“Fəzail Ağamalı hakimiyyəti təhdid edir”- deputatlığa namizəd
2020-02-17 , 15:57

“Növbədənkənar parlament seçkiləri parlamentin 125 deputatının tamamilə yenilərlə əvəzlənməsi demək deyil. Bu çox böyük, ciddi problemlər yarada bilərdi. Ola bilər ki, bəzi insanlar özünü cəmiyyətdə təsdiq edib, amma parlament təcrübəsi yoxdur".

Bizimyol.info xəbər verir ki, bu barədə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı redaktor.az-a açıqlamasında bildirib.

Fəzail Ağamalının açıqlamasını şərh edən deputatlığa namizəd Natiq Cəfərli Bizimyol.info-ya bildirib ki, keçmiş deputat hakimiyyəti təhdid edib.“Fəzail Ağamalının dediklərində ən azı məntiq yoxdur. Seçici istədiyini seçə bilirsə və seçdiyi deputat onları parlamentdə təmsil edirsə, bu, ölkədə necə xaus yarada bilər? Məntiq yoxdur. Sadəcə, mesaj var. Köhnə komandanın aktiv üzvlərindən biri kimi mesaj verirlər ki bizə dəyməyin. Mesaj odur ki bizim seçki dairələrinin nəticəsini ləğv eləməyin, əks halda ölkədə müxtəlif hadisələr baş verə bilər. Sanki hakimiyyətə “Maraqlarımızı qoruyun! Qorumasanız problemlər yarda bilərik” deyirlər. Azərbaycanın indiki hakimiyyətini təhdid edir və buna da hakimiyyət orqanları reaksiya verməlidir”,- deyə Natiq Cəfərli bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.