Yenilik.Az
www.YENILIK.Az » Cəmiyyət » Deputatlığa lider namizədin obyekti üzə çıxdı - FOTO

Deputatlığa lider namizədin obyekti üzə çıxdı - FOTO

Deputatlığa lider namizədin obyekti üzə çıxdı - FOTO
2020-02-19 , 15:34

32 saylı Suraxanı üçüncü seçki dairəsindən lider namizəd Afət Həsənovanın obyekti üzə çıxıb.


Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

O bildirib ki, deputat seçiləndən bəri Afət Həsənovanın (Suraxanı rayon icra hakimiyyəti başçısının keçmiş müavini) Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 18 ünvanındakı obyektinin tikintisi sürətlənib: “Afət Həsənovanın heç Konstitusiya Məhkəməsinin təsdiqini də gözləməyə səbri çatmayıb. Xatırladım ki, deputat bu ünvanda özünə ikimərtəbəli kommersiya binası tikdirir. Ümumi sahəsi 194,33 kv metr olan obyektin tikintisinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 2019-cu ilin avqustunda icazə verilib”.
Qeyd: Afət Həsənova keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun xalası qızıdır. Vaxtilə qardaşı Abbas Zeynalov Qubadakı evində ayı saxlamaqla mətbuatın gündəminə gəlmişdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.