Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Universitetdə dekan olmaq üçün 30000 manat...” – Universitetdən açıqlama

“Universitetdə dekan olmaq üçün 30000 manat...” – Universitetdən açıqlama

“Universitetdə dekan olmaq üçün 30000 manat...” – Universitetdən açıqlama
2021-10-13 , 17:43

Gəncə Dövlət Universitetində Pedaqoji fakültənin Tədris metodiki şurasının sədri, dosent Ziyafət Vilayət qızı Bayramova universitetdə baş verən özbaşınalıqlarla bağlı müraciət ünvanlayıb.

Məktubda bildirilir ki, ali məktəblərdə dekan vəzifəsinə seçkilərin keçirilməsi haqqında mövcud əsasnaməyə görə eyni bir müəssisədə, eyni bir şəxs ardıcıl olaraq iki dəfədən artıq dekan seçilə bilməz, lakin GDU-nun rektoru Yusif Yusibov bu təlimatı pozaraq həyatının 20 ildən artığını dekan işləmiş rüşvətxor, kollektivin nifrətini qazanmış bir şəxsi Bayram Apoyevi yenidən dekan seçmək istəyir.
“Pedaqoji fakültənin hazırki dekanı Apoyev Bayram Fəti oğlu 20 ildir ki, dekan işləyir. Dekan işlədiyi 20 ildən artıq müddətdə müavininə belə etibar etmədən tələbələrdən pulu şəxsən özü yığıb.
Bayram Apoyev özü yaxın ətrafı ilə söhbət edərkən, deyib ki, "Ali Attestasiya Komissiyasında mənim yaxın adamım var, ona 30000 manat vermişəm, ekspertdən də keçmişəm, yaxın vaxtlarda təsdiqimi alacam. Təsdiqini almaq istəyən başqa yoldaşlardan kim istəsə ona da kömək də edə bilərəm. Bütün bunlar Ali Attestasiya Komissiyasında işləyən bəzi şəxslərin korrupsiyaya bulaşdığını göstərir.
Şikayəti mən yazmışam və bu məktub bütün Pedaqoji fakültənin professor-müəllim heyətinin mövqeyini ifadə edir. Amma universitetin rektorunun baş müşaviri Asif Cavadov mənim adımdan müxtəlif təşkilatlara məlumat göndərir ki,guya Ziyafət Bayramova izahat verib ki, məktubu mən yazmamışam”,- deyə şikayətçi qeyd edib.
Məsələ ilə bağlı Gəncə Dövlət Universitetinin rektorunun baş müşaviri Asif Cavadzadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, rektor dekan təyin etmir və dekan vəzifəsi 5 ildən bir seçki ilə keçirilir.
“Fakultənin əməkdaşlarını səsverməsi nəticəsində, səs çoxluğu qazanan şəxs dekan seçilir. Təbii ki, 5 il müddətinə. 5 il tamma olduqdan sonra yenidən seçkilər keçirilir.
Apoyev Bayramın isə 5 il müddəti hələ dekabr ayında bitəcək. Dekabrda elan veriləcək və hardasa 3-4 ay seçki hazırlığı aparılacaq”,- deyə bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.