Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Şəhid anası: "Dövlət vaxtında mənə dəstək olmadı, qalanlara dəstək olsun" - VİDEO

Şəhid anası: "Dövlət vaxtında mənə dəstək olmadı, qalanlara dəstək olsun" - VİDEO

Şəhid anası: "Dövlət vaxtında mənə dəstək olmadı, qalanlara dəstək olsun" - VİDEO
2021-10-18 , 17:03

Şəhid Ruslan Abbasovun il mərasimində şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova hökumətə müraciət edərək uşaq pulu verilməsini təklif edib.  


Anews.az xəbər verir ki, ana mərasimdə iştirak edən millət vəkilindən bu barədə addım atılmasını istəyib:

"Mən şəhid analarımızın adından müraciət etmək istəyirəm. Şəxsən mən müəllimə idim, işləyirdim, yoldaşım da müəllim idi, amma övladımı çox çətinliklə böyütmüşdüm. Amma elə ailələr var ki, orada analar işləmir, atalar xəstədir, nəsə problemi var. Bizdən keçdi, heç olmasa, cavan analara uşaq pulu ayrılsın. Çox yox, heç olmasa 30,40, 50, 60 manat.

Heç olmasa uşağın südünü ala bilsin. Dövlətimizdən xahiş edirəm, gənc analara dəstək olun, uşaq pulu verin. Mən yorğan-döşəyimin üzünü, astarını satmışam, yununu satmışam, qulağımın sırğasını satmışam, övlad böyütmüşəm. Dövlət vaxtında mənə dəstək olmadı, yerdə qalanlara dəstək olsun, bu qazilərimizə dəstək olsun. Bunu istəyirəm. Çünki vətənin ən dar, çətin günündə o kasıb balalar ayağa qalxır”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.