Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Nar" səsli kitabxanaya dəstəyini davam etdirir

"Nar" səsli kitabxanaya dəstəyini davam etdirir

"Nar" səsli kitabxanaya dəstəyini davam etdirir
2021-10-20 , 17:55

"Nar"ın dəstəyi ilə ölkənin ən böyük səsli ədəbiyyat kitabxanası olan "Canlı kitab" layihəsi davam edir.


Şirkətdən verilən məlumata görə, "Radio Antenn" 101 FM-lə birgə hazırlanan layihə çərçivəsində indiyədək dünya və Azərbaycan ədəbiyyatından 39 müəllifin 329 əsəri ana dilində audiokitab şəklində "YouTube" kanalında yerləşdirilib. Müxtəlif janrlarda və həcmlərdə olan bədii əsərləri "Canlı kitab" kanalında "Nar"ın yüksəksürətli interneti vasitəsilə istənilən yerdən rahatlıqla dinləmək olar.

Layihə həftənin şənbə və bazar günləri saat 12:00-dan 14:00-dək "Radio Antenn" 101 FM dalğasında, eyni zamanda radionun və "Canlı kitab" verilişinin rəsmi "Facebook" səhifələrində canlı yayımlanır, daha sonra antenn.az və "YouTube" səhifəsində yerləşdirilir.

Qeyd edək ki, layihənin məqsədi mütaliəni hər kəs, o cümlədən, görmə məhdudiyyətli şəxslər üçün daha əlçatan etməkdir. Layihə çərçivəsində əsərlərin toplandığı elektron daşıyıcıların görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlara paylanması nəzərdə tutulur.

"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8 780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar" şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications" keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.