Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Mədəniyyə Nazirliyi 300 min manatın hesabatını verməlidir, hara xərcləyib?"

"Mədəniyyə Nazirliyi 300 min manatın hesabatını verməlidir, hara xərcləyib?"

"Mədəniyyə Nazirliyi 300 min manatın hesabatını verməlidir, hara xərcləyib?"
2021-10-12 , 14:15

"Təklif edirəm ki, cəmiyyətdə kitabı stimullaşdırmaq məqsədilə tətbiq edilən əlavə dəyər vergisi aradan qaldırılsın. Azərbaycanda dini mövzulu bir sıra kitabların qadağa olunmasının da heç bir əhəmiyyəti yoxdur. Vətəndaşlar istədiyi kitabı elektron variantını istənilən ölkədən satın ala bilər. Bu qadağanı da aradan qaldırmaq lazımdır. Kitab qadağası nə deməkdir?! Misal üçün, Belarusda kitab mağazalarının hər biri vergidən azaddır. Fikrimcə, başqa ölkələrdə olan müsbət nümunələri tətbiq etsək, müsbət tendensiyanın əsasını qoya bilərik".

 
Pravda.az xəbər verir ki, bunu deputat Fazil Mustafa deyib. 
 
O, kitab mağazalarının əlavə dəyər vergisini ödəməkdən azad olmasını təklif edib: "Oktyabr ayı ərzində Bakıda biri Bakı İdman Oyunları sarayında, digəri isə Bakı Expo Mərkəzində olmaqla çox möhtəşəm iki tədbir keçirilib. Tədbirlərin biri özəl nəşriyyatların, digər isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutub. Bildiyim qədəri ilə, Bakı Expo Mərkəzində keçirilən tədbirə 300 min manat civarında vəsait xərclənib. Hər ikisi təqdirəlayiq məsələdir, lakin burada bir məsələyə diqqət çəkmək lazımdır. Hesab edirəm ki, dövlətin belə tədbirlərə bu qədər vəsait ayırmasına ehtiyac yoxdur. Sadəcə olaraq, hökumət naşirləri ayda heç olmasa bir dəfə kitab sərgisi keçirmələri üçün məkanla təmin etməlidir. Ay ərzində heç olmasa 5 günlük kitab sərgisinin təşkil edilməsi cəmiyyətdə kitab oxumağa marağın artırılması baxımından vacibdir. Hər iki sərgidə iştirak edərkən yüzlərlə vətəndaşın axınını müşahidə etdim. Deməli, insanların oxumağa, mütaliəyə marağı ölməyib. Yeni, çayxanalarda nərdtaxta arxasında boş-boş oturan on minlərlə azərbaycanlı gəncin fonunda alternativ olaraq on minlərlə də kitabla maraqlanan, sərgiyə həvəsli olan gəncləri görürük. Biz kitab oxumağı stimullaşdırmaq üçün Milli Məclisdə dəfələrlə məsələ qaldırmışıq və əlavə dəyər vergisi ilə bağlı danışmışıq. Azərbaycanda ƏDV 18 faizdir, əlavə olaraq da 18 faiz gömrük rüsumu nəzərdə tutulur. Ölkədə kitab qiymətlərinin baha olmasının əsas səbəblərindən biri budur. Bu istiqamətdə işlərin görülməsi vacibdir. Bu, minimum vergi yüküdür və büdcəyə təsir edəcək mahiyyətdə deyil".​http://pravda.az/news/61162​​​
 
“Qanun” nəşrlər evinin icraçı direktoru Şahbaz Xuduoğlu Mədəniyyət Nazirliyini 300 min manatın hesabatını verməyə çağırıb: “Mədəniyyət Nazirliyi 300 min manatla bağlı hesabat verməlidir. Hara xərcləyib? 5 günlük bir sərgiyə niyə bu qədər vəsait xərclənməlidir? Bizim 10 günlük sərgi xərcimiz 5 mini aşmadı və daha gur, daha rəngarəng idi…”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.