Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Gecələr yatmamağın 7 ölümcül FƏSADI

Gecələr yatmamağın 7 ölümcül FƏSADI

Gecələr yatmamağın 7 ölümcül FƏSADI
2021-10-19 , 13:47

Aparılan araşdırmalara görə, yetkin insanlar gündə ən az 7 saat yatmalıdırlar. Yaxşı və kifayət qədər yatmasanız, bunun ağır fəsadları ola bilər.

Yaddaşa və beyinə təsir edir
Gecə kifayət qədər yatmadıqda ertəsi gün konsentrasiya, fokuslanma, problem həll etmə qabiliyyətinin aşağı düşməsi və diqqət əskikliyi yaşaya bilərsiniz. Yaxşı bir yuxu zehni sağlamlıq, düşünmə və öyrənmə həvəsində əhəmiyyətli rol oynayır.

Ürəyiniz zərər görür
Bədəniniz yuxusuz qaldıqda yaşınız, çəkiniz, vərdişləriniz nə olursa-olsun, ürək və damar xəstəlikləri riski artır. Yuxu qan damarlarınızı və ürəyinizi yaxşılaşdırır, yenilənmədə həyati rol oynayır. Ürək sağlamlığınızı qorumaq üçün hər gecə ən az 6 saat yatıb dincəlməyiniz vacibdir.

İmmun sisteminiz zəifləyir
Yuxu əsnasında immun sisteminiz sizi infeksiyadan qoruyan zülallar ifraz edir. İmmunitet zəiflədikdə bədəniniz hər cür virus və bakteriyaya qarşı müdafiəsiz hala gəlir. Kifayət qədər yatmayan insanlar xüsusilə qrip və soyuqdəyməyə daha çox tutulur.

Depressiyaya səbəb olur
Depressiya xəstələri arasında yuxusuzluq ən böyük göstəricilərdən biridir. Əgər yuxu probleminiz varsa, təcili həkimə müraciət edin. Çünki yuxusuzluq depressiya yarada bilər.

Çəki artırır
Bədəniniz ehtiyacı olduğundan daha az yatdıqda və dincəldikdə grel hormonu istehsalı artır. Bu hormon aclıq hissi yaradır. Əgər iştahanıza nəzarət edə bilməsəniz, bu, piylənmə ilə nəticələnə bilər.

Şəkər xəstəliyi riskini artırır
6 saat, ya da daha az, 9 saat, ya da daha çox yatmaq şəkərli diabetin riskini artırır.

Dəriniz zərər görür
Bir gecə belə, pis yatmaq gözlərinizdə şişkinlik yaradır, gözlərin altında tünd halqalar meydana gətirir və üzünüz solğun görünür. Yuxusuz keçən gecələr nəticəsində dərinin gördüyü zərər isə qat-qat artır. Qeyri-kafi yuxu dərinizin elastikliyinə birbaşa təsir edir, qırışlara və xətlərə səbəb olur.

Erkən ölümlərlə nəticələnir
Yuxu insanlar üçün nəfəs almaq qədər lazımlıdır. Qeyri-kafi yuxu 700-dən çox genetik dəyişikliyə səbəb olur və bu dəyişikliklər sağlamlığınıza ciddi ölçülərdə təsir edir. Bu da erkən ölümlərə dəvətnamə yollayır.

Cinsi istəyi öldürür
Kifayət qədər yatmamaq həm qadınların, həm kişilərin enerji səviyyəsinə birbaşa təsir edir, hətta gərginliyi artırır. Daha çox yuxu problemi olan kişilərdə testesteron səviyyəsi aşağı düşür. /gencaile.az/

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.