Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » 6 saylı notariusda pozulan qanunlar... - İDDİA

6 saylı notariusda pozulan qanunlar... - İDDİA

6 saylı notariusda pozulan qanunlar... - İDDİA
2020-02-19 , 15:09

Respublikada və paytaxt Bakıda barmaq hesabı saya gələn qədər notariat kontorları vardır ki, sanki onların qarşısında “yaşıl işıq” yandırılıb. Hansı dələduz kimin başına oyun açmaq istəyirsə, öz niyyətini məhz həmin notariuslar vasitəsilə həyata keçirir. Hansı daşı qaldırırsan, altından həmin notariusun adı çıxır. Belələrindən biri də Bakı şəhəri Xətai rayonu 6 saylı Notariat ofiisinin xüsusi notariusu İmanov Ərəstun Loğman oğludur. Adam əlləm-qələm” işləri həyata keçirmək üçün qarşısında heç bir qanun sərhədi tanımır. Bu günlərdə redaksiyamıza daxil olnmuş məlumatda bildirilir ki, 6 saylı Notariat ofisinin rəhbəri şəxsiyyət vəsiqəsi təqdim etməyən mülkiyyətçinin adından başqa şəxsə əmlak etibar edilməsini təsdiqləyib. Əsas kimi baş etibarnamə verənin (Məmmədov Arif Qabil oğlu) şəxsiyyət vəsiqəsini deyil, sürücülük vəsiqəsinin rekvizitlərini götürüb. Bundan başqa, etibarnamə verilən şəxsin ( Bağırov Samir Raqifoviç) də həmin an şəxsiyyət vəsiqəsi üstündə olmayıb. Sənədin şəklini vatsapp vasitəsilə çəkib göndəriblər. Üstəgəl, təzələnməli olan etibarnamənin də vaxtı keçibmiş. Etibarlı mənbənin verdiyi məlumat görə, notarius bu işi təmənna qarşılığında görüb. Məsələ ilə əlaqədar suallarımıza aydınlıq gətirmək məqsədilə 6 Saylı Notariat Ofisinin rəhbərlii ilə 0124902240 stasionar telefon nömrəsi ilə əlaqə yaratmaq cəhdimiz baş tutmadı. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini Mehman Soltanova zəng açdıq. Rəis müavini məsələni araşdırıb nəticəsi ilə bağlı bizi məlumatlandıracağını vəd etsə də, hələ də onun cavabı ləngiyir. Əlimizdə notarial qaydada təsdiqlənmiş etibarnamənin surəti vardır. Nə vaxtdan sürücülük vəsiqəsi şəxsiyyəti təsdiq edən sənəd kimi qəbul olunur” – bu siuala cavab vermək isə ƏN-nin və Ərəstun İmanovun üzərində qalır. Əldə etdiyimiz məlumata görə, Ərəstun İmanovun özündən müştəbehliyinin tutarlı səbəbi var: Onun arxasında Böyük Dayaq durur. Oxucularımızla irəliləyən görüşlərimizdə həmin himayədarın kimliyini müəyyənləşdirib adını açıqlayacağıq.


P.S. Yuxarıda qeyd etdiyimiz faktları araşdırıb aydınlıq gətirmək üçün ilk öncə adı keçən notariusun rəhbərliyi ilə görüşüb həqiqətin nə dərəcədə doğru olub olmadığını dəqiqləşdirmək üçün idarənin müdiri Ərəstun İmanovu soruşduq. Onu əvəzləyən şəxs bildirdi ki, Ərəstun müəllim xaricə istirahətə gedib,yanvar ayının sonu gələcək. Əvəzedici notariusun müdiri ilə görüşən zaman otaqda olan dəllal qoçular əvvəl bizi şantaj etmək isədi.Sonradan hədə qorxu gəlməyə başladı. Biz məcbur olub Ədliyyə Naziri cənab Fikrət Məmmədova rəsmi məktubla müraciət etdik. Təssüf ki, etdiyimiz müraciətdən bir aydan çox vaxt keçməsinə baxmayaraq nazirlikdən bizə heç bir cavab verilmədi. Əksinə, nazirliyin səlahiyyətli nümayəndəsi redaksiyamıza müraciət edən şikayətçi Arif Məmmədova zəng edib hədələyiblər ki,sən niyə gedib Ərəstun İmanovdan şikayət etmisən.

Görünür düşündüyümüz kimi də oldu. Ərəstun İmanova himayədarlıq edənlərin qolları gedib Ədliyyə Nazirliyinə də çıxıbmış.Yoxsa…

Mövzuya qayıdacağıq.
Dəryaz

XalqXeber.Az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.