Yenilik.Az
www.YENILIK.Az » Cəmiyyət » Məzahir Pənahovun müavininin şirkəti üzə çıxdı

Məzahir Pənahovun müavininin şirkəti üzə çıxdı

Məzahir Pənahovun müavininin şirkəti üzə çıxdı
2020-02-19 , 15:36

Mərkəzi Seçki Komisiyasının sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovun işlədiyi şirkətin sahibi məlum olub.


Reportyor.info xəbər verir ki, o, MSK sədrinin müavini Rövzət Qasımovun “Ecores İnternational” firmasına çalışır.

Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin üzə çıxardığı bu faktla bağlı qeyd olunub ki, şirkət 1999-cu ildə Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyatdan keçib.

Şirkətin qanuni təmsilçisi Rövzət Qasımovdur. Firmanın hüquqi ünvanı Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində ev 157, mənzil 23 göstərilib.
XalqXeber.Az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.