Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İşdən çıxarılan nazir müavini: "Prezidentimizin quluyam...”

İşdən çıxarılan nazir müavini: "Prezidentimizin quluyam...”

İşdən çıxarılan nazir müavini: "Prezidentimizin quluyam...”
2021-11-30 , 12:28

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin ötəngünkü sərəncamları ilə İntiqam Babayev və İsmayıl İsmayılov gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.


AZXEBER.COM-un məlumatına görə, İsmayıl İsmayılov Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən sərəncam onun üçün gözlənilməz olub: "Buna baxmayaraq, mən ömrümün sonunadək Prezidentimizin quluyam. Ölkə başçısının yolunda hər şeyə hazıram. 15 il nazir müavini postunda oldum.
Bundan böyük nə ola bilər? Əbədi heç nə yoxdur. Bu gün mən deyərdim ki, ölkədə bütün inkişaf onun sayəsində gedir. Son 300 ildə bizim torpaqlarımız alına-alına gedirdisə, bu gün onun sayəsində işğal olunan ərazilərimiz düşmən tapdağından azad olunub. Allah Prezidentimizi qorusun”.

Keçmiş nazir müavini bundan sonra hansı işlərlə məşğul olacağından da danışıb: "Pedoqoji elmlər namizədi alimlik dərəcəsinə və Professor elmi adına layiq görülmüşəm. Bundan sonra elimi işlərlə məşğul olacağam”.

Xatırladaq ki, dövlət başçısının digər sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan gənclər və idman nazirinin müavini vəzifələrinə təyin ediliblər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.