Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » DEPUTATDAN SAHİL BABAYEVƏ SƏRT SÖZLƏR – SƏNƏ DEMƏYİB Kİ. ..

DEPUTATDAN SAHİL BABAYEVƏ SƏRT SÖZLƏR – SƏNƏ DEMƏYİB Kİ. ..

DEPUTATDAN SAHİL BABAYEVƏ SƏRT SÖZLƏR – SƏNƏ DEMƏYİB Kİ. ..
2021-10-12 , 19:29

Deputat Tahir Kərimli əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi tənqid edib. TİA.Az xəbər verir kk, parlamentdə çıxışı zamanı deputat bunları deyib:

“Hökumət üzvləri iclasda iştirak edərkən çıxışlara, qaldırılan problemlərə ənənəvi biganəlik göstərəcəklər. Hərdən hökumət üzvləri başını qaldırıb sağa baxacaq, sanki Tahir Kərimlini növbəti dəfə “QAİ” saxlayıb.

Səhiyyədən danışacağıq, səhiyyə naziri cavab verməyəcək, təhsildən danışacağıq, təhsil naziri cavab verməyəcək. Balam, prezident səni vəzifəyə qoyub, üzərinə düşənləri et, islahatlar keçir! Sənə deməyib ki, get, 190 min ailənin pensiyasını kəs! Nə vaxta kimi prezidentin arxasında gizlənəcəksiniz, nə vaxta kimi xalqdan qaçacaqsınız?!”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.