Yenilik.Az
www.YENILIK.Az » Cəmiyyət » HADI RƏCƏBLİNİN AİLƏSİNƏ MƏXSUS ŞİRKƏTLƏRİN SİYAHISI - FOTO

HADI RƏCƏBLİNİN AİLƏSİNƏ MƏXSUS ŞİRKƏTLƏRİN SİYAHISI - FOTO

HADI RƏCƏBLİNİN AİLƏSİNƏ MƏXSUS ŞİRKƏTLƏRİN SİYAHISI - FOTO
2020-02-19 , 15:15

Araşdırmaçı jurnalist Cavanşir Həsənli, sabiq deputat Hadi Rəcəblinin ailəsinə məxsus şirkətlərin siyahısını payıaşıb.

Yeniavaz.com xəbər verir ki, jurnalist bunun tam siyahı olmadığını qeyd edib.
Sözügedən siyahını təqdim edirik:
1. MƏKAN KİÇİK MÜƏSSİSƏSİ - Təsisçisi Hadı Rəcəblinin həyat yoldaşı Mehriban Heybət qızı Rəcəblidir.
2. “MOSKOMMERS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin oğlu Tural Rəcəblidir.
3. "KAVERSON" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin oğlu Tural Rəcəblidir.
4. "APTUST" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin bacısı Rübayəl Rəcəbova Musa qızıdır.
5. "ŞERİF-R" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin Lənkəran rayon Maliyyə İdarəsinin rəisi işləyən qardaşı İqbal Rəcəbovun oğlu Rüstəm Rəcəblidir.
6. “VERAVUL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin qardaşı Xəzail Rəcəbovun oğlu Rüstəm Rəcəbovdur.
Qeyd edək ki, H. Rəcəbli 5 çağırış Milli Məclisin deputatı və uzun illər Sosial siyasət komitəsinin sədri olub. O, bu il keçirilən növbədənkənar parlament seçkilərində də iştirak etmiş və MSK-nın açıqladığı ilkin nəticələrə görə 74 saylı Lənkəran kənd seçki dairəsindəki namizədlər arasında ən çox səs toplayan olmuşdu. Daha sonra MSK daxil olan şikayətləri nəzərə alaraq bu dairənin seçki nəticələrini ləğv etmişdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.