Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sevinc Hüseynova Ehsan Zahidovu təhqir etdi - VİDEO

Sevinc Hüseynova Ehsan Zahidovu təhqir etdi - VİDEO

Sevinc Hüseynova Ehsan Zahidovu təhqir etdi - VİDEO
2021-10-12 , 19:53

Bir müddət öncə LBGT üzvlərinə qarşı zorakılıq çağırışları edən bloqer Sevinc Hüseynova bu dəfə Daxili İşlər Nazirliyinin rəsmisini təhqir edib.

Yeniavaz.com xəbər verir ki, o, DİN Mətbuat xidmətinin rəisi Ehsan Zahidovun mətbuata verdiyi açıqlamasını yalanlayıb və bu zaman təhqiredici ifadələrdən də istifadə edib. O, Zahidovun "Sevinc Hüseynova dediyi sözlərə görə peşman olub və üzr istəyib" - açıqlaması ilə bağlı sosial şəbəkədə cavab videosu yayıb. Məlumatı təkzib edərək bildirib ki, heç kimdən üzr istəməyib və belə bir fikri yoxdur.
Qeyd edək ki, bloqer Sevinc Hüseynova sosial şəbəkə hesabında canlı yayımda çıxış edərək LGBT üzvlərini təhqir etməyi və insanları onları məhv etməyə çağırıb. O, çıxışı zamanı qanunları saymadığını, Konstitusiyaya məhəl qoymadığını deyib: “Mənim harada qarşıma çıxsaz, sizi məhv etmək üçün əlimdən gələni edəcəyəm. Mən buradan bütün oğlanlarımıza, kişilərimizə səslənirəm. Onları harada gördünüz it balası kimi çırpın”.​https://www.yeniavaz.com/az/news/180010/sevinc-huseynova-ehsan-zahidovu-tehqir-etdi-video​​​

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.