Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bu il fəaliyyətə başlayan məktəbə ikinci dəfə direktor təyin olundu

Bu il fəaliyyətə başlayan məktəbə ikinci dəfə direktor təyin olundu

Bu il fəaliyyətə başlayan məktəbə ikinci dəfə direktor təyin olundu
2021-11-29 , 12:41

Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbin direktoru Ələkbər Niftiyev vəzifəsindən azad olunub.

“Report” xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Artıq həmin məktəbin direktor səlahiyyətlərinin icrası Rzayev Abdul Sarbala oğluna həvalə olunub. A.Rzayev bundan əvvəl həmin məktəbdə sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Ə.Niftiyev isə hazırda fəaliyyətini Cəlilabad Rayon Təhsil Şöbəsində Yeni Azərbaycan Partiyasının ərazi ilk partiya təşkilatının sədri vəzifəsində davam etdirir.
Qeyd edək ki, ötən il sentyabrın 14-də Cəlilabad şəhəri 9 nömrəli tam orta məktəbin tikintidən sonra açılış mərasimi olub. 624 şagird yerlik tədris binasında 25 sinif otağı, altı laboratoriya, iki texnologiya, informatika və gənclərin çağırışaqədərki hazırlıq kabinetləri var.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.