Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Hərbi helikopterin "qara qutusu" tapıldı

Hərbi helikopterin "qara qutusu" tapıldı

Hərbi helikopterin "qara qutusu" tapıldı
2021-11-30 , 18:57

Dövlət Sərhəd Xidmətinin (DSX) noyabrın 30-da Xızı rayonu ərazisində qəzaya uğrayan hərbi helikopterinin qara qutusu tapılıb.

Bu barədə Sfera.az-a Baş Prokuorluqdan məlumat verilib.

"Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən qara qutunun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır", - qurumdan bildirilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.