Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Əli İnsanovu toya buraxmadılar

Əli İnsanovu toya buraxmadılar

Əli İnsanovu toya buraxmadılar
2021-11-29 , 14:16

Noyabrın 27-də keçmiş səhiyyə naziri Əli İnsanov toy mərasiminə buraxılmayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Musavat.com-a hüquq mühafizə orqanlrındakı mötəbər mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, sabiq nazir paytaxtın Xətai rayonu ərazisində yerləşən “Valensiya” şadlıq sarayında keçirilən, tanınmış ictimai-siyasi fəal İlkin Rüstəmzadənin bacısının toy mərasimində iştirak etmək üçün həmin şadlıq sarayına gedibmiş.
Məlumatda bildirilir ki, toyda iştirak edəcək qonaqların COVID-19 pasportu polis əməkdaşları tərəfindən yoxlanılarkən ixtisasca həkim və digər vətəndaşlara nümunə olmalı olan Əli İnsanovun vaksinasiya olunmadığı müəyyən edilib və o, şadlıq sarayından geri qaytarılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.